Haputlular , haputlar [ 1] [ 2] və ya hapıtlar [ 3] — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri.
Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır[ 4] . Əsasən Quba , Xaçmaz , Qəbələ , İsmayıllı , Ağdaş rayonlarında və Bakı , Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput , İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli , Hapıtlı [ 5] və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır[ 6] .
Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar[ 7] . Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar[ 8] . Dinləri İslam dinidir. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir[ 9] [ 10] .
↑ "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12" . 2016-04-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2011-03-04 .
↑ "Azad Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı. 2004" . 2020-02-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2011-04-01 .
↑ "Azsaylı xalqlar: hapıtlar. xalqcebhesi.az " . 2011-10-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2011-07-13 .
↑ "Uğur . Azsaylı xalqlar: haputlar . "Xalq cəbhəsi" qəzeti. 28 yanvar 2011, № 16 (2184), s. 11" . 2011-10-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2011-07-13 .
↑ Azərbaycanın əsrarəngiz təbiət abidələri: İsmayıllı rayonu Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine (az.)
↑ Ənvər Çingizoğlu . Saracıq kəndi. "Soy" dərgisi, 7 (15), 2008. səh.116.
↑ Azərbaycanın müasir etnik palitrası Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine (az.)
↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Изд. АН АзССР, 1986 [ölü keçid ]
↑ İmaməddin Zəkiyev . "Naməlum xınalıqlı alimlər" . "Ədəbiyyat" qəzeti Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine (az.)
↑ H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40
Azərbaycanda yaşayan xalqlar
Cəmlənmiş halda yaşayan xalqlar
Türk dilli xalqlar
Qafqaz/Nax-Dağıstan dilli xalqlar
Qafqaz/Kartvel dilli xalqlar
Hind-İran dilli xalqlar
Sami əsilli xalqlar
Slavyan dilli xalqlar
Ayrı xalqlar