YAN

YAN I sif. Böyür, tərəf. Yan küçələrdən iki böyük dəstə gəlirdi (M.Hüseyn).

YAN II f. Od tutmaq, əzab çəkmək. Yan, dinmə, sən allah! Qan, dinmə, sən allah! (M.Ə.Sabir).

YALNIZ
YAR
OBASTAN VİKİ
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan Bagil
Yan Bagil (slovak. Ján Bahýľ; 25 may 1856 — 3 mart 1916) — Slovakiya ixtiraçısı və mühəndis. O, hərb elmində, hərbi qurulmada və mühəndislikdə ixtisaslaşmış və bu sahədə çalışmışdır. Onun xüsusi marağı uçuş aparatlarına idi. 1895-ci ildə Bagil vertolyotun patentini almışdır. Yan Bagil Avstriya imperiyası, Macarıstan krallığının Zvolensk-Slatina rayonunda anadan olmuşdur. 1869-cu ildə o Bansko-Ştyavnitsada dağlıq akademiyasını bitirmiş və texniki rəsm çəkmə üzrə diplom almışdır. Bundan sonra Bagil Macarıstanın Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmuşdur. Onun texniki qabiliyyətləri böyük zabitlər tərəfindən izlənilirdi. Bundan sonra onu texnik vəzifəsinə gətirdilər.
Yan Bjexva
Yan Bjexva (15 avqust 1898[…] – 2 iyul 1966, Varşava) — Polşa yazıçısı. Yan-Lesman 1898-ci ildə Ukraynada anadan olmuşdur. Onun atası yol üzrə mühəndis işləmişdir. O Ukraynada ğənclik illərini keçirmişdir. Bjexva onun təxəllüsüdür. Byexvanın tərcüməsi yəni bu sözün mənası "coxdanışan" "zarafatcıl" deməkdir. Sonradan o, 1958-ci ildə "Yetkinləşmək zamanı" povestini yazmışdır. Bu povestdə o, öz uşaqlıqlığı və tərcümeyi-halı haqqinda yazmışdır. Onun ilk şeiri 1915-ci ildə jurnalda çap olunmuşdur. Uşaqlar üçün 1938-ci ildə "İynə sap ilə rəqs edirdilər" 1939-cu ildə " Ördək- qəribə qadın" əsərlərini yazmışdır.
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Yan Eliasson
Yan Klennet Qlenn Eliasson (isv. Jan Kenneth Glenn Eliasson; 17 sentyabr 1940, Göteborq) — İsveç sosial-demokrat siyasətçisi, diplomat, BMT Baş Məclisinin Prezidenti (2005-2006), İsveç Xarici İşlər Naziri (2006). Hal-hazırda BMT Baş Katibinin Sudanın Darfurdakı xüsusi elçisidir. 1957-1958-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-nin İndiana şəhərində təhsil almış, sonra 1962-ci ildə İsveç Dəniz Akademiyasını bitirmişdir. 1965-ci ildə Göteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. Amerika Universitetinin (1994), Göteborq Universitetinin (2001) və Uppsala Universitetinin (2005) fəxri dərəcələrinə sahibdir. Eliasson diplomatik karyerasına 1965-ci ildə İsveç Xarici İşlər Nazirliyində staj ilə başladı. 1982-1983-cü illərdə İsveç Baş naziri Olof Palmenin diplomatik müşaviri və 1983-1987-ci illərdə Xarici İşlər Nazirliyində Siyasi Məsələlər üzrə Baş Direktor vəzifələrində çalışıb. 1980-1986-cı illərdə Eliasson BMT-nin İran-İraq müharibəsindəki vasitəçilik missiyasında iştirak etdi. 1988-1992-ci illərdə İsveçin BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdi və eyni zamanda BMT Baş Katibinin İran və İraq üzrə Şəxsi Nümayəndəsi oldu.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
Yan Hus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
Yan Komenski
Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi. Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb. 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656). 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib. 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir.
Yan Kum
