Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
Xəyyat Mirzə
Xəyyat Mirzə (1885, Bozalqanlı – 25 dekabr 1922, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycanın tanınmış aşıqlarından biri. == Həyatı == Mirzə Abbasqulu oğlu Mirzəyev 1885-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dülgər ailəsində dünyaya gəlmiş, kiçik yaşlarında mollaxanada dərs almışdır. Atası Abbasqulu onu dərzi yanına şagird qoymuşdur. Dərziliyi öyrənməklə yanaşı, onda şeirə, sənətə böyük maraq olmuşdur. Dərzi olduğundan şeirlərini də "Xəyyat" (dərzi) təxəllüsü ilə düzüb qoşmuş, xalq şeiri üslubunda yazıb yaratmışdır. Bozalqanlı Xəyyat Mirzə tə xəllüsü ilə tanınmışdır. Aşıq Hüseyn Bozalqanlı, Şair Vəli ilə deyiş mələri məşhurdur. Hazırcavablığı, istedadı ilə həmişə mühitin marağı na səbəb olmuşdur. Haqqında "Mirzə-Nazənin" dastanı yaranmışdır.Xəyyat Mirzə 1922-ci il dekabr ayının 25-də öz kəndlərində vəfat etmiş və orada dəfn olunmuşdur. Xəyyat Mirzənin ilk kitabı 1966-cı ildə çap olunmuşdur.
Nəşət Ərtaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Qırmızıdodaq xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Əhyət Mirzəyev
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Məsqət
Məsqət (tarixi ərazi)
Xeysey
Akihito (yaponca 明仁; 23 dekabr 1933[…], Tokio İmperator sarayı[d], Kodzimati-ku[d]) — 125-ci Yaponiya imperatoru (Yamato sülaləsindən). Arvadı - Syoda Mitiko (1959-ci ildən). 1989-2019-ci il yanvarın 7-sində taxta çıxmışdır. Hökmdarlıq dövrü Heysey adlanır.
Həyət (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Köhnə Həyət (Talış)
Köhnə Həyət (fars. كهنه حياط‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (22 ailə).
Meşə xəlvət... (film, 1988)
== Məzmunu == Film meşələrin kəsilməsi haqqındadır.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər.Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı. Həmçinin bəzi günlərdə ki, Əbu Talibin davarlarını otarmaq üçün çölə aparırdı bir nəfər ona yaxın gəlib dedi Ya Rəsulullah!
Əsyut
Əsyut (ərəb. أسيوط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 389.307 nəfərdir (2006).
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü.Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. == Həyatı == Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Həsrət Cəfərov
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu.2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu.2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi. Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu.2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını isə Həsrət Cəfərov bürünc medalla başa vurdu.2023-cü ildə Həsrət Cəfərov əvvəlcə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə aparsa da, turniri 26 idmançı sırasında 20-ci pillədə başa vurdu. Apreldə isə Həsrət Cəfərov Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Pedro Kaldasa 2:1, 1/4 final mərhələsində Norveç nümayəndəsi Havard Yorgensea 8:1, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Murad Fırata 8:1 hesabları ilə qalib gələn Həsrət Cəfərov, turnirin final görüşündə Gürcüstan nümayəndəsi Coni Xetsurianiya 3:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.
Həsrət Hüseynov
Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı. == Həyatı == 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] == Elmi yaradıcılığı == H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur.Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur. Onun “Dilin ictimai mahiyyəti”, “Yazılar və əlifbalar”, “İnterlinqvistika” və “Natiqlik sənəti” adlı əsərləri ümumi dilçilik məsələlərinin araşdırmasına həsr edilmişdir.
Həsrət Ələsgərov
Həsrət Vahid oğlu Ələsgərov (8 fevral 2001; Aşağı Quşçu, Tovuz rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsrət Ələsgərov 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həsrət Ələsgərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Keshet 12
«Keshet 12» (ivr. ‏‎קשת 12‎‏‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır. == Tarixi == İsrailin «Channel 2» kanalı «İkinci Televiziya və Radio Şirkəti» tərəfindən idarə olunurdu. Lakin kanal «Keshet Media Group» və «Reshet» şirkətləri tərəfindən maliyyələşdirilmişdir. İsrailin yayım sistemində həm özəl, həm də dövlət kanallarının müxtəlifliyini və rəqabətini artırmaq məqsədilə keçirilən islahatlar nəticəsində «Channel 2» bağlanmışdır. «Keshet 12» və «Reshet 13» telekanalı ilə birlikdə 1 noyabr 2017-ci ildə yayıma başlamışdır. «İsrail Televiziya Xəbərlər Kompaniyası» hər iki kanalda xəbər proqramlarını təqdim etməyə davam edir. Əsas xəbər bülleteni hər iki kanal tərəfindən ortaq şəkildə yayımlanır, digər proqramlar isə iki kanal arasında bölünmüşdür.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Məsqət şəhəri
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır. == Həyatı == Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı. === Təhsili === Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Xəstə Bayraməli
Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu‎; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair. == Həyatı == Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib. Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.