Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Jumak
Jumak (kor. 주막) - Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Quymaq
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Usman
Usman — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Uylax
Uylax - gecələri çöldə gəzən və ya səfər edən kəslərə müsəllət olduğuna inanılan varlıq. Uylaq da deyilir. Ümumiyyətlə adama adıyla səslənən, lağ edən, sataşan, ürküdücü sözlər edən xəyali varlıqlar olaraq görünürlər. Bütün bu pis hərəkətlərə "uylamaq" deyildiyi üçün; varlığa da "uylax" deyilmişdir. "Uylax"ın qəti bilinən bir forması yoxdur. Dövr döv "cin" inancı ilə əlaqədar görülmüşdür. İnsanların gözünə it, qoyun, pişik və hətta insan kimi canlıların və tabut kimi cisimlərin formasında göründükləri deyilər olmuşdur. Uylax üzərinə izah edilən anlatılar radio və televiziyanın yayılması ilə azalmışdır. Buna səbəb olaraq isə əyləncə vasitələrinin olmadığı dövrlərdə insanların bu bu hekayələrlə əylənməsi olaraq göstərilməkdədir.
Uysal
Uysal — Türkiyə soyadı.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Uşmal
Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir. == Ümumi məlumatlar == Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir. == Tarix == Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.
Yomak
Tyak
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Umac
Umac - Azərbaycanın milli yeməyi. == Tərkibi == Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz == Hazırlanma qaydası == Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Abzak (Baymak)
Abzak (başq. Абҙаҡ, rus. Абзаково) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 62 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Akmoron (Baymak)
Akmoron (başq. Аҡморон, rus. Акмурун) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 13 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 56 km. == Əhali == == Tarixi == 1912-ci ildə Akmoron kəndinə mordvalılar, həmcinin ruslar gəlmişlər.
Aktau (Baymak)
Aktau (başq. Аҡтау, rus. Актау) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 11 km, kənd sovetliyindən (Akmoron): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə baçqırdlar (100%) üstünlük təşkil edir.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Ayman–Şolpan
Ayman–Şolpan (qaz. Айман-Шолпан) — XIX əsrin birinci yarısına aid qazax xalq lirik-epik poeması. Burada "cəsur və səxavətli qazax qızı"nın obrazı ucaldılır. "Ayman–Şolpan" qazax eposunun "Qozı Körpeş — Bayan Sulu" və "Qız-Jibek"lə yanaşı görkəmli əsərlərindən biridir. Burada qazax qızı Ayman obrazında xalq sənəti şərəf, ləyaqət, alicənablıq, hazırcavablıq, cəsarət kimi yüksək ideyanı poetikləşdirmişdir. "Ayman–Şolpan"ın süjeti üzrə musiqili dram yazılmışdır (libretto Muxtar Əvəzov, musiqisi Yevgeni Brusilovski). == İstinadlar == == Əlavə ədəbiyyat == Литературный энциклопедический словарь. М.: «Советская энциклопедия». под общ. ред.
Bayanxonqor aymakı
== Ərazisi == 1941-ci ildə yaradılan Bayanxonqor vilayətinin ərazisi 115 977 Km2-dır. Bayanxonqor vilayətinə 19 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Bayanxonqor vilayətinin əhalisi 87 244 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Baymak rayonu
Bayma rayonu (başq. Әбйәлил районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi baymak şəhəridir. == Tarixi == Baymak rayonu 20 avqust 1930-cu ildə Ümumrusiya Məərkəzi Rəyasət Heyətinin "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" 1930-cu il tarixli qərarı ilə qurulmuşdur. XIX əsrin 30-cu illərində Xudolaz çayının yuxarı axarında qızıl yataqları işlənmişdir. Külcə və filiz qızılının yeni yataqlarının işlənməsi, mis pirit filizlərindən qızılın çıxarılması hesabına qızıl mədəni genişlənmişdir. 1923-cü ildə Tanalık-Baymak dağlıq dairəsi tərəfindən hasil edilən qızılın payı ümumi Uralın 40% -ə çatırdı. == Əhalisi == Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 — 58,81 min nəfər. 2035 — 60,08 min nəfər. Milli tərkib2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 83,3%, ruslar - 11,9%, tatarlar - 3,5%, digər millətlərdən olanlar - 1,3%.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.
Bikeş (Baymak)
Bikeş (başq. Бәхтегәрәй, rus. Бахтигареево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bikeş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 25 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 70 km.Şuqur çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (68%), başqırdlar (27%) üstünlük təşkil edir.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Ümman
Ümman (ing. Umman) - Azərbaycanlı vokalist. Ümman pop və rok ifaçısıdır.
Uçma
Uçma- (rus. обрушение, ing. foundering) qırılmaların yaranması və qırılma boyunca əv­vəllər formalaşmış tektonik struk­turların hissələrinin düşməsi pro­sesi.