Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda — Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi. Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi. 1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi.
İlya Vekua
İlya Vekua (gürcü: ილია ვეკუა, rus. Илья́ Не́сторович Ве́куа; 23 aprel (6 may) 1907, Şeşeleti[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 2 dekabr 1977, Tbilisi, SSRİ) tənliklər, tək inteqral tənliklər, ümumiləşdirilmiş analitik funksiyalar, elastik qabıqların riyazi nəzəriyyəsi və qismən differensial üzrə ixtisaslaşmış görkəmli gürcü riyaziyyatçısı olmuşdur. . İlia Vekua 1907-ci ildə Gürcüstanın Sheshelety kəndində anadan olub. Zuqdididə məktəbi bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat şöbəsinə daxil olmuşdur. Vekua 1930-cu ildə universiteti bitirmiş və 1940-cı ildə orada professor olmuşdur. Eyni zamanda Steklov Riyaziyyat İnstitutunun direktor müavini (1954 – 1959), Novosibirsk Dövlət Universitetinin ilk rektoru (1959 – 1964), Gürcüstan Elmlər Akademiyasının prezidenti müavini (1964 – 1965) və GMEA-nın prezidenti olmuşdur (1972 – 1977). 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Vekua Stalin mükafatına (1950), Lenin mükafatına (1963), SSRİ Dövlət mükafatına (1984), üç Lenin ordeni və " Şərəf nişanı" ordeni ilə təltif edilmişdir . Əvvəllər Sovet İttifaqının nüvə silahı proqramında iştirak edən Suxumi ( Abxaziya ) yaxınlığında, indi Tbilisidə / Gürcüstanda yerləşən Suxumi Fizika və Texnologiya İnstitutu da onun adını daşıyır. Gürcüstan Milli Elmlər Akademiyası Süleyman Mixlin Rusiya İmperiyası Tbilisi Dövlət Universiteti Gürcüstan Milli Elmlər Akademiyası Mgaloblishvili, L. I., Три президента Академии Наук Грудзии.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Fan Hui Kuat
Fan Hui Kuat (vyet. Phan Huy Quat; 1911, Txattyau[d] – 27 aprel 1979, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, Vyetnam Respublikasının Baş naziri (1965). == Həyatı == Fan Hui Kuat 1949-1950 Bao Dai hökumətində təhsil naziri olmuşdur. O, 1950 və 1953-1954-cü illərdə müdafiə naziri vəzifəsində çalışmışdır. Fan Hui Kuat 1953-cü ildə Vyetnam Dövlətinin demokratikləşməsinə cavabdeh olan xüsusi tapşırıqlar üzrə nazir kimi xidmət etmişdir. O, 1954-ci ildə Vyetnam Dövlətinin Baş nazirinin səlahiyyətlərini icra etmişdir. Fan Hui Kuat 1965-ci ilin fevralında Vyetnam Respublikasının Baş naziri, marşal Nquyen Kao Kinin başçılıq etdiyi hərbi çevrilişdən sonra vəzifəsindən azad olunmuşdur. Baş nazirlikdən getdikdən sonra Kuat öz həkimlik fəaliyyətinə qayıtmışdır. O, 1975-ci ilə qədər siyasətdə qalmış, Asiya Antikommunist Liqası ilə işləmiş və onun Vyetnam ofisinə rəhbərlik etmişdir. Fan Hui Kuat 1975-ci ilin avqustunda Vyetnam Respublikasının süqutundan sonra həbs edilmiş və zindana salınmışdır.
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir. == Mənşə == Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi. Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.
Sükut (film, 2018)
Sükut - Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilmişdir. Arifin həyat yoldaşı ölümcül xəstəliyə dücar olandan sonra onun həyatı da alt üst olur. Keçmiş hərbçi indi var gücü ilə səy göstərməlidir ki, ayaq üstə qalmağı bacarsın.
Yapon mədəniyyətində sükut
Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir . Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. . Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik . Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir . Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir . Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var .
Sükut kodeksi (film, 1985)
Sükut kodeksi — 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmdəki hadisələr 1984-cü ildə Çikaqoda baş verən hadisələri əhatə edir. Narkotik istehsalı ilə məşğul olan mafiya başçısı Komaçonu ələ keçirmək üçün Çikaqonun polis heyəti plan hazırlayır. Lakin bu əməliyyat zamanı Toni Lunanın adamları peyda olur. Müxtəlif atışmalar əsnasında polis heyəti, həmçinin, Kamaço yaralanır və narkotiklər aradan götürülür. Bir müddət sonra narkotik satıcılarını tapmaq isə Eddi Kyusaka həvalə olunur… Sükut kodeksi — Internet Movie Database saytında.
Sükut pozuntusu (film, 2014)
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq. Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
Əbədi Sükut Dünyası Labirint Muzeyi
Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan təxminən 0,07 ha ərazini əhatə edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə arxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır. Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir. Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir. Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır.