utilər 2021
utilitar
OBASTAN VİKİ
Norton Utilities
Norton Utilities – kompüteri konfiqurasiya etmək, optimallaşdırmaq və xidmət etmək üçün utilitlər toplusu. Peter Norton Computing və Symantec şirkətləri tərəfindən işlənib hazırlanıb. İlk versiyası 1982-ci ildə DOS 1.x. əməliyyat sistemi üçün buraxılıb. Bu paketə 14 utilit, o cümlədən təsadüfən silinmiş faylları bərpa etmək üçün populyar Unerase utiliti daxil idi. Üç disketdən ibarət bu paket 80 ABŞ dollarına satılırdı. 1991-ci ildə buraxılmış 6.0 versiyası DOS mühitində yerinə yetirilsə də Windows 3.x əməliyyat sistemi tərəfindən dəstəklənirdi. Sonuncu Symantec Norton Utilities 15.0 versiyası 2010-cu ilin dekabrında buraxılıb. Bu versiyaya Norton Speed Disk, Norton Disk Doctor, Norton UnErase, Registry Restore, Registry Defragmenter, Registry Cleaner, Disk Cleaner, Disk Defragmenter, Startup Manager, Service Manager, Restore Center, System Optimizer, Process Viewer və Performance Test kimi utilitlər daxildir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Unix utilitlərinin siyahısı
Aşağıdakı siyahı IEEE Std 1003.1-2008 tərəfindən Unix utilit kimi müəyyən edilib. Bu utilitlərinə Unix və *nix əməliyyat sistemlərinin çoxunda rast gəlmək mümkündür.
Utilita
Utilita (ing. utility və ya tool) — dar çərçivədə spesifik vəzifələr yerinə yetirən, aparat təminatını və operasiya sistemləri imkanlarını genişləndirən kompyüter proqramı. Utilita parametr, tənzimlənməni və quraşdırmanı təmin edir və ya onları yerinə yetirilməsini avtomatıaşdırır. Utilitalar çox zaman operasiya sistemləri tərkibinə daxil edilirlər. aparat hissələrinin göstəricilərinin monitorinqi. aparat hissələrinin parametrlərinin idarə edilməsi. daxil/çıxış əmrlərinin yerinə yetirilməsinin düzgünlüyünə nəzarət. disk imkanlarının genişləndirilməsi. sistem imkanlarının incə şəkildə tənzimlənməsi — tviker.
Utilitarizm
Utilitarizm (lat. utilitas — fayda) — davranışın və ya hərəkətin mənəvi dəyəri onun faydalılığı ilə müəyyən edilən etika istiqaməti və ya etik nəzəriyyə. Bir hərəkətin(və ya əməlin) faydalılığı, hərəkətin nəticələrinin bu hərəkət(və ya əməl) zamanı təsirə məruz qalan bütün tərəflərin aldığı ayrılmaz həzz və ya xoşbəxtlikdir. Utilitarizm etik nəzəriyyələrin ardıcıl qrupuna aiddir, çünki o, bir hərəkəti özü ilə deyil, nəticələri ilə mühakimə edir. Bu nəzəriyyəyə əsasən "ən yaxşı əməl, ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir". Utilitarizm hedonizm və ya evdemonizm — dəyər (aksioloji) təlimlərə əsaslanır, ona görə (bu nəzəriyyəyə görə) ən yüksək dəyər həzz və ya xoşbəxtlikdir. Zövq(həzz) və xoşbəxtliyin sərt tərifləri hələlik problem olaraq qalır. Bu anlayışların eyni olub-olmaması sual(və ya problem) olaraq qalır. Müasir Qərb utilitarları onları eyniləşdirməyə meyillidirlər.