Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarı xanıməli
Xanıməlili (Meşkinşəhr)
Xanıməlili (fars. خانم عليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (11 ailə).
Qasıməli
Qasıməli, Getapi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəytəri"ndə Qasımkənd, Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində qışlaq kimi qeyd olunur == Əhalisi == 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. == Toponimi == Toponim Qasıməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 1728-ci ilə aid arxiv mənbəyinda Qasımlı kimidir [170, 142]. Həmin mənbədə Qasımkənd adı da çəkilir və "el məşhur Avşar" adlandırılır İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.
Qasıməli Cantoşev
Qasıməli Cantoşev (qırğ. Касымалы Жантошев;; 2 sentyabr [15] 1904, Tənizbay kəndi, Ak-Suu rayonu, İsıkgöl vilayəti, Qırğızıstan - 13 avqust 1968, Frunze) - qırğız ədəbiyyat və ictimai xadimi, yazıçı, dramaturq, tərcüməçi, aktyor, rejissor. Qırğızıstan SSR-in əməkdar artisti (1946), Qırğız SSR xalq yazıçısı (1968) olmuşdur. SSRİ Yazıçılar İttifaqı (1934) olmuşdur. == Həyatı == 1926-cı ildə A.Kuttubayev, A.Botaliyev, S.Sabayev, K.Eşimbəyov və başqaları ilə birlikdə ümid verən gənc olaraq Qırğızıstan musiqi və dram studiyasına qəbul edildi. Musiqi və dram studiyasında çalışdığı illərdə bir neçə rol oynamış, eyni zamanda ilk pyeslərini: "Çobanlar", "Karaçaç", "Qırmızı və Mariya" və s. yazmışdır. Sonradan Q.Cantoşevin yuxarıda göstərilən bütün pyesləri səhnəyə qoyulub. 1930-cu ildə Frunze şəhərində Pedaqoji Texnikumu bitirmışdır. Qırğızıstan Pedaqoji Kollecində müəllim işləyib, bir müddət kənd məclislərinin sədrlərinin hazırlanması kurslarından dərs keçib.
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, Ərdəbil – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. == Həyatı == Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. === Təhsili === 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. == Karyerası == O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir.İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu. 1989-cu ildə general-mayor rütbəsinə yüksəldilmişdir.
Sarı xanəli
Xanəli Babayev
Xanəli Babəli oğlu Babayev - Filologiya elmləri namizədi == Həyatı == Xanəli Babəli oğlu Babayev 1963-cü ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Ali təhsillidir. Filologiya elmləri namizədidir. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi və Bakı İslam Universitetinin Mingəçevir şöbəsinin direktor müavinidir. Mətbuatda müxtəlif mövzularda tez-tez çıxışlar edir. 3 kitab müəllifidir.
Xanəli Fəttayev
Xanəli Qəribəli oğlu Fəttayev (d. 22 sentyabr 1997; Lerik, Azərbaycan - ö. 29 yanvar 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Xanəli Fəttayev 1998-ci ilin 22 sentyabr günündə Lerik rayonunun Molalan kəndi anadan olub. == Hərbi xidməti == Əsgər Xanəli Fəttayev 2017-ci ildə, yanvarın 29-u axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Xanəli Fəttayev Bakı şəhərinin Xəzər rayonunda, Binə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fəttayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Xanəli Kərimli
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Xanəli Kərimov
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Xanəli Tolış
Xanəli Tolış (tam adı: Xanəli Şirəli oğlu Ağayev) — Azərbaycan şairi. İxtisasca tarixçi-etnoqraf olsa da, azərbaycan və talış dillərində yazdığı şeir və poemaları ilə məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. == Həyatı == Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub 1969-cu ildə oranı bitirmişdir. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir. 1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləmişdir. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olmuşdur.
Fərxundə xanımgil (teleserial, 1993)
Fərxundə xanımgil (türk. Ferhunde Hanımlar) — 1993-1999-cu illərdə yayımlanmış türk dram serialı. Serialda Fərxundə xanım və onun ailə üzvlərinin yaşadıqları hadisələrdən bəhs olunur. Serial 2 adda yayımlanmışdır: TRT 1 telekanalında Fərxundə xanım və qızları (1 və 2-ci mövsümlər) adı ilə və İnterStar telekanalında Fərxundə xanımgil (3-7-ci mövsümlər) adı ilə. Fərxundə xanımgil Türkiyədə yayımlanmış ilk gündəlik teleserialdır. 2020-ci ildə aprel-iyul ayları arasında TRT 1 telekanalında təkrarları yayımlanmışdır.
