Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xətkeş
Xətkeş — həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan riyazi alət. Loqarifmik xətkeş xüsusi olaraq hesablamalar üçün hazırlanmışdır.
Loqarifmik xətkeş
Loqarifmik xətkeş — 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) tərəfindən yaradılmış və hesab əməllərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan xətkeş. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmanın hesablanması və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir. 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) loqarifmik xətkeşi yaratmışdır. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmi və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.
Gerş Budker
Gerş Budker (1 may 1918[…] – 4 iyul 1977) – nüvə fizikası və sürətləndiricilər fizikası üzrə ixtisaslaşmış sovet fiziki. Lenin mükafatı və SSRİ Dövlət mükafatı laureatı. == Bioqrafiyası == 1941-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. 1946-cı ildən SSRİ Elmlər Akademiyasının 2 №-li laboratoriyasında (Atom Enerjisi İnstitunda) işləmişdir. SSRİ Elmlər Akademiyası Sibir şöbəsinin Nüvə Fizikası İnstitunun yaradıcısı və direktoru Novosibirsk Universitetinin professoru olmuşdur. Əsas elmi əsərləri uran-qrafıt nüvə reaktorları nəzəriyyəsinə, sürətləndiricilərin nəzəriyyəsi və hesablanmalarına, yüksək enerjilər fizikasına, plazma fizikasına və idarəolunan termonüvə sintezi probleminə aiddir. Stabilləşdirilmiş relyativist elektron dəstəsinin yaranması şərtlərini hesablamışdır. 1952-ci ildə açıq maqnit tələlərində yüksəktemperaturlu plazmanın saxlanması ideyasını irəli sürmüşdür. Yüksək enerjilər fizikasının yeni istiqamətini qarşılaşan dəstələr metodunu işləyib hazırlamışdır. Onun rəhbərliyi altında ilk dəfə ölkədə qarşılaşan elektron-elektron və elektron-pozitron dəstələrinin sürətləndiriciləri qurulmuşdur.
Mukeş Ambani
Mukeş Ambani (ing. Mukesh Ambani, hind. मुकेश अंबानी; d. 19 aprel 1957, Aden, Yəmən) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir, amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi, lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir.
Xuduş Kazımov
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. Əhalisi 403 nəfərdir. VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Xuanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. Rüstəm Əzizov (1995–2014).
Ülkəş
Ülkəş (fars. الكش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (18 ailə).
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. == Həyatı == Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. == Hərbi fəaliyyəti == === Erkən fəaliyyəti === 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Türkeş dağı
Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.
Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə. Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.
Türkeş qəbiristanlığı
Türkeş qəbiristanlığı — Şahbuz rayonunun Türkeş kəndindən qərbdə arxeoloji abidə. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Yalnız baş daşıları salamat qalmışdır. Başdaşları olduqca müxtəlif formalıdır. Onlardan birinin insan fiquru formasında hazırlanması olduqca diqqət çəkicidir. Bəzi baş daşlarının ön tərəfi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabə yazılmışdır. Bəzi baş daşlarının arxa tərəfində də kitabələrə rastlanır. Qəbiristanlığın şərq qurtaracağında boz rəngli tuf daşından yüksək sənətkarlıqla hazırlanmış bir daş qoç vardır. Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Qəbiristanlığı XVI–XX əsrlərə aid etmək olar.
