Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vazopressin
Vazopressin — əsas xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaq olan hormon. Bu, insanın təkamül prosesində xüsusi əhəmiyyətli faktordur. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir. Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəkdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır.
Vaqo
Vaqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Toponim talış dilindəki vaqo sözündən olub "ağac kömürü hazırlamaq üçün çala" deməkdir. Orxan Abbasov (alim) (1980–) — fəlsəfə doktoru, dosent. Məhərrəm Abiyev (1973–1993). Zülfü Ağayev (1977–2020).
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Nazo Dharejo
Nazo Dharejo (sind dlində: نازُو ڌَاريجو, Naz Muxtiyar Dharejo və Vaderi Nazo Dharejo kimi də tanınır; 1977) — Pakistanlı fəal və siyasətçi. Onun öz kişi qohumlarına qarşı təsərrüfat torpağını müdafiə etməsi "Pakistanın ən mübariz qadını" ünvanı almasına və haqqında 2017-ci ildə "Mənim saf yurdum" filminin çəkilməsinə səbəb olmuşdur. Nazo Dharejonun atası Hacı Xuda Bukş Xan Dharejo Zəmindar ailəsindən olan torpaq sahibi idi. Onun Pakistanın Sind əyalətində şəxsi təsərrüfat ərazisi var idi. Nazo Dharejo onun ikinci arvadından - Vaderi Jmzadidən olan ən böyük qızı idi. O, Qazi Əhməddə havelidə doğulmuşdur. Hacı Xuda Bukş Xan Dharejo qızları üçün müəllimlər işə götürərək onlara Sind dili ilə yanaşı urdu və ingilis dillərini də öyrətmişdi. Nazo Dharejo daha sonra Sind Universitetində iqtisadiyyat elmləri üzrə bakalavr dərəcəsini alır. Hacı Xuda Bukş öz qızlarını oğlu kimi böyüdür və odlu silahlardan istifadə etməyi öyrədir ki, ehtiyac yarananda öz ailə torpaqlarını müdafiə etsinlər. Hacı Xuda Bukşun atasının (Nazo Dharejonun babası) 4 həyat yoldaşı və bir neçə oğul övladı var idi.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Vano Zodelava
Vano Zodelava (gürc.
Vaqo bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vaso Sanakoyev
Vaso Sanakoyev (oset. Санахъоты Уасо; 15 yanvar 1901, Tiflis – 1978, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu. 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur.
Vato Arveladze
Vato Arveladze (4 mart 1998) — gürcüstanlı futbolçu. 8 avqust 2022-ci ildə "Neftçi" ilə 1+1 illik müqavilə imzaladı. "Neftçi" də ilk matçına 14 avqust 2022-ci ildə keçirilən Neftçi-Kəpəz matçının 75-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 5–2 hesablı qələbəsi ilə başa çatıb. 22 iyun 2023-cü ildə "Neftçi" Vato Arveladze ilə yolları ayırdığını açıqladı.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza sülaləsi
Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə. Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi. I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi. Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
VAZ-1111
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
VAZ-2106
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
VAZ-21099
VAZ-21099 "Sputnik" — kiçik sinif II qrup Sovet və Rusiya minik avtomobili, Voljski Avtomobil Zavodunun ilk ön ötürücülü sedanıdır. Lada Sputnik ailəsindəki ən tam ölçülü modeldir. Maşın 1990-cı ilin martında konveyer istehsalı üçün hazırlanmışdı, lakin əlaqədar müəssisələrdən komponentlərin tədarükü gecikdiyi üçün istehsalın başlanması ləngidi. 22 dekabr 1990-cı ildən 30 iyun 2004-cü ilə qədər AvtoVAZ zavodunda seriyalı istehsal edilmişdir.
Mariano Di Vaio
Mariano Di Vaio — məşhur italiyalı model, bloger və aktyor. == Həyatı == Mariano Di Vaio 9 may 1989-cu ildə İtaliyanın Assisi şəhərində anadan olub. 2015-ci ildə Eleonora Brunacci ilə evlənmişdir. 2016-cı ildə Nathan Leone Di Vaio, 2018-ci ilin 18 iyun tarixində Leonardo Liam Di Vaio adlı oğlu dünyaya gəlmişdir. == Şəxsi məlumatlar == Boyu = 178 sm Çəkisi = 80 kq Ayaqqabı ölçüsü = 44 Gözləri = qəhvəyi Saç rəngi = qəhvəyi == Karyerası == 2012-ci ildə şəxsi bloqunu yaratmışdır. Bir çox məşhur brendlərin siması olmuşdur.
