Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Katrey
Katreus Minosun oğludur. Bir öncəgörmə ocağının uşaqlarından biri tərəfindən öldürüləcəyini söylədiyi Krit kralı. Sonra oğlu Althaimenes bacılarından biri ilə Kritdən ayrıldı və Rodosda yerləşir. İllər keçdikdən sonra Katreus taxtını ona təhvil vermək üçün oğlunu ziyarət etmək istəyir, lakin quruya yaxınlaşdıqda, mal-qara oğrusu olduğunu düşünən mal-qara keşikçilərinin hücumuna məruz qalır və onların köməyinə qaçan və atasını tanımayan oğlu tərəfindən öldürülür.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Atrey
Atreus, Mikena kralıdır. Zevsin oğlu Tantalın nəvəsidir. Pelops və Hippodameanın oğludur. Thyestes və Nikippenin qardaşıdır. Pleisthenes, Cleola ilə evliliyindən olub. Bir müddət keçdikdən sonra Atreus, dul qalmış gəlini Aeropa ilə evləndi. Bu ikinci evliliyindən, Aqamemnon və Menalay adlı iki oğlu və Anaksibia adlı bir qızı dünyaya gəldi Şayiələrə görə, Atreus və qardaşı Thyestes, atalarının daha çox sevdiyi qardaşları Khrysipposu öldürdülər və atalarının lənətini aldılar və sonralar Arqos krallığını ələ keçirdilər. Ancaq Thyestes, hökmranlığın rəmzi olan qızıl quzuyu oğurladı və Atreusun həyat yoldaşı Aeropanı sınağa çəkdi. Cinayəti açıldıqdan sonra qaçarkən, Atreusun oğlu Pleisthenesi də özü ilə götürdü və onu öz uşağı kimi böyütdü. Uşaq böyüdükdən sonra, Thyestes onu Atreusu öldürmək üçün göndərdi.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Philantomba walteri
Philantomba walteri (lat. Philantomba walteri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin philantomba cinsinə aid heyvan növü.
Tanacetum walteri
Tanacetum walteri (lat. Tanacetum walteri) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
Waverly, Virciniya
Uaverli — ABŞ-nin Virciniya ştatında kiçik şəhər. Əhalisi 2000-dən bir qədər çoxdur.
Cornus walteri
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Aterk (Ağdərə)
Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Keçmış adı Aterk/Ater qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir. == Tarixi == Kəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çаlаbеrd nаhiyəsinin kəndi olaraq keçir.
Aterk (qala)
Aterk — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsinin əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Matey Kejman
Mateya Kejman (serb. Матеја Кежман / Mateja Kežman; 12 aprel 1979, Zemun, Yuqoslaviya) — keçmiş Serbiya futbolçusu, hücumçu, oyunçu karyerasını başa vurub. Daha çox PSV Eyndhoven klubundakı uğurlu çıxışı ilə yadda qalıb. Serbiya çempionatlarında dəfələrlə bombardir adını qazanmış Matey Kejman Niderlandda kifayət qədər məşhurlaşıb. Onun "Uçan holland" ölkəsinə gəlişi 2000-ci ilə təsadüf edir. "Narıncı ölkə"də çıxış etdiyi 4 mövsümün 3-də snayperlər siyahısında birinci olmuş serbiyalı rusiyalı maqnat, Çukotka vilayətinin məşhur meri, "Çelsi"nin sahibkarı Roman Abramoviçin şəxsi dəvəti ilə də "Dumanlı Albion"a təşrif buyurdu. Cəmi 5 milyon funt sterlinqə. Lakin hücumçu gözlənilən effekti vermədi, nədənsə oyunu alınmadı – mövsümə cəmi 7 qol vurdu. Elə bunun nqəticəsi idi ki, sonrakı mövsüm madridli "matrasçılar"ın – "Atletiko"nun düşərgəsinə keçmək məcburiyyətində qaldı. Əfsanəvi korrida ölkəsi İspaniyada da "futbol matadoru"na mövsüm düşərli olmadı.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Qabriel Matey
Yevgen Qabriel Matey (26 fevral 1990-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Konkordiya Kyajna klubunda müdafiənin sağ cinahında çıxış edən Rumıniyalı peşəkar futbolçudur. == Klub karyerası == === Styaua Buxarest === Qabriel Matey 2011-ci ildə 600,000 avro qarşılığında Styaua Buxarest klubuna transfer olmuşdur. Panduri Tarqu Jiu klubu isə gələcək transferin 500,000 avro olduğunu açıqlamışdır.Mateyin karyerası çoxsaylı bədən xəsarətləri ilə əlamətdar olub. Bununla o, Styauada iki mövsümü demək olar ki, buraxmışdır. Bu dövr ərzində dörd əməliyyat keçirmişdir. === Zirə === 25 iyun 2017-ci ildə Matey Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. === Termalika Nieçieçza === 29 dekabr 2017-ci ildə Matey Polşa Ekstraklasa təmsilçilərindən olan Termalika Nieçieçza klubu ilə müqavilə imzalamışdır.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədi ilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Harold Walter Bailey
Harold Volter Beili (16 dekabr 1899 - 11 yanvar 1996) — İngilis şərqşünas, İranşünas. O, XX əsrin ən böyük şərqşünaslarından biri hesab olunurdu.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902 - 13 oktyabr 1987) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. = == Mükafatlar və fərqlənmə == Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.