Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leons Verni
Fransua Leons Verni (fr. François Léonce Verny; 2 dekabr 1837[…], Obena[d] – 2 may 1908[…], Obena[d]) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir. == İlk illəri == Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır. == Karyerası == === Çin === Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir. Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi. === Yaponiya === Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü.
Aegilops ovata var. vernicosa
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Ageratina vernicosa
Ageratina vernicosa (lat. Ageratina vernicosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aster vernicifluus
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Aster vernicosus
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Baccharis vernicosa
Baccharis vernicosa (lat. Baccharis vernicosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Brickellia vernicosa
Brickellia vernicosa (lat. Brickellia vernicosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Buddleja vernixia
Buddleja bullata (lat. Buddleja bullata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja lindenii Benth. Buddleja mollis Kunth Buddleja mollis var. angustifolia Kunth Buddleja myriantha Kraenzl. Buddleja obovata Kraenzl. Buddleja verleyseniana Gilg Buddleja vernixia Kraenzl.
Celmisia vernicosa
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Celmisia vernicosa var. mollicula
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Damnamenia vernicosa
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Elcismia vernicosa
Damnamenia (lat. Damnamenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Damnamenia vernicosa (Hook.f.) Given Sinonim Celmisia sect. Antarcticae Allan Celmisia subg. Ionopsis Hook.f. Celmisia vernicosa Hook.f. Elcismia vernicosa (Hook.f.) B.L.Rob. Celmisia vernicosa var. mollicula Allan Aster vernicosus (Hook.f.) F.Muell. Aster vernicifluus F.Muell.
Laura Vernizzi
Laura Vernizzi (d. 15 sentyabr 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Laura Vernizzi İtaliyanı 2004 Afina Olimpiadasında təmsil etdi və bürünc medal qazandı. == Karyerası == Laura Vernizzi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Daniela Masseroni ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu.
Meliosma vernicosa
Meliosma vernicosa (lat. Meliosma vernicosa) — sabiyakimilər fəsiləsinin meliosma cinsinə aid bitki növü.
Passiflora vernicosa
Marakuya (lat. Passiflora edulis) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Passiflora diaden Vell. Passiflora edulis f. edulis Passiflora edulis var. pomifera (M. Roem.) Mast. Passiflora edulis var. rubricaulis (Jacq.) Mast. Passiflora gratissima A. St.-Hil. Passiflora incarnata L. Passiflora iodocarpa Barb.
Pentacalia vernicifolia
Pentacalia vernicifolia (lat. Pentacalia vernicifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Pentacalia vernicosa
Pentacalia vernicosa (lat. Pentacalia vernicosa) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Polygonum persicaria var. vernicosum
Kələkötür qırxbuğum (lat. Polygonum scabrum) - qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Dioctis maculatum Raf. Dioctis vernum Raf. Discolenta lapathifolia Raf. Discolenta scabra Raf. Persicaria attenuata subsp. pulchra (Blume) K.L. Wilson Persicaria hypanica (Klokov) Tzvelev Persicaria lapathifolia (L.) Gray Persicaria lapathifolia subsp. andrzejowskiana (Klokov) Soják Persicaria lapathifolia subsp. brittingeri (Opiz) Soják Persicaria lapathifolia subsp.
Vernigerode
Verniqerode(alm. Wernigerode‎) — Almaniyanın Zakson Anhalt əyalətinin Harz rayonunda bir şəhərdir.
Vernike xəstəliyi
Vernike xəstəliyi — beyində olan pozulmanın nəticəsi olaraq meydana gəlir. Bilavasitə gözlərdəki əzələlərin hərəkət etməməsi ilə müşahidə edilən bir xəstəlikdir. Bu cür xəstəliyə mübtəla olan şəxslər də qaibdən müxtəlif səslər eşitdiklərini iddia edirlər.Qeyd olunanların hamısı alkoqolun müntəzəm qəbulu zamanı yaranır ki, bunlar da əsəb və ruhi pozulmalara səbəb olur, nəticədə bu tip pozulmalar alkoqolun daha çox beyin, beyincik və əsəblərə etdiyi mənfi təsirin nəticəsi olaraq bu xəstəlik ortaya çıxır.
Vernio (Fransa)
Vernio (fr. Vernioz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38536. Kommunanın 2007-cı il üçün əhalisi 1097 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 408 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənubda, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Verniqerode
Verniqerode(alm. Wernigerode‎) — Almaniyanın Zakson Anhalt əyalətinin Harz rayonunda bir şəhərdir.
Vitali Vernidub
Vitali Vernidub (Ukraynaca: Віталій Юрійович Вернидуб; 17 oktyabr 1987, Jitomir) — Ukraynalı peşəkar futbolçu.Ukrayna milli futbol komandasının və Azərbaycanın Qəbələ klubunda çıxış edir. Vernidubun 30 yaşı var.
Vernicia
Vernicia (lat. Vernicia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Vernicia fordii
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. == Məqsədlər və effektlər == Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Vernu
Vernu (fr. Vesancy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01433. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 285 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 197 yaşda (15-64 yaş arasında) 164 nəfər İqtisadi cəhətdən fəal, 33 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.2%, 1999-cu ildə 71.6%). Aktiv 164 sakindən 150 nəfər (80 kişi və 70 qadın), 14 nəfər işsizdir (5 kişi və 9 qadın). 33 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 13 digər səbəblərə görə hərəkətsizdir..
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. == Toponimiyası == Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. == Din == Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Avena verna
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Ağaclara vergi
Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi. Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu. Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.
Berni Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Cerni Smollett
Cerni Diana Smollett (ing. Jurnee Diana Smollett; 1 oktyabr 1986, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Cerni karyerasına uşaq yaşlarında "On Our Own" (1994-95) və "Full House" (1992-94) kimi televiziya sitkomları ilə başlamışdır.
Collinsia verna
Collinsia verna (lat. Collinsia verna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin collinsia cinsinə aid bitki növü.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Draba verna
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Le-Verne
Le-Verne (Alye)
Lerni (Urmiya)
Lerni (fars. لرنی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 373 nəfər yaşayır (65 ailə).
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. == Əsas amillər == Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. == Vergi uçotunun əsas funksiyaları == ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq. Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. == Hesablanması == Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.
Verin Oratağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır.
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. == Əhalisi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin]. == Ümumi məlumat == Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin]. Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır.
Vernı zəlzələsi (1887)
Vernı zəlzələsi — 1887-ci il mayın 28-də Vernıda baş verən zəlzələ. 1887-ci il mayın 28-də Qazaxıstanın Vernı (1921-ci ildən Alma-Ata, indiki Almatı) şəhərində güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Alma-Ata şəhərində 3 000-ə qədər bina uçmuşdur. Dağıntılar Frunze və Prjevalsk şəhərləri arasında olmuşdur. Bu zəlzələ 1 milyon km2 sahədə hiss edilmişdir. 1911-ci ildə bu rayonda yenə güclü zəlzələ baş vermişdir.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur oldu. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Gərni məbədi
Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. == Tarixi == 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. == Haqqında == Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.