Benito Xuares
Benito Pablo Xuares Qarsiya (isp. Benito Pablo Juárez García, ispan: [beˈnito ˈpaβlo ˈxwaɾes gaɾˈsi.a] ( dinlə); 21 mart 1806[…] – 18 iyul 1872[…], Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi. O, 19 yanvar 1858-ci ildən 18 iyul 1872-ci ilə qədər Meksika Prezidenti olmuşdur. Xuares "Meksikalı Corc Vaşinqton" kimi tanınırdı. O, ölkənin müstəqilliyini müdafiə edən və mühüm mütərəqqi və antiklerikal islahatlar aparmış, müasir Meksikanın atası və qurucusu olmuşdur. == Həyatı == Benito Pablo Xuares Qarsiya 21 mart 1806-cı ildə Oaxaka ştatında yerləşən San-Pablo-Gelatao qəsəbəsində anadan olmuşdur. Valideynləri Brigida Qarsiya və Marselino Xuares zapotek kəndliləri idi. Onun Xosefa və Roza adında iki böyük bacısı var idi. Xuares üç yaşında olanda hər iki valideyn diabetdən vəfat etmişdir. Qısa müddətdən sonra babası və nənəsi də vəfat etmiş, Xuares əmisi Bernardino Xuares tərəfindən böyüdülmüşdür.
Xudgər şəlaləsi
Xudgər şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə. Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xonkar", "xodkar", "xudkar" sözlərindən yaranmışdır ki, bu da "hökmdar", "sultan", "başçı" mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən, koordinatları N 41˚ 17' 37", E 47˚ 15' 05" olan "Xudgər" şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu və "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Rəhimov Yusif Rəsul oğlu tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.
Alparslan Türkeş Stadionu
Alparslan Türkeş Stadionu — Kocaelinin Körfəz rayonunda yerləşən futbol stadionudur. "Kocaeli Birliy"in matçlarına ev sahibliyi edir. Stadion, tamamilə oturacaqlı olmaqla 1,790 (min yeddi yüz doxsan) nəfər tutuma malikdir. Stadionda futbol matçlarından əlavə bayram şənlikləri də keçirilir.
İldırım Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Ayyüce Türkeş Taş
Ayyüce Türkeş Taş (2 oktyabr 1977, Ankara ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ayyüce Türkeş Taş 1977-ci ildə Ankarada anadan olub. MHP qurucusu Alparslan Türkeşin qızıdır. İbtidai və orta təhsilini Ankarada alıb. 2000-ci ildə Bilkent Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. 2003-cü ildə İstanbul Bilgi Universitetində magistr dərəcəsi alıb. 2010-cu ildə isə Mərmərə Universitetində dissertasiya işini müdafiə edib və PhD dərəcəsi alıb. 12 il maliyyə sahəsində çalışıb. 2011-ci ildə iş adamı Egemen Taşla evlənib və 2011-2023-cü illərdə Birləşmiş Ştatlarda çalışıb. 2023-cü ildə vətənə qayıdıb və Adana ilinin Kozan ilçəsində yaşamağa başlayıb.
Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti
Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU) — 2011-ci ildə Türkiyənin Adana şəhərində yaradılmış dövlət universiteti. Türkiyə Böyük Millət Məclisi tərəfindən 31 mart 2011-ci ildə qəbul edilmiş 6218 saylı Qanunla yaradılmışdır. Universitetin adı 2019-cu ildə Adana Elm və Texnologiya Universitetindən rəsmi olaraq Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinə dəyişdirildi. 2016-cı ilin avqust ayından ATU-nun rektoru prof. Dr. Mehmet Tümaydır. 2020-ci ilin yanvar ayında universitetdə 366 professor—müəllim heyəti çalışırdı. Ali Təhsil Şurasının qərarlarına uyğun olaraq universitetin Aviasiya və Astronavtika sahəsində ixtisaslaşması qərara alındı. Bu sahəni inkişaf etdirməkdən ötrü kampusun şimal-qərb hissəsində 240 metr uzunluğunda pilotsuz uçuş aparatının uçuş-enmə zolağı inşa edildi. 2021-22-ci tədris ilində universitetdə ümumilikdə 4192 tələbə təhsil alırdı: 3176 bakalavr 899 magistr 117 doktorant 2022-ci ilə kimi universitetdə 21 professor, 49 dosent, 101 doktor, 75 müəllim və 160 elmi işçi olmaqla cəmi 406 professor—müəllim heyəti çalışırdı.