Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan Bagil
Yan Bagil (slovak. Ján Bahýľ; 25 may 1856 — 3 mart 1916) — Slovakiya ixtiraçısı və mühəndis. O, hərb elmində, hərbi qurulmada və mühəndislikdə ixtisaslaşmış və bu sahədə çalışmışdır. Onun xüsusi marağı uçuş aparatlarına idi. 1895-ci ildə Bagil vertolyotun patentini almışdır. == Bioqrafiyası == Yan Bagil Avstriya imperiyası, Macarıstan krallığının Zvolensk-Slatina rayonunda anadan olmuşdur. 1869-cu ildə o Bansko-Ştyavnitsada dağlıq akademiyasını bitirmiş və texniki rəsm çəkmə üzrə diplom almışdır. Bundan sonra Bagil Macarıstanın Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmuşdur. Onun texniki qabiliyyətləri böyük zabitlər tərəfindən izlənilirdi. Bundan sonra onu texnik vəzifəsinə gətirdilər.
Yan Bjexva
Yan Bjexva (15 avqust 1898[…] – 2 iyul 1966, Varşava) — Polşa yazıçısı. == Həyatı == Yan-Lesman 1898-ci ildə Ukraynada anadan olmuşdur. Onun atası yol üzrə mühəndis işləmişdir. O Ukraynada ğənclik illərini keçirmişdir. Bjexva onun təxəllüsüdür. Byexvanın tərcüməsi yəni bu sözün mənası "coxdanışan" "zarafatcıl" deməkdir. Sonradan o, 1958-ci ildə "Yetkinləşmək zamanı" povestini yazmışdır. Bu povestdə o, öz uşaqlıqlığı və tərcümeyi-halı haqqinda yazmışdır. Onun ilk şeiri 1915-ci ildə jurnalda çap olunmuşdur. Uşaqlar üçün 1938-ci ildə "İynə sap ilə rəqs edirdilər" 1939-cu ildə " Ördək- qəribə qadın" əsərlərini yazmışdır.
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Yan Eliasson
Yan Klennet Qlenn Eliasson (isv. Jan Kenneth Glenn Eliasson; 17 sentyabr 1940, Göteborq) — İsveç sosial-demokrat siyasətçisi, diplomat, BMT Baş Məclisinin Prezidenti (2005-2006), İsveç Xarici İşlər Naziri (2006). Hal-hazırda BMT Baş Katibinin Sudanın Darfurdakı xüsusi elçisidir. == Təhsili == 1957-1958-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-nin İndiana şəhərində təhsil almış, sonra 1962-ci ildə İsveç Dəniz Akademiyasını bitirmişdir. 1965-ci ildə Göteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. Amerika Universitetinin (1994), Göteborq Universitetinin (2001) və Uppsala Universitetinin (2005) fəxri dərəcələrinə sahibdir. == Fəaliyyəti == Eliasson diplomatik karyerasına 1965-ci ildə İsveç Xarici İşlər Nazirliyində staj ilə başladı. 1982-1983-cü illərdə İsveç Baş naziri Olof Palmenin diplomatik müşaviri və 1983-1987-ci illərdə Xarici İşlər Nazirliyində Siyasi Məsələlər üzrə Baş Direktor vəzifələrində çalışıb. 1980-1986-cı illərdə Eliasson BMT-nin İran-İraq müharibəsindəki vasitəçilik missiyasında iştirak etdi. 1988-1992-ci illərdə İsveçin BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdi və eyni zamanda BMT Baş Katibinin İran və İraq üzrə Şəxsi Nümayəndəsi oldu.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
Yan Hus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
Yan Komenski
Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi. == Həyat və fəaliyyəti == Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb. 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656). 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib. 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir.
Yan Kum
Yan Kum (24 fevral 1976, Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı. == Həyatı == Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub - anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər. Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 — 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın «sonuncu» mahnısı olan «Love Will Tear Us Apart» dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — «24 hour party people» (2002) və «Kontrol» (2007). == Həyatı == Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Yan MakKellen
Ser Yan Mürrey MakKellen (ing. Ian Murray McKellen, 25 may 1939[…], Bernli[d], Lankaşir) — həyatda ən böyük aktyorlardan biri olaraq hesab edilən İngilis aktyoru. 2003-cü ildə Üzüklərin hökmdarı: Kralın qayıdışı filminə çəkilmişdir.
Yan Mateyko
Yan Aloyzi Mateyko (pol. Jan Alojzy Matejko; 24 iyun 1838, Krakov — 1 noyabr 1893, Krakov) — döyüş və tarixi rəsmlərinin müəllifi olan polyak rəssam.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. == Coğrafiya == Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km.Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonasıİqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada. Bəzi hissəsi buzla örtülüdür.
