Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
REAL
REAL — Siyasi partiya. Real (albom) — Musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — televiziya kanalı.
Android Wear
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
REAL (partiya)

Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. == Real Aykido kimlər üçündür? == Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil.
Real Madrid
Real Madrid FK — 1902-ci il tarixində qurulan, dünyaca məşhur ispan futbol klubu.
Real Saraqosa
Real Sociedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sosyedad

Real TV
Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. == Tarixçə == 18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb.5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib. Həmin gün test yayımına başladı. “Real TV"-nin peyk yayımına başlayacağı tarix məlum olub.
Real Valyadolid
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Wear OS
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Raymond Weil
Raymond Weil (Fransızca tələffüz: [ʁemɔ̃ vɛːj]) — 1976-cı ildə Cenevrədə Raymond Vayl və Simone Bedat tərəfindən qurulmuş İsveçrə lüks saat istehsalçısı. 1996-cı ildə Simone Bedat və oğlu "Bedat & Co" brendi altında saat istehsalçısını yaratmaq üçün şirkəti tərk etdi. Raymond Vayl 2002-ci ildə təqaüdə çıxana qədər şirkətə rəhbərlik etdi; 2014-cü ildə vəfat edib. Şirkəti hazırda Vaylın nəvəsi Elie Bernhaym idarə edir. == Tarixi == Vayl əvvəlcə dizaynlarını Cenevrədəki piştaxtada qatlana bilən körpü masasından satdı. Bu seriyaya həm ənənəvi yay və dişli mexaniki İsveçrə saatları, həm də kvarsla işləyən saatlar daxildir. O aşağı-lüks saat alıcılarına beynəlxalq səviyyədə satdı. 2014-cü ildən etibarən şirkət orta hesabla 1000 funt sterlinq qiymətə ildə 200.000 saat satmışdır.2018-ci ilin iyul ayında şirkət baş ofisini Mançesterdəki Müqəddəs Pyotr meydanına köçürdü.
Real gəlir
Real gəlir — fərdlərin və ya dövlətlərin inflyasiya əsasında düzəlişlər edildikdən sonra əldə alınan gəlirləri. Bu, nominal gəlirin qiymət səviyyəsinə bölünməsi ilə hesablanır. Real gəlir və real ÜDM kimi real dəyişənlər fiziki vahidlərlə, nominal gəlir və nominal ÜDM kimi nominal dəyişənlər isə pul vahidləri ilə ölçülür. Buna görə real gəlir rifahın daha faydalı göstəricisidir, çünki o, gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarını ölçür.
Wal mart
Walmart Inc. - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞ və Kanadada Walmart adı altında, Meksika və Mərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, Kanada və Cənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur. 2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir.
Bakı real məktəbi
Bakı real məktəbi — 1874-cü ildə Bakı real gimnaziyasının (1867) əsasında yaradılmışdır. Məktəbdə 1876-cı ildə 431 (44 az-lı), 1899-cu ildə 658 (67 az-lı) şagird təhsil alırdı. Burada hazırlıq sinifləri də açılmışdır. 1890-cı ilin məlumatına görə Bakı real məktəbində oxuyanların 4.6 % kəndli uşaqları idi. Şagirdlərin müəyyən qismi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. N. Nərimnanov, H. Zərdabi Bakı real məktəbində dərs demişdir.
Heal the World
Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər. Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir. Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.
Kasper Korte Real
Kasper Korte Real (port. Gaspar Corte Real; təq. 1450, Tavira[d] – 1501) — Coğrafi kəşflərdə iştirak etmiş Portuqal səyyahı.
Nyoyi-le-Real
Nöyi-le-Real (fr. Neuilly-le-Réal) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nöyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03197. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1362 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 852 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 657 nəfər iqtisadi cəhətdən fəal, 195 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.6%). Fəal olan 657 nəfərdən 612 nəfər (319 kişi və 293 qadın), 45 nəfər işsiz (13 kişi və 32 qadın) idi. Aktiv olmayan 195 nəfər arasında şagird və ya tələbə, 101 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Nöyi-le-Real

Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Real Betis FK
Real Betis Balompie - 1907-ci ildə İspaniyanın Sevilya şəhərində qurulmuş futbol klubudur. La Liqada mübarizə aparan komandanın yaşıl-ağ rəngləri var. Benito Villamarin stadionunda oynayırlar. == Heyəti == 31 avqust 2019- tarixinə əsasən olan heyəti.Bayraqlar FİFA-nın uyğunluq qaydalarına uyğun olaraq milli komandanı göstərir. Oyunçular FİFA-ya aid olmayan səbəbdən birdən çox ölkəyə sahib ola bilərlər.
Real Madrid BK
Real Madrid Real Madrid klubunun 1932-ci ildə qurulan peşəkar basketbol klubudur. Klub İspaniyanın ən yüksək basketbol liqası olan İspaniya basketbol çempionatlığında mübarizə aparır. Eynilə futbol klubu kimi basketbol klubu da İspaniya və Avropada önəmli bir klubdur. 30 dəfə İspaniya liqasını və 22 dəfə də İspaniya kubokunu qazanmışdır. Klub 9 dəfə qazandığı Avroliqanı, hər birini 4 dəfə qazandığı Saporta kubokunu və Qitələrarası FİBA kubokunu da ən çox qazanan klub ünvanına sahibdir. Həmçinin klub iki dəfə də Üçlü tac etmişdir. Arvidas Sabonis, Drajen Petroviç, Deyan Bodiroqa və Drajen Dalipaqiç kimi keçmişin ulduz basketbolçuları Real Madriddə forma geyinmişdir. Real Madridin İspaniya həvəskarlar basketbol çempionatlığında mübarizə aparan bir klubu da mövcuddur.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Fəal-interaktiv təlim
Fəal-interaktiv təlim - təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni - bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. == Tarixi == Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Fəal interaktiv təlim
Fəal-interaktiv təlim - təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni - bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.