Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Noah Əl-Xulaifi
Pula-pula
Pula-pula - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər: Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.
Pula
Pula (xorv. Pula, it. Pola, sloven. Pulj) — Xorvatiyada şəhər, İstriya bölgəsinin ən böyük şəhəridir. Qədim Roma çağlarından bəri Pula İstrianın mərkəzi olmuşdur. Şəhərin əhəmiyyətli iqtisadi fəaliyyət sahələri şərabçılıq, balıqçılıq, gəmi istehsalı və turizmdir.
Rula
Rula (alm. Ruhla‎) — Almaniyada Türingiya əyalətində bir şəhər. Reynştayq üzərindəki Türing meşəsinin şimal tərəfində 440-530 metr yüksəklikdə yerləşir. Vartburq rayonuna daxildir. Əhalisi 6485 nəfərdir (31 dekabr 2007-ci il tarixinə). 38.51 km² ərazini əhatə edir. Rəsmi kod 16 0 63 066-dır. Şəhər 3 rayona bölünür. XIX və XX əsrlərdə şəhər üçün saat düzəltmə böyük əhəmiyyət daşıyırdı. Hazırda isə əsas rolu turizm oynayır.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Xulna
Xulna ( benq. খুলনা ) Banqladeşdə dördüncü ən böyük şəhərdir. 2011-ci il siyahıyaalınmasında şəhər 663,342 nəfər əhaliyə sahib idi. 2014-cü ildə Xulna meqapolisinin təxminən 1.022 milyon nəfər əhalisi vardı. Xulna Rupşa və Bhairab çaylarında bir limandır. Banqladeş sənayesinin bir mərkəzi, bir çox milli şirkətə sahibdir. Xulnada ,Mongla limanı (ölkənin ikinci ən böyük dəniz limanı) xidmət göstərir və bura Banqladeş Hərbi Dəniz Qüvvələrinin iki əsas dəniz-komandanlıq mərkəzlərindən biridir. Xulna, dünyanın ən böyük manqrov meşəsi və Benqal pələnginin evi olan Sundarbanın qapısı hesab olunur. Bura YUNESKO-nun Dünya İrsinə daxil olan Baqerhat Məscid şəhərinin şimalındadır. == Tarixi == Xulna, qədim Vanqa və Samatata krallıqlarının bir hissəsi idi.
Yula
Qula
QULA' - İrəvan qubеrniyasının Sürməli qəzasında kənd adı == Tarixi == XIX əsrin sonlarından sonra mənbələrdə kəndin adı çəkilmir. == Toponimi == Toponimin üç izahı ola bilər. Kəndin adı oradakı "Qüllə" adlandırılan qədim qala adındandır. 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində bir kəndin adı Qüllə kimidir XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qula (digər adı Soltaş) toponimi mə'lumdur. Azərbaycanda Qulabənd (Göyçay rayonu), Qulu-Daş (Yardımlı rayonu), Qulaqalası (Qazax rayonu, Əskipara kəndinin 4-5 km. liyində) adları ilə еynidir.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Kula (Miyanə)
Kula (fars. كولا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (46 ailə).
Kula Gradacac
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Sula (Nəmin)
Sula (fars. سولا‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 576 nəfər yaşayır (146 ailə).
Sula adaları
Sula adaları — Malay arxipelaqına daxil olan adalar qrupu. Sulavesi adasından şərqdə yerləşir. Ərazisi 4800 km²-dir. Əsas adaları: Taliabu, Manqole, Sanana. Ən hündür zirvəsi 1157 metr olan zirvə Taliabu adasında yerləşir. Ərazisi əsasən qranit, qum və əhəngdaşından ibarətdir. İqlimi ekvatorialdır, il ərzində 1700-3000 mm yağıntı düşür. Rütubətli həmişəyaşıl meşələrə sahibdir. Tropik əkinçilik yayılmışdır. == İstinadlar == == Ədəbiyyat == Беларуская энцыклапедыя: У 18 т.
Sula bassana
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Sula nebouxii
Maviayaq sümsükquşu (lat. Sula nebouxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinin sümsükquşu cinsinə aid heyvan növü. 10 növü var. Bu nadir ayaqlı quşları ilk dəfə Qalapaqos adalarında Çarlz Darvin təsnif edib. 1882-ci ildən sonra elmə bu quşların varlığı haqqında məlumatlar daxil olub. Cənnət quşları kimi erkəkləri nikah oyunu zamanı öz gözəlliklərini nümayiş etdirməkdən çəkinmirlər. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri Peruyla yanaşı, Kaliforniya körfəzində də tapmaq mümkündür. Qruplar şəklində ov edirlər, cütləşdikdən sonra dişi əsasən üç yumurta qoyur.
Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959, Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu. == Həyatı == Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur. Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb. 1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb. "Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu. Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib. Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib. 14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Nonultimus xulu
Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Bədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır. == Yayılması == Xəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Duzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir.
Pula amfiteatrı
Pula amfiteatrı — Qədim Romanın tarixi memarlıq abidələrindən biridir. Xorvatiyanın Pula şəhərində yerləşir. Bu dörd qülləli amfiteatr Roma arxitekturasının qorunub saxlanmış üç memarlıq nümunəsindən biridir. Öz ölçüləri üzrə amfiteatr oxşar tikililər arasında dünyada 6-cı yeri tutur. == Tikintinin xüsusiyyətləri == Səhnənin xarici divarları əhəngdaşından inşa edilmişdir və hündürlüyü 29,4 metrə çatır. İlk iki mərtəbəsində 72 tağdan ibarət sıralar yerləşir, yuxarı mərtəbədə isə 64 düzbucaqlı dəlik var. Amfiteatrın ellips oxlarının ölçüsü 132,45 və 105,1 metrə bərabərdir. Tikinti tam istifadə edildikdə 23 min insan tutumuna malikdir. Tribunalar 67,95 m × 41,65 m ölçülərə malik, səhnənin altında yerləşdirilmişdi. Bu ərazi tamaşaçılardan dəmirbarmaqlıqla hasarlanmışdı.
Tula Rud-e Bala (Talış)
Tula Rud-e Bala (fars. طولارودبالا‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,039 nəfər yaşayır (476 ailə).
Tula-Buqa
Tula-Buqa xan - 1287-ci ildə taxta çıxmışdı. 1259-cu ildə Litvanın işğalında iştirak etmiş, 1286-cı ildə Polşa yürüşündən 20.000 əsirlə qayıtmışdı. 1287-ci ildə xan olandan sonra isə Məngü Timurun oğlu Algü ilə birlikdə bir daha Polşaya yürüş etmişdi. Onun dövründə dövlət güclü olsa da əsas hakimiyyət Noğay xanın əlində cəmləşmişdi. 1291-ci ildə Noqay xan onu devirərək taxta Toxtanı gətirdi.