XUDA

is. [ fars. ]
1. Allah, Tanrı.
Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida. M.P.Vaqif.
Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani.
[Sitarə:] Xuda bilir ki, səni qəlb-safidən sevirəm. C.Cabbarlı.

2. Xudaya şəklində nida – ay Allah, ilahi (Allaha xitab, müraciət, yalvarış). [Kərbəlayı Qədim:] Xudaya, cəlalına şükür.
İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Ə.Haqverdiyev.
[Ana:] Onu jandarmalar gəzir dörd gözlə; Xudaya! Qəribdir, sən onu gözlə! S.Vurğun.
“Şükür sənə, xudaya, hələ ki birtəhər süyüşdük” – deyə [Əlləzoğlu] pıçıldadı. İ.Huseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUDA xuda bax Allah 1
XUBRU
XUDAHAFİZ

Digər lüğətlərdə