Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valentlik
Valentlik (lat. valens — gücü olan) — kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar valent elektronlardır. Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən daxil edilmişdir. Valentlik nəzəriyyəsinin isə əsasını alman alimi Fridrix Avqust Kekule qoymuşdur. Bəzi kimyəvi elementlərin valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Binar birləşmələrdə atomların valentlik vahidləri həmişə bərabərdir. Valentlik Roma rəqəmləriylə və elementin kimyəvi işarəsinin üzərində yazılır. Onlara sabit valentli elementlər deyilir.
Metaseiulus valentii
Metaseiulus valentii (lat. Metaseiulus valentii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Aristoksenus (Tarentli)
Tarentli Aristoksenus (yun. Ἀριστόξενος ὁ Ταραντῖνος; təq. e.ə. 360 – təq. e.ə. 300, Afina) — yunan filosofu, musiqişünası, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. O, musiqi nəzəriyyəsi üzrə antik dünyanın ən tanınmış alimlərindən biri idi və bu sahədə çoxlu əsərlər yazmışdır. Bundan başqa Aristoksenusun başqa əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır. “Ritmikanın elementləri” və “Harmonikanın elementləri” adlı kitablar musiqi nəzəriyyəsi sahəsində yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu kitablarda musiqi nəzəriyyəsi ritmika, harmoniya və metrika kimi fəsillərə bölünmüşdür.
Arxitas (Tarentli)
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur. == Həyatı == Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur. Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir. Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.
Darevskia valentini
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Valentin Demyanenko
Valentin Demyanenko (23 oktyabr 1983, Çerkasi) — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi. Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur. Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə. == Həyatı == Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir. == Karyerası == === 2005-ci il: 21 yaşında Xorvatiyada Dünya çempionluğu === 21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.Daha sonra Valentin Demyanenko 2005-ci ilin 25–28 avqustunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Valentin Haüy
Valentin Haüy (fr. Valentin Haüy, Valentin Haüy; 1745–1822) – XVIII-XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru, ilk tiflopedaqoqlardan biri, korlar üçün ilk təhsil müəssisələrinin yaradıcısı, Luis Braylın sələfi olaraq korlar üçün qabartmalı əlifbanın müəllifi. == Həyatı == Valentin Haüy 1745-ci il 13 noyabr tarixində Fransada Sen-Jüst kəndində (Amyen şəhəri yaxınlığında) kasıb fransız kəndli-toxucu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından onda əcnəbi dillərə qeyri adi maraq olmuş və bu onun gələcək həyat yolunun seçimini müəyyən etmişdir. Maliyyə və sosial çətinliklərə baxmayaraq, Valentin paytaxtda ali təhsil ala bilmiş və hətta Xarici İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışmışdır. O mövcud avropa dillərindən başqa, latın, yunan, qədim ivrit dilini bilmiş və bir neçə şərq dillərində oxuya bilmə bacarığına malik olmuşdur. 1784-cü ildə Haüyün 39 yaşı olanda o artıq pedaqoq kimi çalışırdı. Həmin vaxt o hökumət və qeyri-hökumət xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz şəxsi vəsaiti hesabına öz evində dünyada ilk dəfə kor uşaqlar üçün məktəb açmışdır. Bu məktəbin ilk şagirdi kilsənin sərəncamına verilmiş Fransua de Lezeyuer olmuşdur. Sonradan məktəbə daha 11 nəfər kor uşaq gətirilmişdi.
Valentin Kovalyov
Kovalyov Valentin Fyodoroviç (29 iyul 1914, Bakı – 1 dekabr 1972, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (5 oktyabr 1960), SSRİ-nin Əməkdar sınaqçı təyyarəçisi (1963, qvardiya mayoru, Bakıaeroklubunun yetişdirməsi) == Həyatı == Valentin Kovalyov 29 iyul 1914-cü ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. Bakı ŞHK-dan orduya çağırılmışdır. Müharibə dövründə 196 döyüş uçuşu keçirmişdir. Düşmən qoşunlarını bombardman etmiş, dəfələrlə partizanların köməyinə çatmışdır. 5 oktyabr 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1 dekabr 1972-ci ildə vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. - Bakı, 1981.-Cild.5.- S.429. Azərbaycanın Qızıl Ulduzları.- Bakı, 1975.-S.144-145 "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007.