Benimeli
Benimeli (isp. Benimeli) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 3,5 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 413 nəfərə çatmışdır.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] == Toponimikası == Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Xadimli (Nir)
Xadimli (fars. خادم لو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 143 nəfər yaşayır (22 ailə).
Azərbaycanın birinci xanımı
Azərbaycanın birinci xanımı — Azərbaycan Respublikasının Prezidentinin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini Azərbaycanın prezidentinin xanımı yerinə yetirir, bəzən bu titulu o qadın ki, sahib olur ki, o, dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır. == Azərbaycan birinci xanımları (1918–cari) == === Azərbaycan Demokratik Cümhuriyyət (1918–1920) === === Azərbaycan Sovet Sosialist Respublikası (1920–1991) === Qeyd: Azərbaycan SSR-in başçıları olmuş Mir Teymur Yaqubovun və İmam Mustafayevin xanımları haqqında heç-bir məlumat yoxdur. === Müstəqil Azərbaycan dövrü (1991–cari) === == "Birinci Xanımsızlıq" dövrü == Son 100 ildə Azərbaycan tarixində elə dövrlər olmuşdur ki, ölkənin birinci xanımı olmamışdır, bu yer boş qalmışdır və bunun da öz obyektiv səbəbləri vardır. d. — Doğum tarixi ö.
Baş nazirin xanımı
İndoneziyanın Birinci Xanımı
İndoneziya tarixində Birinci xanım (ind. Ibu Negara) və ya Birinci cənab (ind. Bapak Negara) adı İndoneziya prezidentinin həyat yoldaşı və ya ərinə müraciət etmək üçün istifadə edilmişdir. İndoneziyanın Konstitusiyasında Prezidentin həyat yoldaşları haqqında bir şey yazılmasa da İndoneziya cəmiyyətində əhəmiyyətli təsir göstərməyə davam edir. Mövzunun mövcud sahibi indiki prezident Coko Vidodonun həyat yoldaşı İriana Coko Vidododur. Prezident Meqavati Sukarnoputrinin əri Tofiq Kiemas bu günə qədər yalnız olan Birinci Cənabdır. == Tarix == İbu Neqaranın rolu ilk İndoneziya konstitusiya konvensiyaların inkişafında dəqiq deyildi. İlk prezident Sukarno 1945-ci ilin avqustunda prezident olanda üçüncü həyat yoldaşı Fatmavati ilə evləndi. Sukarno Hartini ilə 1953-cü ildə Fatmavatinin icazəsi ilə evləndi. Hartini İstana Boqorda yaşayaraq prezidentin rəsmi dövlət vəzifələrinə yola salınması və xaricdə səfər etməsində müşayiət etdi.
Vahiməli gecə (film, 2011)
Vahimə gecəsi (ing. Fright Night) — 2011-ci il Amerika istehsalı qorxu və komediya janrlı film. Film 1985-ci ildə rejissor Tom Holland tərəfindən ekranlaşdırılmış eyniadlı filmin remeykidir. Hər şey qorxulu filmləri bəyənən Çarlinin məhəlləsinə yeni köçən bir adamın vampir olduğunu biləndən sonra başlayır. Filmdə hadisələr əyləncəli və eyni zamanda qorxulu tərzdə davam edir. Rollarda Kolin Farrel, Anton Yelçin, Toni Kollet və Devid Tennant çəkilib. == Məzmun == Çarli məktəbin papulyar tələbəsidir və bir çoxlarının paxıllıq etdiyi seksi bir sevgilisi var. Özünü çox sevən Çarlı hətta ən yaxın dostu Edidə saymayır. Bir gün onların məhəlləsinə yeni qonşu köçür. Adi adam kimi görünən bu oğlanın sonradan gecələri ova çıxan bir vampir olduğunu öyrənən Çarli bunu heç kəsə inandıra bilməyəcəyini bilir.
Vahiməli gecə 2: Yeni qan (film, 2013)
Vahimə gecəsi 2: Yeni qan (ing. Fright Night 2: New Blood) rejissor Eduardo Rodriqezin çəkdiyi komediya/qorxu janrlı fildir. Eyni zamanda 2011-ci ildə çəkilmiş "Vahimə gecəsi" filminin davamıdır. Filmin ABŞ-də premyerası 2013-cü ildə baş tutub.
Vahiməlı gecə 2: Yeni qan (film, 2013)
Vahimə gecəsi 2: Yeni qan (ing. Fright Night 2: New Blood) rejissor Eduardo Rodriqezin çəkdiyi komediya/qorxu janrlı fildir. Eyni zamanda 2011-ci ildə çəkilmiş "Vahimə gecəsi" filminin davamıdır. Filmin ABŞ-də premyerası 2013-cü ildə baş tutub.