Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vizual roman
Vizual roman (ビジュアルノベル, Bijuaru noberu) — sabit qrafiklərə, anime stilinə, bəzən isə videometraja malik olan interaktiv videooyun. Adından bəlli olduğu kimi bu növ oyunlar romanın videooyun versiyasını xatırladır. Yaponiya terminologiyasında vizual romanlar ilə yapon macəra oyunları arasında fərqləndirmə qoyulub: vizual romanlar (NVL kimi ixtisar olunur) başlıca olaraq hekayələr üzərində qurulub, oyunçudan az qarşılıqlı təsir tələb edir. Yapon macəra oyunlarında (ADV və ya AVG kimi ixtisar olunur) isə əsas hədəf qarşıya qoyulan problemləri həll etməkdir. Digər ölkələrdə ADV və NVL-lər sadəcə "vizual roman" adlandırılır. Vizual romanlar Yaponiyada geniş yayılmışdır. 2006-cı ildə Yaponiyada istehsal olunmuş PC oyunlarının 70 %-ni vizual romanlar təşkil etmişdir. Vizual romanlar çox nadir hallarda videooyun konsolları üçün istehsal olunurlar. Amma populyar vizual romanlar bəzən Sega Saturn, Dreamcast, PlayStation Portable və Xbox 360 konsollarına uyğunlaşdırılır. Məşhur vizual romanlar əsasında adətən ranobe, manqa, anime adaptasiyaları hazırlanır.
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Layihə:Vizual redaktor/Rəy
Visual Basic
Visual Basic – Microsoft şirkəti tərəfindən istehsal olunmuş (1991) proqram təminatının işlənib hazırlanması vasitəsi; proqramlaşdırma dili və gəlişdirmə mühitindən ibarətdir. Visual Basic öz ruhunu, üslubunu və qismən sintaksisini sələfi olan Basic dilindən alıb. Eyni zamanda Visual Basic obyekt-yönlü və komponent-yönlü proqramlaşdırma dillərinin elementlərini özündə birləşdirir. Özündən əvvəlki Windows proqramlaşdırma mühitlərindən fərqli olaraq, pəncərələri başlatmaq (INITIALIZE), hadisələri emal etmək, yaxud əməliyyat sistemi ilə qarşılıqlı əlaqədə olmaq üçün proqramçılar hər hansı ümumi kod yazmalı deyillər. Hazırkı versiyası Visual Basic. NET, yaxud VB. NET adlanır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Visual FoxPro
Visual FoxPro (VFP) — mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dili. Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsasında FoxPro proqramlaşdırma dili dayanır. dBase proqramlaşdırma dilinin bazasında hazırlanmış xBase dillər ailəsinə aiddir. Bu ailənin başqa üzvləri Clipper и Recital dilləridir. FoxBASE adlı ilk versiyası 1984-cü ildə Fox Software şirkətində işlənib hazırlanıb. 1992-ci ildə Fox Technologies şirkəti Microsoft tərəfindən alındıqdan sonra, proqram məhsulunun yeni versiyaları önəmli dərəcədə dəyişdirilmiş və adına “Visual” önşəkilçi əlavə edilmişdir. Orijinal FoxPro proqramının sonuncu 2.6 versiyası DOS, Windows və Unix əməliyyat sistemlərində işləyirdi; Visual FoxPro 3.0 versiyası Mac OS və Windows, daha sonrakı versiyalar isə yalnız Windows tərəfindən dəstəklənirdi. Cari MS Visual FoxPro versiyası COM texnologiyasına əsaslanır. Visual FoxPro dilində proqram fraqmenti: =================================== Donluq.prg ----------------------------------- SET ECHO OFF SET SAFETY OFF SET TALK OFF SET SCOREBOARD OFF SET DATE FRENCH SET CENTURY ON SET OLEOBJECT ON PUBLIC path0, path1, path2, path3, path4, path5, ; pathres, pathimg path0 = "DATA\SETUP\DONLUQ\" path1 = "DATA\LIST\" path2 = "DATA\BASE\" path3 = "IMAGES\MAP\" path4 = "DATA\DBOUT\" path5 = "DATA\ARXIV\" pathres = SYS(5) + '\ARBAY\RESOURCE' pathimg = SYS(5) + '\ARBAY\IMAGES' DECLARE integer GetSystemMetrics IN Win32API; integer x = GetSystemMetrics(0) y = GetSystemMetrics(1) WITH _SCREEN .TitleBar = 0 .WindowState = 0 .BorderStyle = 0 .Top = 0 .Left = 0 .Width = x .Height = y .AutoCenter = .T. ENDWITH İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Visual Studio
Microsoft proqram şirkəti tərəfindən yenə Microsofta aid bir sıra proqramlaşdırma dillərini və standart bir neçə dili dəstəkləyən IDE. İçərisində Visual Basic, Visual C #, C++ kimi proqramlaşdırma dillərinin bütünləşmiş inkişaf etdirmə mühiti və Microsoft tərəfindən xüsusiləşdirilmiş kitabxanaları saxlamaqdadır. Windows mühiti üçün proqram və proqram əsaslı məhsul inkişaf etdirən çox böyük bir müştəri kütləsinə sahibdir.
