Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəcuc və Məcuc
Yəcuc və Məcuc — rəvayətə görə, Yafəsin nəslindən olan iki tayfanın adı. Bu tayfaların adamları bəstəboy və döyüşkən olmuşlar. Ehtimala görə, Çin səddi onların hücumunun qarşısını almaq üçün çəkilmişdir. Bəzi tarixçilər bunların monqol və tatarlar olduğunu iddia edirlər.Xristianlıq və Yəhudilikdə adları Qoq və Maqoq olaraq keçir.
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Fənuc
Fənuc - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Fənuc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,706 nəfər və ya 2,124 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar, hənəfi sünni müsəlmandırlar.
Təsuc
Təsuc — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Təsuc bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahiya alınması əsasında bu şəhər 7,332 nəfər və 2,108 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Bəluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.
Həcc surəsi
22-ci surə
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Əl-Həcc
22-ci surə
Məhəmməd xan Bəluc üsyanı
Məhəmməd xan Bəluc üsyanı — Nadir xan Əfşara qarşı Samarra döyüşündən sonra meydana çıxmış üsyan. Üsyan elə onun sərkərdələrindən biri olan Məhəmməd xan Bəluc tərəfindən başladılmışdır. == Üsyanın başlaması == Nadir xanın Osmanlı İraqında Samarra döyüşündə məğlub olmasından sonra bu yürüş zamanı Bağdadı mühasirəyə almış 12 minlik dəstənin komandanı olan Məhəmməd xan Bəluc Mesopotamiyadan qaçaraq İranın cənubuna gəldi. O, Nadirin Topal Osman Paşa qarşısında fəaliyyəti boyunca ilk və sonuncu dəfə məğlubiyyətə uğramasından sonra Məhəmməd xan Bəluc onun nüfuzunun sasıldığı qənaətinə gərələrək üsyan qaldırdı. Onun üsyanı İran körfəzi bölgəsində cərəyan edən Şeyx Əhməd Mədani üsyanı ilə ittifaq halında idi.Nadir xan Şiraz valisini üsyanı yatırmaq üçün Meqasetsə göndərdi. Lakin oraya çatdıqdan sonra o da Nadir xana qarşı üsyan qaldırdı və İsfahana yürüşə edə bilmək üçün ordu toplamağa başladı. Bu əsnada Məhəmməd xan Bəluc döyüşçü toplamaq üçün Bəndərə yollandı və orada ona qoşulmaq istəməyən bəzi sakinləri qətlə yetirdi. Razılaşanları orduya topladıqdan sonra Şiraza getdi və buradan İsfahan yürüşlərinə hazırlaşmağa başladı. == Nadir xanın məktubu == Nadirin məktubunda bunlar yazılmışdı: Məhəmməd xan Bəluc Nadir xanın təklifini rədd etdi və bu məktubu belə cavabladı: == Döyüş == Nadir bu cavabı öyrəndikdən dərhal sonra danışıqları dayandırdı və Şiraza doğru hərəkətə başladı. Nadirin şəhərə yaxınlaşmasından xəbər tutan Məhəmməd xan şəhəri tərk etdi və onunla düzənlik bir ərazidə qarşılaşdı.
Həcc Ziyarəti (1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Yasuc
Yasuc (Lurca:یاسیچ,Yasiç) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının və Boyer-Əhməd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 96,786 nəfər və 20,297 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Boyer-Əhmədlərdən ibarətdir, Boyer-Əhməd dialektində danışırlar və şiə müsəlmandırlar. Yasuj güneybatı İran'da bir şehir ve Kohgiluyeh ve Boyer-Ahmad Eyaletlerinin başkentidir. Bu şehir aynı zamanda Boyer-Ahmad şehrinin de merkezidir ve ilin kuzeydoğusunda yer almaktadır. Yasuj, Dena Zirvesi'nin yamaçlarında ve deniz seviyesinden 1870 metre yükseklikte çok sayıda tepe üzerinde Beşar Nehri boyunca yer almaktadır. 13 Temmuz 1942'de Ulusal Meclis kararına göre, Kohgiluyeh ve Boyer-Ahmad'ın altı kabilesinin (1- Boyer-Ahmad 2- Taybi 3- Bahmaei 4- Charam 5- Ziari'nin düşmanı 6- Babavi) toprakları, o zamana kadar Fars eyaletinin ve Khuzestan eyaletinin bir parçasıydı. Bu iki vilayetten ayrılarak valilik haline getirilmiş ve akabinde 1344 yılında vilayetin başkenti Yasuj şehri oluşturulmuş ve nihayet Haziran 1976'da aynı alan ile vilayet olarak değiştirilmiştir. Kışın bu şehirde çok fazla kar yağmakta ve çevredeki alanların ve yükseklerin çoğu uzun süre karla kaplı kalmaktadır. Yakın zamanda Yasuj'da ve yakın bir köyde Muhtar adlı hafif petrol keşfedildi.Bu bölgelerde doğalgaz da keşfedildi. == Antropologiya == Yasuc xalqı Loridir və Lori Boyerahmadi'nin dilində danışırlar.
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir.İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur. 44-cü ildən Qalileya da onun bir hissəsi idi.
Yəqub
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Həcc ziyarəti (film, 1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Yacc
Yacc (ing. Yet Another Compiler Compiler - “daha bir kompilyator kompilyatoru”) — sözlərinin qısaltması. UNIX-də başqa dillər və kompilyatorlar yaratmaq üçün alət. Bu kompilyatorlar kompilyatoru UNIX əməliyyat sisteminin proqram vasitələrinin standart dəstinə daxildir.
Gecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Hecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Becc.
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. == Bekkarinin şərəfinə adlandırılan taksonlar == Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi == Çap olunmuş əsərləri == Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.
Beluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.
Keçua dilləri
Keçua dilləri — And dillər qrupunda təsnifatlandırılan dil ailəsidir. Boliviya, Ekvador, Kolumbiya, Çili və Perunun müxtəlif bölgələrində toplamda 10 milyondan çox insanın ana dili bu dil ailəsindən hesab edilir.
Maks Peruç
Maks Ferdinand Peruç - (19 may 1914, Vyana - 6 fevral 2002, Kembric) molekulyar biologiya üzrə ixtisaslaşmış Avstriya əsilli ingilis biokimyaçısıdır. 1962-ci ildə "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" Nobel mükafatı laureatı. London Kral Cəmiyyətinin (1954). Amerika İncəsənət və Elmlər Akademiyasının (1963), ABŞ Milli Elmlər Akademiyasının (1970), Avstriya Elmlər Akademiyasının (1963), Papa Elmlər Akademiyasının (1981) və bir çox öyrənilmiş cəmiyyətlərin üzvü. == Bioqrafiyası == 19 may 1914-cü ildə Vyanada yəhudi ailəsində anadan olub. Atası - Hüqo Peruç (sefard mənşəli), anası isə - Adele Qoldşmidt. O, Vyana Universitetində oxumuş (1932-1936), sonra Kembricə (Böyük Britaniya) köçmüş, burada Con Bernal və Vilyam Breqqanın rəhbərliyi altında Kavendiş Laboratoriyasında dissertasiya işi üzərində çalışmışdır. 1940-cı ildə hemoglobinin tədqiqi üzrə işinə görə fəlsəfə doktoru dərəcəsi verilmişdir. 1942-ci ildə evləndi və 1944 və 1949-cu illərdə iki uşaq atası oldu, sonralar da elm sahəsində karyera qurdular (Vivyen sənətşünasdır, Robin Peruç isə kimya professorudur). İkinci Dünya Müharibəsi zamanı digər alman və avstriyalı əsilli şəxslərlə birlikdə V. Çörçilin göstərişi ilə Kanadaya sürgün edildi.
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. == Toponimikası == Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Məcaz
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir.Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə düzələn metaforlar bədii ədəbiyyatda çoxluq təşkil edir.
Məcmuə
Məcmuə — məqalələrin, elmi, yaxud bədii əsərlərin toplu şəkildə çap olunduğu dövri nəşr; jurnal. Ərəb mənşəli söz, ümumi isimdir. Məsələn: "Molla Nəsrəddin" məcmuəsi, "Qobustan" məcmuəsi və s. "Məcmuə" anlayışı, dilimizdə jurnal mənasını ifadə etsə də, fərqli anlama malikdir. Əsasən məqalə, bədii və yaxud elmi-tənqidi əsərlərin birgə, cəm halda dərc olunduğu toplu mənasını ehtiva edir.
Məcnun
Məcnun - bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Məcnun həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada tenor səs olan Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktyor Nodar Şaşıqoğlu, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Əhməd Salahov canlandırmışlar. 2023-cü ildə Azərbaycan yazıçısı Vahid Məmmədlinin ilk dəfə nəsrlə yazılmış ”Leyli və Məcnun” romanının baş qəhrəmanıdır. == Tarixiliyi == Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ.Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. “Nəğmələr kitabı”nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: “Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım”.
Məcusi
(Ərəbcə: مجوس, Farsca: مگوش, atəşpərəstin cəmi) Məcus, atəşpərəst dinində olan; atəşpərəst; oda sitayiş edən İran və Hindistan xalqından bir qisminin mənsub olduğu inanclardan biridir. Bu inancı qəbul edənlərə "Atəşpərəst", rahiblərinə də "Muz" deyilir. Hindistan və ətrafında məşhur olan Brahmanların bir şöbəsi olan atəşpərəstlər, atəşə, inəyə, timsaha tapınırlar. Bunlar e.ə. təxminən 551 illərində Zərdüşt (Zarathoustra) deyilən bir kimsənin qurduğu bir növ inanışa bağlıdırlar. Atəşpərəstlər ölülərini basdırmazlar, xüsusi qüllələrdə saxlayarlar və kərkəslərə yedirərlər. İranlılar, İbrahim əleyhissalamın bildirdiyi doğru dinə inanırdılar. Assurların bu ölkəyə hakim olmasından sonra, "Sabiilik" adı verilən etiqadlarını İranda yaymağa başladılar. Sabiilər, günəşi, ayı və ulduzları müqəddəs bir varlıq qəbul edib, müxtəlif bütlərə tapınırdılar. Tək Allaha inanmağı əmr edən ilahi dinin tamamilə unudulmasından sonra, İranlılar Sabiilik inancına bağlandılar.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Bağdad) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Hüseyn in 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Yəgub Bağı
Bağ-i Yaqub (fars. باغ يعقوب‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbrizə yaxın olmasına görə yaxın gələcəkdə bu şəhərin bir qismi olacağı gözlənilir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (142 ailə). Kənd əhalisi Azərbaycanlılardan İbarətdir və Kənddə Azərbaycan dili Danışılır.
Yergüc
Yergüclülər — Azərbaycanın milli etnik nümayəndələri. Yergüc dili — Yergüclülərin danışdığı dil. Yergüc (Quba) — Azərbaycanın Quba rayonuda kənd. Yergüc (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonuda kənd.
Yeşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi.Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.