Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uysal
Uysal — Türkiyə soyadı.
Nəcip Uysal
Nəcip Uysal (24 yanvar 1991, Bakırköy, İstanbul ili) —Yarımmüdafiəçi mövqeyində forma geyinən Türk futbolçu. Türkiyə Super Liqası klublarından Beşiktaş PFK-da forma geyinir. == Klub Karyerası == === Beşiktaş PFK === ==== 2009–2010 ==== 14 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2010–2011 ==== 41 oyunda 2 qol 1 məhsuldar ötürmə etmişdir. ==== 2011–2012 ==== 39 oyunda 2 məhsuldar ötürmə etmişdir. ==== 2012–2013 ==== 30 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2013–2014 ==== 23 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2014–2015 ==== 37 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2015–2016 ==== 43 oyunda 1 qol atmışdır. ==== 2016–2017 ==== 27 oyunda 1 məhsuldar ötürmə etmişdir.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur.Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür.2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir.Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Uysalın tərcümələri "Türkiye Günlüğü" və "Pazar" jurnallarında dərc olunmuşdur.
Ünal Aysal
Ünal Aysal (d. 2.6.1941, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Qalatasaray klubunun 34-cü prezidenti. == Həyatı == Ünal Aysal 1941-ci ildə İstanbulda anadan olub. 1960-cı ildə o, Qalatasaray litseyinin məzunu olub. İsveçrə və İstanbul universitetlərinin hüquq fakültəsini bitirib. İngiliscə və fransızca bilir.
Uyal (Şaran)
Uyal (başq. Уял, rus. Уялово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (94%) üstünlük təşkil edir.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. == Bioqrafiyası == 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Ünsal Fikirci
Ünsal Fikirci (d. 3 oktyabr 1939) — Türkiyəli keçmiş üzgüçü. Ünsal Fikirci Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ünsal Fikirci birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.0 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
Aysel
Aysel - qadın adı.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Eysay
Eysay (栄西, 27 may 1141 və ya 15 dekabr 1141, Kaya rayonu[d] – 2 iyul 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
MySQL
MySQL dünyanın ən məşhur baza sistemlərindən biridir. MySQL əvvəllər İsveçin MySQL AB kompaniyası tərəfindən işlənilirdi. İndi isə Sun Microsystems şirkətinə məxsusdur. Proqramın açıq kodu GNU General Public License lisenziyası altında mövcuddur. MySQL proqram təminatı SQL sorğu dilindən istifadə edərək verilənlər bazası ilə işləməyə imkan verir. MySQL <may-es-kyu-el> – sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur. == İstifadəsi == MySQL əməliyyat sistemlərinə server kimi instalyasi olunur. 11 milyondan artıq instalyasiyası vardır.
Ruysat
Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir.Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Uaral
1996-cı ildə qurulan Uaralın qrup üzvləri qohum (əmioğlu) və dost olan Aciago və Caudaldır. Ağlayan vokalda Caudal, ağladan alətlərdə isə Aciago var. Fərqli həyatlara sahib olmalarına baxmayaraq təzyiq altında olduqları ailə həyatları, yaşadıqları cəmiyyətin təzyiqi və çətinliyini birgə musiqilərinə əks etdirdilər. 1997-ci ildə hazırladıqları bir musiqi nümayişi ilə ilk işlərinə başlayan qrup, Bruma ön sözü adı altında yazılan əsərlərinə Surrended To The Decadence adı verdi. Bu dövrdə qrupun yaşadığı müxtəlif itkilərə baxmayaraq, yorulmadan yeni simfoniyalar yaratmağa davam etdilər. Düşüncələrini şeir, akkord və alətlərinin melanxoliyası izlədi. Musiqi cəhətdən inkişaflar göstərən qrup ikinci qeydlərini etmə mərhələsinə çatdı. Özləriylə eyni ideologiyaları və hissləri paylaşan bir qrup ilə 2003-cü ildə From The Agony To The Hopelessness adlı bir qeyd edildi. Təsadüfən OMG musiqi şirkətinin bu qeydi dinləməsi və bəyənib qrupla əlaqəyə keçməsi ilə Uaral qrupuna əsəri qeyd etmək üçün təklif etdi. Qrup musiqidə məqsədlərinin ifadələrinin və ideologiyalarının nümayiş edilməməsi şərti ilə bu müqaviləni qəbul etdi.