Microsoft Visual Studio
Microsoft proqram şirkəti tərəfindən yenə Microsofta aid bir sıra proqramlaşdırma dillərini və standart bir neçə dili dəstəkləyən IDE. İçərisində Visual Basic, Visual C #, C++ kimi proqramlaşdırma dillərinin bütünləşmiş inkişaf etdirmə mühiti və Microsoft tərəfindən xüsusiləşdirilmiş kitabxanaları saxlamaqdadır. Windows mühiti üçün proqram və proqram əsaslı məhsul inkişaf etdirən çox böyük bir müştəri kütləsinə sahibdir.
Visual Basic .NET
Visual Basic (VB), əsasən Visual Basic . NET (VB. NET) — .NET, Mono və .NET Framework-də yerinə yetirilən multi paradiqmalı, obyekt yönümlü proqramlaşdırma dili. Microsoft son versiyası Visual Basic 6.0 olan orijinal Visual Basic dilinin varisi kimi 2002-ci ildə VB. NET-i yayımladı. Adın ". NET" hissəsi 2005-ci ildə ləğv edilsə də bu məqalə klassik Visual Basic dilini ayırd etmək üçün 2002-ci ildən bəri buraxılmış bütün Visual Basic dillərinə istinad etmək üçün "Visual Basic [. NET]" istifadə edir. C# və F# ilə yanaşı . NET ekosistemini hədəf alan üç əsas dildən biridir. Microsoft 6 fevral 2023-cü ildə VB dil strategiyasını yeniləyərək VB-nin hazırda stabil bir dil olduğunu və Microsoft-un onu inkişaf etdirməyə davam edəcəyini bildirdi. Microsoft-un Visual Basic-də yazmaq üçün olan IDE-si Visual Studio-dur.
Visual Studio Code
Visual Studio Code və ya VS Code — Microsoft, Windows, Linux və macOS üçün hazırlanmış pulsuz mənbə kodu redaktorudur. Xüsusiyyətlərə diskussiya, sintaksisin işıqlandırılması, ağıllı kod doldurma, parça, kodun düzəldilməsi və quraşdırılmış Git (GitHub) daxildir. İstifadəçilər mövzunu, klaviatura qısa yollarını, üstünlüklərini dəyişdirə və əlavə funksionallıq yaradan genişləndirmələr quraşdıra bilərlər. Mənbə kodu icazə verilən MIT lisenziyası əsasında azad və açıq mənbəyidir. Tərtib edilmiş binarilər hər hansı bir istifadə üçün pulsuzdur. Stack Overflow 2019 Developer Anketində Visual Studio Code ən populyar inkişaf etdirici mühit aləti sırasına daxil edildi, 87.317 respondentdən 50.7% -i istifadə etməyi iddia etdi.