Valentin Mirinov
Mirinov Valentin Akimoviç (28 oktyabr 1923, Lısoqorsk rayonu[d] – 10 dekabr 1989, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr 1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir. 1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdur. Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir. == Ordu həyatı == Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır. Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir. == Qəhrəmanlığı == Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi.
Valentin Moşkov
Valentin Aleksandroviç Moşkov (rus. Валенти́н Алекса́ндрович Мошков; 6 aprel 1852 - 19 noyabr 1922) — Rusiya etnoqrafı, general-leytenant. == Həyatı == Valentin Aleksandroviç Moşkov 6 aprel 1852-ci ildə anadan olmuşdu.5 avqust 1868-ci ildə Peterburq hərbi gimnaziyasını bitirmişdi.Sonra yunker kimi Konstantin hərbi məktəbə daxil olmuşdu.11 avqust 1871-ci ildə podporuçik rütbəsi almışdı.17 iyun 1873-cü ildə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. İlk defa Qaqauz adı 1817-ci ildə Rusiya kameral siyahılarında qeyd edilmişdir. Rus ordusu generalı Valentin Moşkov (1852 – 1922), Besarabiya qaqauzlarının dili və mədəniyyəti ilə ilgilenmiş və nəticədə “Qagauzı benderskogo uyezda” adlı kitab yazmışdı. Valentin Moşkov 19 noyabr 1922-ci ildə Sofiya şəhərində vəfat edib. == Ailəsi == Valentin Moşkovun Dmitri,Vladimir adlı oğlanları, Yuliya və Zinaida adlı qızları vardı. == Elmi əsərləri == «Материалы для характеристики музыкального творчества инородцев Волжско-Камского края» // ru:Известия Общества археологии, истории и этнографии при Императорском Казанском университете. - 1893. - Т. XI, вып.
Valentin Pavlov
Valentin Pavlov (rus. Валентин Павлов; 26 sentyabr 1937[…], Moskva – 30 mart 2003, Moskva) — SSRİ baş naziri və Sovet siyasətçisidir. Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi.
Valentin Qrekov
Valentin Qrekov (18 aprel 1976, Dnepr) — Ukraynalı cüdoçu.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. == Həyatı == Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
Valentin Silvestrov
Valentin Vasiloviç Silvestrov (ukr. Валенти́н Васи́льович Сильве́стров; 30 sentyabr 1937, Kiyev) — ukrayn bəstəkar və pianoçu. 30 sentyabr 1937-ci ildə Kiyevdə doğulmuşdur. İlk dəfə 15 yaşında musiqi dərsləri almağa başlamışdır. 1955-1958-ci illərdə Kiyev Musiqi Məktəbində piano dərsləri almışdır.
Valentin Xlıstov
Valentin Stepanoviç Xlıstov (rus. Валентин Степанович Хлыстов; 28 fevral 1927, Bakı – 8 mart 2007, Moskva) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (1991). == Həyatı == Valentin Xlıstov 28 fevral 1927-ci ildə Bakıda rus ailəsində anadan olub. Valideynləri Rusiya imperiyasının Qars şəhərində (günümüzdə Türkiyə ərazisidir) anadan olublar. 1903-cü ildə ictimai-siyasi vəziyyət gərgin olduğundan Xlıstovlar Bakıya köçüblər.İkinci Dünya müharibəsinin getdiyi bir dönəmdə — 1943-cü ildə futbol oynamağa başlayıb. Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin yetirməsidir. 1946-cı ildən "Neftyanik" komandasının üzvü olub. Klubun heyətində sol cinah müdafiəçisi mövqeyində çıxış edən Xlıstov, 1955-ci ildə Moskva "Torpedo"su ilə oyunda rəqib futbolçu ilə mübarizədə aldığı zədə səbəbindən karyerasını başa vurmalı olub. 1946 və 1955-ci illərdə formasını geyindiyi "Neftyanik" komandasının heyətində ümumilikdə 171 oyun keçirib, 3 qol vurub.Futbolçu karyerasını bitirdikdən sonra Moskvaya yollanaraq Ali Məşqçilər Məktəbində təhsil alır.