Ulsan
Ulsan (kor. 울산 광역시) — Koreya yarımadasının cənub-şərqində yerləşən şəhər-metropolis. Cənubi Koreyada əhalisinin sayına görə, ən böyük yeddinci metropolisdir. Cənubdan Busan, şimaldan Qyonqju şəhərləri ilə qonşudur. Ulsan sənaye rayonunun mərkəzi olan Ulsan şəhəri Cənubi Koreyanın əsas sənaye mərkəzlərindən biri hesab olunur. 1962-ci ildə şəhər, 1997-ci ildə şəhər-metropolis statusu almışdır. Ən böyük avtomobil istehsalçısı şirkəti olan Hyundai Motor Comapany, Hyundai Heavy İndustries tərəfindən idarə olunan dünyanın ən böyük tərsanəsi və SK Energy-yə aid dünyanın ən böyük ikinci neftayırma zavodu da burada yerləşir.
Upsahl
Taylor Upsahl və ya səhnə adı ilə UPSAHL (28 noyabr 1998, Finiks) — Amerikalı müğənni və bəstəkar. == Həyatı == 28 noyabr 1998-ci ildə Finiks (Arizona) şəhərində anadan olmuşdur. Atası məşhur Stereotyperider qrupunun üzvü olmuşdur. Nənəsi və babası musiqi müəllimi idi. 5 yaşında gitara və piano çalmağa başlamışdır. Altıncı sinifdə oxuyarkən mahnı yazmağa başladı və 14 yaşında tam adından istifadə edərək daha akustik düşüncəli musiqilər yayımladı. 2017-ci ildə Arizona İncəsənət məktəbindən məzun oldu.
Uylax
Uylax - gecələri çöldə gəzən və ya səfər edən kəslərə müsəllət olduğuna inanılan varlıq. Uylaq da deyilir. Ümumiyyətlə adama adıyla səslənən, lağ edən, sataşan, ürküdücü sözlər edən xəyali varlıqlar olaraq görünürlər. Bütün bu pis hərəkətlərə "uylamaq" deyildiyi üçün; varlığa da "uylax" deyilmişdir. "Uylax"ın qəti bilinən bir forması yoxdur. Dövr döv "cin" inancı ilə əlaqədar görülmüşdür. İnsanların gözünə it, qoyun, pişik və hətta insan kimi canlıların və tabut kimi cisimlərin formasında göründükləri deyilər olmuşdur. Uylax üzərinə izah edilən anlatılar radio və televiziyanın yayılması ilə azalmışdır. Buna səbəb olaraq isə əyləncə vasitələrinin olmadığı dövrlərdə insanların bu bu hekayələrlə əylənməsi olaraq göstərilməkdədir.
Uşmal
Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir. == Ümumi məlumatlar == Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir. == Tarix == Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. == Tarixi == Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. == Coğrafiyası və iqlimi == Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Əmsal
Əmsal (lat. co (cum) — "birgə" və lat. efficients — "edən") — dəyişənin qarşısında duran və dəyişənə vurulan ədəd (və ya hərf). Məsələn: 5a, 2d, 6t və s. Burada 5, 2, 6 əmsallardır. Başqa bir nümunə: a x 2 + b x + c {\displaystyle ax^{2}+bx+c} -kvadrat tənlik forması burada a , b {\displaystyle a,b} əmsal, x {\displaystyle x} dəyişən, c {\displaystyle c} isə sərbəst həddir.
Assal gölü
Assal — Cibutinin mərkəzində yerləşən krater gölü. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Göl Afrikanın ən alçaq nöqtəsidi. Gölün 20–40 m dərinlikdə su duzluluğu 35 ‰ təşkil edir ki, bununla da göl Ölü dəniz və Elton gölü ilə yanaşı dünyanın ən duzlu göllərindən sayılır. Göl qalın duzlu torpağla əhatə olunub. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir. Göldən təxminən beş kilometr məsafədə cənub-şərqdə Tacura körfəzi yerləşir. Cibuti Respublikası təklif edib ki, Assal gölü ilə Ardoukoba vulkanı UNESCO-nun "Dünya irsi" siyahısına salınsın. == İqlimi == İsti səhrada yerləşən gölün sentyabrdan maya qədər temperaturası 52 °C qədər qalxır. Oktyabrdan aprelə qədər yüksək rütubətli yağışlar yağır və havanın temperaturu 34 °C aşağı düşmür.
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Aysel (jurnal)
Aysel — 2003-cü ildən 2017-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan qadın jurnalı.
Aysel Gürel
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Üsyan
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.