Visual Basic (.NET)
Visual Basic (VB), əsasən Visual Basic . NET (VB. NET) — .NET, Mono və .NET Framework-də yerinə yetirilən multi paradiqmalı, obyekt yönümlü proqramlaşdırma dili. Microsoft son versiyası Visual Basic 6.0 olan orijinal Visual Basic dilinin varisi kimi 2002-ci ildə VB. NET-i yayımladı. Adın ". NET" hissəsi 2005-ci ildə ləğv edilsə də bu məqalə klassik Visual Basic dilini ayırd etmək üçün 2002-ci ildən bəri buraxılmış bütün Visual Basic dillərinə istinad etmək üçün "Visual Basic [. NET]" istifadə edir. C# və F# ilə yanaşı . NET ekosistemini hədəf alan üç əsas dildən biridir. Microsoft 6 fevral 2023-cü ildə VB dil strategiyasını yeniləyərək VB-nin hazırda stabil bir dil olduğunu və Microsoft-un onu inkişaf etdirməyə davam edəcəyini bildirdi. Microsoft-un Visual Basic-də yazmaq üçün olan IDE-si Visual Studio-dur.
Aizaul
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Ritual
Ritual — müxtəlif jestlərin, hərəkətlərin, sözlərin və sitayiş edilən obyektlərin istifadəsi ilə keçirilən dini mərasim. Rituallar bir icmanın, o cümlədən dini icmanın adət-ənənələrinin hesabına formalaşa bilər. Rituallar formalizm, ənənəçilik, dəyişməzlik, qayda-idarəetmə, sakral simvolizm və müəyyən tamaşalar ilə xarakterizə olunur, lakin bunlar tərəfindən təyin olunmur. Rituallar bütün məlum cəmiyyətlərinin xüsusiyyəti hesab olunur. Onlara təkcə mütəşəkkil dinlərin və kultların ibadət ayinləri və sakramentləri deyil, həm də keçid ayinləri, kəffarə və təmizləmə ayinləri daxildir. , sədaqət andı, ithaf mərasimləri, tacqoyma və prezident inauqurasiyaları, nikahlar, dəfn mərasimləri və s. Hətta əl sıxma və "salam" demək kimi ümumi hərəkətləri rituallar adlandırmaq olar. Lakin ritual tədqiqatlar sahəsi bu terminin bir sıra ziddiyyətli təriflərini də göstərir. Kyriakidis tərəfindən verilən ziddiyyətlərdən biri budur ki, ritual kənar adama irrasional və ya məntiqsiz görünən müəyyən fəaliyyət (və ya hərəkətlər toplusu) üçün kənar və ya "etik" kateqoriyasıdır. Termin həm də insayder və ya "emik" ifaçı tərəfindən bu fəaliyyətin başlanğıcı olmayan izləyici tərəfindən belə görünə biləcəyinin etirafı kimi istifadə edilə bilər.
Rizul
Rizul (fr. Risoul, oks. Risós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. INSEE kodu — 05045. 2008-ci ildə əhalinin sayı 649 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 459 nəfər (15-64 yaş) arasında 338 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%). 338 aktiv adamdan 330 nəfəri (178 kişi və 152 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın). Fəal olmayan 121 nəfər arasında şagird və ya tələbə, 51 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Vezul
Vezul (fr. Vesoul) — Fransanın şərqində yerləşən şəhər, Haute-Saône departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir.
Paz Vizsla
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən fiksiya personajı. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır. Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.
Virtual Azərbaycan
"Virtual Azerbaijan Group of Companies" — Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən istehsalçı şirkətlərdən biri. 2014-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılaraq məhsuldarlığının və effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət olunur və daha səmərəli iş prosesi əldə edilir. Şirkət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi" lisenziyasına sahibdir. "Virtual Azerbaijan Group of Companies" "İnformasiya-kommunikasiya texnologiyaları"nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir. Şirkətdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl təşkilatlarda təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib 60-a yaxın əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır. Şirkət müxtəlif sosial layihələrə töhfə verir. Şirkət Türkiyənin və Rusiyanın nüfuzlu şirkətlərindən "Код Безопасности" ilə tərəfdaşlıq etməkdədir. AİKTSA-nın Platin üzvüdür.
