Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yapon yanğın qarın tritonu
Yapon yanğın qarın tritonu (lat. Cynops pyrrhogaster) — Şərqiasiya tritonları cinsinə aid triton növü. Heyvalar hətta 14 sm qədər uzunluğa malik ola bilirlər. Bel və böyür nahiyələri şokolad rəngində olur. Erkəklərdə qarın nahiyəsi alovlu qırmızı, dişilərdə alovlu narıncı rəngdə olur. Yaponiyanın endemik canlısıdır. Təbii şəraitdə bu əsasən Şikoku, Honşu və Kyuşu adalarında yayılmışlar. Su həyatı sürsələrdə, quruya çıxırlar. Əsasən qurtdlar, puplar, cücülər və digər onurğasızlarla qidalanır. Suda uzun zaman qalmaq xüsusiyyəti bu növü akvarium şəraitində saxlamağa imkan verir.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Yaren
Yaren — Naurunun de fakto paytaxtı.
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Qarğın boyu
Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası. Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir. Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar.
Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012). Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. İki oğlu, bir qızı var. 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi). 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi). 1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
Yalçın Cavadov
Yalçın Aydın oğlu Cavadov (19 may 1985; Şamaxı rayonu, Azərbaycan SSR — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Yalçın Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Yalçın Dadaşzadə
Yalçın İsmayıl oğlu Dadaşzadə (10 iyun 1993; Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yalçın Nəsirov
Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu – 24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur. 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Yalçın Osmanov
Yalçın Rzayev
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rzazadə
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rəhimov
Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. 2023-cü ilin mayında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən "Burla Xatun" küçəsinin adı dəyişdirilərək şəhid Yalçın Rəhimovun adı verilib.
Yalçın Əfəndiyev
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əlizadə
Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor. Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır. Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib. "Yasamal" qəbiristanlığında dəfn olunub. Ailəlidir, iki övladı, dörd nəvəsi var. "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir. Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Yalçın Küçük
Yalçın Küçük (1 iyul 1938, İskəndərun) — Türkiyə sosialist yazıçısı, iqtisadçısı, tarixçisi və media eksperti. O, Türkiyə tarixində son Osmanlı və Cümhuriyyət dövrləri, sovet iqtisadi inkişafı ilə bağlı marksist baxış bucağından tarixi araşdırmaları və həmçinin Türkiyədə kriptoiudaizm (sabbatiançılıq) və Ədalət və İnkişaf Partiyasının tənqidi ilə tanınır. Yalçın Küçük 1938-ci ildə İskəndərunda anadan olmuşdur. Atasının soyu türkman, anası isə qafqazlıdır. Kabataş Liseyinə, ardından Ankara Universitetinə qəbul olmuşdur. 1960-cı ildə politologiya fakültəsini bitirmişdir. Yalçın Küçükün ilk işi Dövlət Planlama Şurasında olmuş və orada uzunmüddətli planlaşdırma şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Yaxın Şərq Texniki Universitetində vəzifəyə qəbul ollmuşdur. 1971-ci il çevrilişindən sonra işdən çıxarılmışdır. O, çevrilişdən əvvəl "Yön", "Emek", "Ant" kimi solçu nəşrlərdə Türkiyədə "sosialist inqilabı" və sosialist idarəçiliyinə çağırışlar yazmışdı.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Taurin
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur. Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Afrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..
Burhan Sargın
Burhan Sargın (11 fevral 1929, Ankara – 15 sentyabr 2023) — Türk keçmiş milli futbolçu. Hücumçu idi. Canavar ləqəbi ilə tanınırdı. 1954 FİFA Dünya Kuboku finallarında qatılan heyətdə yer aldı. Futbola Hacettepe də başladı. Daha sonra Fənərbaxçaya 1951-ci ildə transfer oldu. Ədalət komandasında 2 il oynadıqdan sonra təkrar Kadıköyə döndü. Fənərbaxça forması altında 112 qol atdı Türkiyə Milli Futbol Komandasında 8 dəfə oynadı və 7 qol atdı. 1954 Dünya Kuboku seçmələrinə İspaniyaya atdığı qol sayəsində Türkiyəyə final oynama yolunu açdı. Bunun yanında İsveçrədə təşkil edilən FIFA Dünya Kubokunda Cənubi Koreyaya qarşı xətt-trick edərək bu müvəffəqiyyətə çatan ilk və tək Türk futbolçu oldu.
Dargin dili
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Dargin dilləri
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Fabio Maqrini
Fabio Maqrini (23 dekabr 1965) — İtaliyalı kişi ağır atlet. 105 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Fabio Maqrini dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Katrin Denöv
Katrin Denöv (Catherine Deneuve) (22 oktyabr 1943) — məşhur Fransa aktrisası. Katrin Denövü "Fransanın meqaulduzu" adlandırırlar. 1943-cü il Paris doğumlu olan 67 yaşlı aktrisa çoxdan dünya kinematoqrafının incisinə çevrilib. Aktrisa musiqili "Şerbur çətirləri" (1964) filminin Kann uğurundan sonra ulduz statusu alıb. Növbəti ildə o, Roman Polanskinin "Nifrət" psixoloji trillerində baş rolu ifa etmişdir. Sonrakı illərdə Luis Bunyuel ("Tristana", 1970) və Fransua Tryuffo ("Sonuncu metro", 1980) kimi rejissorlarla işləyib. Onun ən cəsarətli ifalarından biri Bunyuelin "Günorta gözəli" (1967) filmi sayılır. Şerbur çətirləri (film, 1964) / Les Parapluies de Cherbourg Roşforlu qızlar (film, 1967) / Les Demoiselles de Rochefort Axırıncı metro (film, 1980) / Le Dernier Métro 8 qadın (film, 2002) Katrin Denöv — IMDb səhifəsi Катрин Денев: Мое первое культурное потрясение. Интервью актрисы на интернет-канале ИСКУССТВО ТВ Отрывки из книги Плахова про Катрин Денёв Катрин и Франсуаз Дорлеак.
Katrin Hoffmann
Katrin Hoffmann (5 iyul 1978) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Hoffmann Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.