Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yakutlar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Haputlar
Haputlular, haputlar və ya hapıtlar — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri. Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır. Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır. Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar. Dinləri İslam dinidir. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.
Yakanlar
Yakanlar (lat. Jacanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yomutlar
Yomutlar (türkm. Ýomutlar) — türkmənlərin qolu. Yayğın olan bir görüşə görə, Yomutlar Salur boyu arasından çıxmış ən böyük türkmən boylarındandır. Bu xüsusda ən yaxşı bilgi Əbulqazi Bahadır xanın "Şəcərəsi"ndə vardır. Bəzi tarixçilər daha erkən dönəmlərdə tarixi qeydlərdə yomut adını daşıyan boydan bəhs edildiyinə diqqət çəkməkdədirlər. Bunlardan Y. A. Zuyev daha uzaqlara gedərək yomut adının əslinin "Yumut/Yum" olduğunu və bunun da "Gunn/Hun" ola biləcəyini vurğulamışdır. Bir sıra araşdırmaçılar, uyğur yazılarında "Umut/Yumut" adının keçdiyini bildirir. V. Radlov, "Yumut"un toplanmaq anlamında olduğunu bildirərək, Uyğur yazılarında keçən bu kəlimənin yığın, kümə mənasını daşıdığını bir vəsiləylə ifadə etmişdir. Anlam olaraq, Vamberidə yığın olduğu haqqında bir açıqlama vermişdir. Etimoloqlar, Türkcədə "yum", "yummaq", "yumaq", "yamaq", "yamalaq", "yumruq" və "yumn" kimi Yum/Yumut/Yumıt kəliməsinin kökünü əhatə edən bir sürü sözün olduğuna diqqət çəkərək, ümumiyyətlə "kümə, yığın, toplu" anlamı üzərində durmaqdadırlar.
Yutlar
Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası..b' Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar. Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar. Шор Т. У. Глава IV. Юты, готы и норманны // Происхождение англо-саксонской расы = Origin of the Anglo-Saxon Race: A Study of the Settlement of England and the Tribal Origin of the Old English People. — Лондон, 1906. — С. 49–65. Юты // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Yakutca Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Azərbaycan Skautlar Assosiasiyası
Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya. == Tarixi == Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.ASA öz fəaliyyətini Dünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilvel Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. 2023-cü ilin 1–12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında, 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər. == Tədbirlər == Bakı 41-ci Dünya Skaut Konfransı- Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
MKİ-nin Ümumdünya Faktlar Kitabı
Ümumdünya Faktlar Kitabı (ing. The World Factbook) — ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəşri; dövriliyi ildə bir dəfə olmaqla, dünya ölkələri haqqında almanax üslublu kitabdır. Birinci məxfi nəşri 1962-ci ilin avqust ayında, birinci qeyri-məxfi nəşri 1971-ci ilin iyun ayında olmuşdur. Kitabın saytında yerləşdirilmiş elana görə, MKİ daha bu kitabın dövri-nəşrini davam etdirməyi planlaşdırmır, amma kitabın onlayn-versiyasının yenilənməsi məsələsi üzərində düşünürlər. Dünya ölkələri haqqında aşağıdakı mövzularda məlumatlar var: tarix coğrafiya demoqrafiya dövlət quruculuğu iqtisadiyyat Telekommunikasiya nəqliyyat silahlı qüvvələr Rusiyada 2007–2008-ci illər tərcümə nəşri rus. «Все страны и территории мира: Новый географический справочник ЦРУ» (ISBN 978-5-9757-0410-8) adı ilə işıq üzü görmüşdür.
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).