Virtual cəmiyyət
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
Virtual dövlət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Virtual iqtisadiyyat
Virtual iqtisadiyyat (həmçinin sintetik iqtisadiyyat) — davamlı virtual aləmlərdə görülən, adətən onlayn oyun daxilində virtual malların mübadiləsi nəticəsində yaranan inkişaf edən iqtisadiyyat. Bir qayda olaraq, istifadəçilər zərurətdən deyil, əyləncə və istirahət üçün virtual iqtisadiyyatda iştirak edirlər. Beləliklə, virtual iqtisadiyyatda adətən real iqtisadiyyatın oyunçular tərəfindən “əyləncəli” kimi qəbul edilməyən elementləri yoxdur (məsələn, virtual aləmdə personaj adətən yaşamaq üçün yemək almaq məcburiyyətində deyil və həmçinin təbii bioloji ehtiyaclar). Bununla belə, bəzi istifadəçilər “real” iqtisadiyyatda fayda əldə etmək üçün virtual iqtisadiyyatla qarşılıqlı əlaqədə olurlar. “Virtual iqtisadiyyat” termini virtual valyutaya əsaslanan iqtisadiyyatı təsvir etmək üçün istifadə olunsa da, real dünyanın valyutası üçün virtual valyuta satışına da şamil edilə bilər. Virtual iqtisadiyyatlar MUD və KÇORO oyunlarında görünür. Həmçinin virtual iqtisadiyyatlar həyat simulyatoru janrında olan oyunlarda mövcuddur və onlarda virtual iqtisadiyyatı real dünya ilə əlaqələndirmək üçün ən radikal tədbirlər görülə bilər. Bunu abunəçilər tərəfindən “daxili olaraq” yaradılan aktivlərə əqli mülkiyyət hüquqlarını tanıyan və Linden Dollarının (rəsmi oyun valyutası) real pul üçün alqı-satqısına müdaxilə etməmək prinsipinə əməl edən Second Life-da aydın şəkildə görmək olar. partiya saytları. Həmçinin, virtual iqtisadiyyatlar Virtonomics kimi brauzer oyunlarında mövcud ola bilər, burada oyunçu ya pul xərcləyə, ya da xüsusi mağaza aça bilər, ya da fövqəladə oyun elementi kimi.
Virtual maşın
Virtual maşın və ya xəyali maşın — əməliyyat sistemi ilə kompüter platforması arasında bir virtual mühit yaradır və bu virtual mühit üzərində proqramların çalışdırıla bilməsinə imkan verir. Məsələn, Linux-un yeni versiyası çıxdı və siz bunu sınamaq istəyirsiniz. Kompüterinizə format atıb Linux qurmaq təbii ki çətin olacaq. Virtuallaşdırma proqramları sayəsində bu asanlıqla mümkün olur. Hər iki əməliyyat sistemini eyni anda istifadə edə bilərsiniz. Və ya Linux xoşunuza gəldi, lakin Windows-dan da qopmaq istəmirsiniz. Bunun üçün virtuallaşdırma proqramlarını istifadə edərək hər iki əməliyyat sistemini də istifadə edə bilərsiniz. İstədiyiniz zaman bu qurduğunuz əməliyyat sistemini silə bilərsiniz. Bu iki əməliyyat sistemi arasında sürüklə burax üsulu ilə fayllarınızı rahatca köçürə bilərsiniz. Ayrıca bu proqramlar sayəsində bir əməliyyat sistemindən digərinə, kompüteri yenidən başlatmadan rahatca keçə bilərsiniz.
Virtual ofis
Virtual ofis (ing. virtual office) — kollektiv istifadə üçün nəzərdə tutulan ofis xidmətlərini bildirən termindir. Bu xidmətlər əsasən yazışmaların əldə edilməsi üçün təşkilatın xidməti ünvanını, poçt göndəriş xidmətlərini, virtual telefon nömrəsini, faksların qəbul edilməsini əhatə edir. Həmçinin əlavə olaraq daxil olan zənglər üzrə xidmət, katibə, veb-hostinq xidmətləri və işgüzar görüşlər üçün danışıq otaqlarının və konfrans-zalların icarəsi kimi xidmətlər göstərilir. «Virtual ofis» həmçinin əməkdaşlardan ibarət komanda tərəfindən İnternetin müstəsna ünsiyyət imkanlarından istifadə etməklə effektiv biznes ilə məşğul olmağa imkan verən mühiti təsvir etmək üçün istifadə olunan ümumi termindir.
