Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xınavənd (Miyanə)
Xınavənd (fars. خناوند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (11 ailə).
Bilabənd
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
Şinəbənd
Şinəbənd — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 624 nəfərdir. Yaşayış məntəqəsi adını ərazidəki yüksəklikdən almışdır. Yüksəkliyin adı isə talış dilindəki şin (qum) və band (dağ, təpə) sözlərindən ibarət olub (-ə mənsub, bildirir), “qum dağı, qumlu dağ” mənasındadır. Şinəbənd kəndi Lerikdən təxminən 5 km məsafədə dağətəyi ərazidə, təbiətin gözəl bir guşəsində, Orand - Nuravad yolunun üzərində yerləşir.Kənddə 1 məktəb, 1 kitabxana və 1 klub fəaliyət göstərir. Kənddə Şinəband kənd məscidi dini icması fəaliyyət göstərir.