Yan Meyeroviç
Yan Meyeroviç (azərb. Meyeroviç Yan Maksoviç‎; 2 yanvar 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Yan Meyeroviç 1955-ci ilin 2 yanvar tarixində Bakıda anadan olub. Milliyyətcə yəhudidir. Moskvadakı Molodyojnıy kooperativi Bakı filialının direktoru idi. Bir qızı, bir oğlu qalıb. Yanvarın 19-da Yan Maksimoviçin qonşusu, 78 yaşlı qadın Qreytman Raximya Davıdovna ondan xahiş edir ki, axşam onu aeroporta çatdırsın. O, gecə reysi ilə uçmalı idi. Qreytmanın əri erməni olub.
Yan Nepomnyaşşiy
Yan Aleksandroviç Nepomnyaşşiy (rus. Ян Алекса́ндрович Непо́мнящий, 14 iyul 1990, Bryansk) — Rusiya şahmatçısı, qrosmeyster, Rusiya Çempionu (2010). == Həyatı == == Karyerası == 2008-də Aeroflot Opendə ilk yeri tutaraq 2008 Dortmund Sparkassen Chess Meeting-ə vəsiqə qazanır. 2010-da Riyekada 11 oyundan 9 xal ilə Avropa Çempionatının qalibi olur. Həmin ildə Rusiya Çempionatında ilk yeri tutur. Qeyd edək ki, əlavə görüşdə Sergey Karyakin üzərində qələbə qazanır. 2011-ci ildə 22 kateqoriyalı Mixail Talın xatirəsinə həsr edilmiş turnirdə 3–5-ci yerləri bölüşdürür. 2013-cü ildə Avropa Çempionatında bu dəfə 1–8-ci yerləri bölür. 2013-də Antalyada keçirilən komandalar arası Dünya Çempionatında Rusiya komandasının tərkibində qızıl medal qazanıb. 2014-cü ildə keçirilən blitz üzrə Dünya Çempionatının gümüş mükafatçısıdır.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Yan Oblak
Yan Oblak (7 yanvar 1993[…], Şkofya-Loka) — "Atletiko Madrid"in və Sloveniya milli futbol komandasının qapıçısı. Yan Oblak 23 yanvar 1993-cü ildə Sloveniyada doğulub. "Atletiko Madrid"də 13 nömrə ilə çıxış edir. Bu klubda Ümümilkdə 79 matça çıxıb.
Yan Ostrovski
Yan Ostrovski (14 aprel 1999-cu ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Lüksemburq futbolçusudur. == Karyerası == Ostrovski futbol karyerasına FSV Maynz 05 klubunun akademiyasında başlamışdır. Hal-hazırda isə Ayntraxt Frankfurt klubunda çıxış edir. == Milli karyerası == Ostrovski Lüksemburqda anadan olmuşdur. Valideynləri isə Polşa vətəndaşlarıdır. O, Lüksemburq millisi ilə debütünü 2017-ci ildə Albaniya millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda Lüksemburq rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Tan Çi Yan
Tan Çi Yan (d. 26 dekabr 1994) — Makaolu üzgüçü. Tan Çi Yan Makaonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tan Çi Yan birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:11.61 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 44-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Yan Son-Man
Yan Son-Man (17 avqust 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Son-Man Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yan Son-Man Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Yan van Eyk
Yan van Eyk (nid. Jan van Eyck; təq. 1390[…] – 9 iyul 1441, Brügge) — erkən intibah dövründə fəaliyyət göstərmiş flamand rəssamı, portret ustadı, dini mövzuda yüzdən artıq əsərin müəllifidir. Qardaşı və müəllimi rəssam Hubert ban Eyk (1370—1426) olmuşdur.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Yan Van-der-Vaals
Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[…], Leyden – 8 mart 1923[…], Amsterdam) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik. == Həyatı == === İlk illəri və təhsili === Yan Van-der-Vaals 23 Noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856-1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizika və astronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı.
Yan Yosten van Lodensteyn
Yan Yosten van Lodensteyn (nid. Jan Joosten van Lodensteyn; 1556, Delft, Hollandiya qraflığı – 1623, Cənubi Çin dənizi) və ya yapon dilindəki adı ilə Yayosu (耶楊子) – Yaponiyaya gəlmiş ilk hollandlardan biri. == Həyatı == Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur. O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır. Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır. Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır. O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar.Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur. Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur.Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır. Lakin holland rəsmilər onun irəliləməsinə icazə verməmişdirlər. Bataviyadan Yaponiyaya qayıdarkən gəmisi Cənubi Çin dənizində yerləşən Parasel adalarında qəzaya uğramış və o, boğularaq ölmüşdür.
Rəhim Yar Xan
Rəhim Yar Xan — Pakistanın Pəncab əyalətində şəhər.Pakistanın ən böyük 17-ci şəhəridir.Rəhim Yar Xan rayonun inzibati-mərkəzidir.Şəhərin rəhbərliyi doqquz Birlik Şurasına bölünür.1881-ci ildə Bahavalpurlu Nəvab şəhərə tək oğlu Rəhim Yar Xanın adı verdi.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Böre
Börü (başqurdca: Börö, rus.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Yoru
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Tyan Şan dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Çan Van Hıonq
Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香) (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri. == Həyatı == İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir.1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Bora Van
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.