Virtual icma
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
Virtual siyasətçi
Virtual siyasətçi və ya Sİ siyasətçisi — dövlət idarəsində fəaliyyət göstərən qeyri-insani varlıq. Virtual siyasətçi eyni vəzifədə xidmət edən bir insanla oxşar gücə sahib olur, lakin süni intellekt alqoritmi əsasında seçim etmək üçün proqramlaşdırılır. Süni intellekt yaranandan bəri maşınlar müxtəlif səbəblərə görə əvvəllər insanların tutduğu müxtəlif vəzifələrdə işə salınmışdır. Bunlar əsasən insanların iş yükünü yüngülləşdirmək üçün təkrarlanan tapşırıqlara aid edilmişdir. Süni intellekt getdikcə daha çox insan xüsusiyyətləri tələb edən empatiya kimi vəzifələrdə işə salınır, lakin insan qüsurlarını əvəz etmək üçün istifadə olunur. Bəziləri hesab edirlər ki, düzgün verilənlər üzərində proqramlaşdırılmış süni intellekt güclü bir mövqeyə yerləşdirilsə, o, tez məlumatlı qərarlar qəbul edə, səlahiyyəti olan hər kəsin perspektiv və ehtiyaclarına diqqət yetirə bilər. "SAM" ümumiyyətlə ilk virtual siyasətçi hesab edilən proqrama verilən addır. SAM Yeni Zelandiyalı proqram tərtibatçısı Nik Gerritsen tərəfindən yaradılmış və Yeni Zelandiyada insanların fikirlərini və istəklərini təmsil etmək üçün hazırlanmışdır. SAM-ın 2020-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə namizəd kimi irəli sürülməsi nəzərdə tutulmuşdu. "Yandex" tərəfindən qurulmuş "Alice" və ya "Alisa" çatbotu 2018-ci ildə Rusiyada prezident seçkilərində Vladimir Putinə qarşı namizəd olaraq göstərilmişdir.
Virtual bankçılıq
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur. Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir. İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir. Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir. Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
Virtual qlobus
Virtual qlobus — Yerin və ya başqa bir dünyanın üçölçülü (3D) proqram modeli və ya təsviri. Virtual qlobus istifadəçiyə baxış bucağını və mövqeyini dəyişdirərək virtual mühitdə sərbəst hərəkət etmək imkanı verir. Adi qlobusla müqayisədə virtual qlobuslar Yer səthinin bir çox müxtəlif görünüşlərini təmsil etmək üçün əlavə imkanlara malikdir. Bu görünüşlər coğrafi xüsusiyyətlər, insan tərəfindən yaradılmış yollar və binalar kimi xüsusiyyətlər və ya əhali kimi demoqrafik kəmiyyətlərin mücərrəd təsvirləri ola bilər. "Microsoft" 20 noyabr 1997-ci ildə "Encarta Virtual Globe 98" formasında oflayn virtual qlobus buraxmış, ardınca 1999-cu ildə "Cosmi"nin "3D World Atlas"ı buraxılmışdır. İlk geniş yayılmış onlayn virtual qlobuslar "NASA WorldWind" (2004-cü ilin ortalarında buraxılmışdır) və "Google Earth" (2005-ci ilin ortalarında buraxılmışdır) idi. Virtual qlobuslar öyrənmə və ya naviqasiya üçün istifadə oluna bilər (GPS cihazına qoşulmaqla) və onların dizaynı məqsədlərinə uyğun olaraq xeyli dəyişir. Yer kürəsinin vizual olaraq dəqiq təmsilini təsvir etmək istəyənlər tez-tez peyk təsviri serverlərindən istifadə edirlər və təkcə fırlanma deyil, həm də böyütmək və bəzən üfüqləri əymək qabiliyyətinə malikdirlər. Çox vaxt bu cür virtual qlobuslar dünyanı çox təfərrüatlı şəkildə əhatə etməklə mümkün olduğu qədər həqiqi təsviri təmin etmək məqsədi daşıyır. Belə olduğu halda interfeys tez-tez insan tərəfindən yaradılmış xüsusiyyətləri vurğulamaq üçün sadələşdirilmiş qrafik örtükləri təmin etmək seçiminə malikdir, çünki bunlar fotoqrafik hava görünüşündən mütləq aydın görünmür.