Valentin Xodukin
Valentin Xodukin (ukr. Валентин Ходукин; 17 avqust 1939, Xarkov – 16 dekabr 2020) — ukraynalı futbolçu. == Həyatı == Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb. Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib. V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub. V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir.
Valentin Xristov
Valentin Xristov (ağır atlet, 1956) — Bolqarıstanlı ağır atlet, 1980 Moskva Olimpiadasının gümüş medalçısı Valentin Xristov (ağır atlet, 1994) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti, 2012 London Olimpiadasının bürünc medalçısı.
Valentin kərtənkələsi
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Valentin İntsko
Valentin İntsko (alm. Valentin Inzko‎; 22 may 1949, Klaqеnfurt) — Bosniya və Herseqovina üzrə yüksək nümayəndəsi vəzifəsini icra etmiş sloven kökənli avstriyalı diplomat. == Həyatı == İntsko Karintiya əyalətinin Klaqenfurt şəhərində sloven ailəsində anadan olub. Atası Valentin İntsko yerli sloven azınlığının tanınmış mədəni və siyasi fəalı idi. Kiçik Valentin Faystrits-Rozentale bələdiyyəsində yerləşən Suyetşax sloven-alman ikidilli məktəbində oxudu. 1967-ci ildə Klaqenfurtdakı sloven dilli liseyi bitirdikdən sonra Qrats Universitetinə daxil oldu və burada hüquq və slavyan filologiyasını üzrə təhsil aldı. 1972–1974-cü illər arasında Vyana Diplomatik Akademiyasında çalışdı. 1974-cü ildə Avstriyada diplomatik fəaliyyətinə başladı. 1982–1986-cı illər arasında Avstriyanın Belqraddakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ardınca, Avstriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyində çalıb.
Valentin Avdeyev
Valentin Nikolayeviç Avdeyev (rus. Валенти́н Никола́евич Авде́ев; 16 may 1915, Kotelniç, Vyatka quberniyası[d] – 11 oktyabr 1972, Moskva) — SSRİ alimi, elektronika sahəsində mütəxəssis, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, çubuqlu radio borunun ixtiraçısı. == Həyatı == İbtidai təhsilini aldıqdan sonra 1930-cu ildən Leninqraddakı "Svetlana" zavodunda işləmiş, fabrik texnikumunu bitirmiş, burada Sergey Vekşinski ilə birlikdə oxumuşdur. 1934–1938-ci illərdə Ümumittifaq Qiyabi Texniki Təhsil İnstitutunda təhsil alıb. 1941-ci ildə o, altı ay ərzində ABŞ-da ("RCA" fabrikləri) işgüzar səfərdə olmuş, burada radio boruların və cihazların istehsalını öyrənmişdir. Böyük Vətən müharibəsinin başlaması ilə "Svetlana" zavodunun heyətinin bir hissəsi olaraq Novosibirskə təxliyə edilmişdir. Sahə ustası olan Avdeyev 1942-ci ildən zavodun baş mühəndisi işləmişdir. 1943-cü ildə laboratoriya müdirinin müavini olmuşdur. 1946-cı ildən laboratoriya müdiri olmuşdur. 1949–1960-cı illərdə NII-617 (Novosibirsk) direktoru olmuşdur.