Marko di Vayo
Marko di Vayo — İtaliya futbolçusu. == Həyatı == Marko 1976-cı il iyulun 15-də Roma şəhərində Cino və Rozella di Vayolar ailəsində dünyaya gəlib. O, heç vaxt yumşaq xarakteri, savadı və sakitliyi ilə seçilməyib. Bununla belə, o, ali təhsilli mühasib ola bilib. Marko həmişə işə ciddi yanaşması ilə diqqəti cəlb edib. Əgər di Vayolar ailəsinin gerbi olsaydı, orada mütləq bu sözlər yazılmalı idi – "heç vaxt dayanma". Marko futbola gəldiyi ilk vaxtlarda sürəti ilə seçilirdi. Eyni zamanda o, hiyləgər forvardlardan idi. Məhəllə futbolundan o, "Latsio"nun uşaq məktəbinə düşür. Bu da təəccüblü deyil.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
IV Vladislav Vaza
IV Vladislav Vaza (pol. Władysław IV Waza; 9 iyun 1595[…] – 20 may 1648[…], Merkine[d], Böyük Litva knyazlığı) — 6 fevral 1633-cü ildən Polşa kralı və Litva böyük knyazı (8 noyabr 1632-ci ildə seçkilərin elan edilməsi), 1610–1613-cü illərdə Moskva çarı və 1634-cü ilə qədər titulyarı, III Sigizmundun böyük oğlu. 14 fevral 1610-cu ildə Smolensk yaxınlığında kral Sigizmund ilə II Yalançı Dmitrinin düşərgəsindən olan səfirlik arasında bağlanan müqaviləyə əsasən, knyaz Vladislav pravoslavlığı qəbul edərək rus taxtına oturmalı idi. 1610-cu ilin yayında Vasili Şuyskinin üsyanı və devrilməsindən sonra yeni Moskva hökuməti (Yeddi boyar) Suxarev yatağındakı Zemski Soborda Vladislavı çar seçmiş, çar "Vladislav Jigimontoviç"in adından Moskva və Novqorodda qızıl və gümüş sikkələr zərb edilmişdir. O, 6 sentyabr 1610-cu ildə rus çarı kimi, Moskva hökuməti və sakinləri üçün and içmiş, ona gətirilən kral reqaliyasını almışdır. Ona və atasına əvvəlcədən vəd edilmiş daxili vətəndaş qarşıdurmasının hər iki rus tərəfinin barışması baş vermədiyi üçün 15 yaşlı şahzadə Moskvaya gəlməmiş, pravoslavlığı qəbul etməmiş və buna görə də padşah olmamışdır. 1612-ci ilin oktyabrında Moskvada knyaz Vladislavın boyar hökuməti devrilmişdir. 1613-cü ildə Mixail Fyodoroviç çar seçilmişdir. 1617–1618-ci illərdə Polşa Seymi tərəfindən həvəsləndirilən Vladislav uğursuz şəkildə Rusiya taxtını yenidən ələ keçirməyə cəhd etmiş, Deulino barışığına əsasən Moskva Polşaya müəyyən ərazi güzəştləri etmişdir. O, 1634-cü ildə Moskva böyük knyazı titulundan istifadə etməkdən imtina edərək və Polyanovka sülhü əsasında rus çar regaliyasını qaytararaq Rusiyaya qarşı iddialarından əl çəkmişdir.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. == Azotlu birləşmələr == Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. == Şoralar – azot gübrələri == NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. == Azot insan orqanizmində == İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Avzon
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur. O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Avqo
Avqo (yun. Αυγό — "yumurta") — Yunanıstanda dağ, Cənubi Pind dağlarından biri. Dəniz səviyyəsindən yüksəklyi 2146 metrdir.
Brazauskas Algirdas Micolas Kazö
Alqirdas Brazauskas (22 sentyabr 1932[…], Rokişkis – 26 iyun 2010[…], Vilnüs) — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 1993 — 25 fevral 1998) olub. == Həyatı == Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub. SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb. O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.