MİNACAT

is. [ ər. ] köhn.
1. din. Allaha dua və səna etmə; dua-niyaz.
[Ay:] Mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm. Ə.Haqverdiyev.

2. Klassik Şərq ədəbiyyatında Allaha xitabən dua və niyaz mahiyyətli şeir.
Dərviş nə minacat isə başladı. A.Divanbəyoğlu.

3. Azan çəkməklə əhaliyə verilən xəbər; car.
Sübh olcaq çavuşun minacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. C.Məmmədquluzadə.
Minacat səsinin təsiri altında Həsən gözlərini qaldırıb göydəki ulduzlara tamaşa etdi. B.Talıblı.

MİNAATAN
MİNÁÇI
OBASTAN VİKİ
Minacat
Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır. Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.

Digər lüğətlərdə

выче́рчивание закача́ться обвёртка облу́живать переупакова́ть пуза́то са́ван ше́йкер застра́щиванье сви́тский честь че́стью коляска металл castle-guard epigastriocele Gasthaus Noachic presanctified reclusory shell parakeet дивизия золотиться кемпинг похохотать уточный