Valentin Avrorin
Valentin Aleksandroviç Avrorin (rus. Валенти́н Алекса́ндрович Авро́рин; 10 (23) dekabr 1907, Tambov – 26 fevral 1977, Leninqrad) — SSRİ dilçisi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü. O, tunqus dilləri sahəsində görkəmli idi və nanay yazı dilinin fəal yaradıcılarından biri idi. == Həyatı == Valentin Aleksandroviç Avrorin Rusiya imperiyasının Tambov şəhərində müəllim ailəsində anadan olmuşdur. O, 1925-ci ildə Tambov məktəblərindən birindən məzun olmşdur. Avrorin 1930-cu ildə Sankt-Peterburq Dövlət Universitetinin Tarix və Etnologiya fakültəsini bitirmişdir. O, 1956-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsini müdafiə etmişdir. Avrorin Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər Fakültəsi Ümumi Dilçilik kafedrasının professoru, fakültənin ilk dekanı olmuşdur. O, 26 iyun 1964-cü ildə Sovet İttifaqı Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Valentin Yudaşkin
Valentin Yudaşkin (rus. Валентин Юдашкин; 14 oktyabr 1963 – 2 may 2023, Moskva) — məşhur sovet və rus rəssam-modelyeri, kutürye. == Həyatı == Valentin Yudaşkin 14 oktyabr 1963-cü ildə Moskva vilayətinin Bakovka qəsəbəsində yəhudi ailəsində doğulub. 1986-cı ildə Moskva İndustrial Texnikumunu bitirdikdən sonra modelyer Vyaçeslav Zaytsevin Moskva Moda evində diplomöncəsi təcrübə keçmişdir. == Fəaliyyəti == 1987-ci ildə ilk kolleksiyasını yaratdı, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açdı. Eyni dövrdə bir stilist kimi o, sovet estrada artistləri Lüdmila Qurçenko, Layma Vaykule və Alla Puqaçova ilə işləməyə başladı. 1991-ci ildə Parisdə 150 ​​modeldən ibarət Yudaşkinin ilk kolleksiyası təqdim olundu. Həmçinin 90-cı illərdə Yudaşkin Rusiya Olimpiya komandası və Rusiya kişi və qadın futbol komandaları üçün geyimlər hazırlayıb. Valentin Yudaşkin 2023-cü il mayın 2-də uzunsürən onkoloji xəstəlikdən (böyrək xərçəngi) sonra Moskvada vəfat edib.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Antonio Valentin Ancelillo
Antonio Valentin Ancelillo (İtalyanca: [andʒeˈlillo] 5 sentyabr 1937, Buenos Ayres – 5 yanvar 2018, Siena, Toskana) — Peşəkar futbol karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayan italyan argentinalı keçmiş futbolçu. Həm Argentina, həm də İtaliya millilərinin üzvü olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyib. == Klub karyerası == Buenos-Ayresdə anadan olan Ancelillo 1952-ci ildə "Arsenal de Llavallol" klubunda peşəkar futbol oynamağa başlayıb. 1955-ci ildə "Racing Club de Avellaneda" klubuna qoşulduqdan sonra, 1956-cı ildə "Boka Xuniors" klubuna keçir.Ancelillo 1957 Cənubi Amerika Çempionatını qazanan Argentina milli komandasının heyətində yer alır. Bu komanda və xüsusən də Ancelillo, Omar Sivori və Humberto Maschiodan ibarət irəli xətti həm hörmətsiz oyun tərzinə, həm də məşqdə ciddi olmayan münasibətinə görə Çirkli Üzlü Mələklər (o vaxtlar məşhur olan Çirkli Üzlü Mələklər filminə istinad) ləqəbini alır. Bu üçlu turnirdən sonra İtaliyada futbol oynamaq üçün Argentinadan İtaliyaya gedirlər. Orada üçlük qol vurmaqda xüsusi bacarıqlarına görə Ölüm Üçlüyü kimi də tanınır.1957-ci ildə Ancelillo İtaliyanın "İnter" klubu ilə müqavilə bağlayır. Futbolçu 8 sentyabr 1957-ci ildə "İnter"in evdə Torino ilə 0–0 bitən oyununda meydana çıxaraq A Seriyasında debüt etdi. Futbolçu ilk mövsümündə 16 qol vurdu.