MƏCMU

is. [ ər. ]
1. Bütün, tamam, hamı.
Seyyid dolanıb gün təki məcmui-cahanı; Dəryaları aşdım, dedim, Allah kərimdir. S.Ə.Şirvani.

2. riyaz. Yekun, cəm. Ədədlərin məcmusu.
MƏCMƏYİ
MƏCMUƏ
OBASTAN VİKİ
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Məcmu tələb
Məcmu tələb əyrisi açıq bir iqtisadiyyatda bütün xərclərin cəmi kimi ifadə edilir: AD= C+I+G+NX C- istehlak xərcləri; I- investisiyalar; G- dövlət xərcləri; NX- xalis ixrac, (NX= İxrac - İdxal). Bu halda AD əyrisi hər qiymət səviyyəsində ev təsərrüfatlarının, firmaları və dövlətin almaq istədiyi əmtəə və xidmətlərin həcmini əks etdirəcək. Başqa sözlə, AD əyrisi yuxarıda göstərilən bütün istehlak, investisiya, xalis ixrac və dövlət xərclərini təmsil edir. AD əyrisindəki dəyişmələrə səbəb ola biləcək amillər 3 qrupda əks olunur: Gözlənmələr; Xaricilərin gəlirləri və valyuta kursu; Dövlət siyasəti. Ev təsərrüfatları gələcəkdə gəlirlərində artım gözləyirlərsə, daha çox istehlak edəcəklər. Bu məcmu tələbin artmasına gətirib çıxaracaq və AD əyrisi sağa sürüşəcək. Bunun əksi olaraq gəlirlərin azalması gözlənilirsə, AD əyrisi sola doğru hərəkət edəcək. Bu hal firmalara da aiddir. Belə ki, firmalar gələcəkdə iqtisadiyyatda canlanma gözləyirlərsə, investisiya yönümlü xərclərini artıracaqlar. Bu məcmu tələbdə artışa və AD əyrisinin sağa doğru irəlləməsinə səbəb olacaq.
Məcmu tələb-məcmu təklif modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. == Haqqında == Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Məcmuə
Məcmuə — məqalələrin, elmi, yaxud bədii əsərlərin toplu şəkildə çap olunduğu dövri nəşr; jurnal. Ərəb mənşəli söz, ümumi isimdir. Məsələn: "Molla Nəsrəddin" məcmuəsi, "Qobustan" məcmuəsi və s. "Məcmuə" anlayışı, dilimizdə jurnal mənasını ifadə etsə də, fərqli anlama malikdir. Əsasən məqalə, bədii və yaxud elmi-tənqidi əsərlərin birgə, cəm halda dərc olunduğu toplu mənasını ehtiva edir.
Mədəniyyət dünyası (məcmuə)
Cadugərlərin məcmuəsi
Cadugərlərin məcmuəsi, Françesko Mariya Quazzo tərəfindən latın dilində yazılmış və 1608-ci ildə Milanda (indiki İtaliya) nəşr edilmiş cadugər ovçuları üçün dərslikdir. == İstinadlar == Vikianbarda Cadugərlərin məcmuəsi ilə əlaqəli mediafayllar var. Compendium Maleficarum Latın mətninin onlayn versiyası və 1626-cı ildə nəşr olunan Cadügərlərin Məcmuəsi nin skan edilmiş səhifələri.

Digər lüğətlərdə