Yan Kum (24 fevral 1976, Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı. Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub - anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər. Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 — 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın «sonuncu» mahnısı olan «Love Will Tear Us Apart» dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — «24 hour party people» (2002) və «Kontrol» (2007). Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) 8 iyul 1960[…], Suazi-su-Monmoransi — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Yan MakKellen
Ser Yan Mürrey MakKellen (ing. Ian Murray McKellen, 25 may 1939[…], Bernli[d]) — həyatda ən böyük aktyorlardan biri olaraq hesab edilən İngilis aktyoru.
Yan Mateyko
Yan Aloyzi Mateyko (pol. Jan Alojzy Matejko; 24 iyun 1838[…], Krakov şəhəri[d] – 1 noyabr 1893[…], Krakov, Avstriya-Macarıstan) — döyüş və tarixi rəsmlərinin müəllifi olan polyak rəssam. Reytan.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km. Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada.
Yan Meyeroviç
Yan Nepomnyaşşiy
Yan Aleksandroviç Nepomnyaşşiy (rus. Ян Алекса́ндрович Непо́мнящий, 14 iyul 1990, Bryansk) — Rusiya şahmatçısı, qrosmeyster, Rusiya Çempionu (2010). 2008-də Aeroflot Opendə ilk yeri tutaraq 2008 Dortmund Sparkassen Chess Meeting-ə vəsiqə qazanır. 2010-da Riyekada 11 oyundan 9 xal ilə Avropa Çempionatının qalibi olur. Həmin ildə Rusiya Çempionatında ilk yeri tutur. Qeyd edək ki, əlavə görüşdə Sergey Karyakin üzərində qələbə qazanır. 2011-ci ildə 22 kateqoriyalı Mixail Talın xatirəsinə həsr edilmiş turnirdə 3–5-ci yerləri bölüşdürür. 2013-cü ildə Avropa Çempionatında bu dəfə 1–8-ci yerləri bölür. 2013-də Antalyada keçirilən komandalar arası Dünya Çempionatında Rusiya komandasının tərkibində qızıl medal qazanıb. 2014-cü ildə keçirilən blitz üzrə Dünya Çempionatının gümüş mükafatçısıdır.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Yan Oblak
Yan Oblak (7 yanvar 1993[…]) — "Atletiko Madrid"in və Sloveniya milli futbol komandasının qapıçısı. Yan Oblak 23 yanvar 1993-cü ildə Sloveniyada doğulub. "Atletiko Madrid"də 13 nömrə ilə çıxış edir. Bu klubda Ümümilkdə 79 matça çıxıb.
Yan Ostrovski
Yan Ostrovski (14 aprel 1999-cu ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Lüksemburq futbolçusudur. Ostrovski futbol karyerasına FSV Maynz 05 klubunun akademiyasında başlamışdır. Hal-hazırda isə Ayntraxt Frankfurt klubunda çıxış edir. Ostrovski Lüksemburqda anadan olmuşdur. Valideynləri isə Polşa vətəndaşlarıdır. O, Lüksemburq millisi ilə debütünü 2017-ci ildə Albaniya millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda Lüksemburq rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Yan Palax
Yan Palax (çex. Jan Palach; 11 avqust 1948, Praqa — 19 yanvar 1969, oradaca) — Praqa şəhərinin Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbəsi. SSRİ və Varşava Müqaviləsi Təşkilatınin qoşunlarının Çexoslovakiyanı işğal etməsinə etiraz olaraq 16 yanvar 1969-cu ildə Vaclav meydanında özünü yandırmışdır. 1991-ci ildə Palax ölümündən sonra Çexiyada demokratiya, humanizm və insan hüquqlarının inkişafında töhfələrə görə verilən birinci dərəcəli Tomaş Qarrik Masarik ordeni ilə təltif olunmuşdur. Yan Palax 1948-ci ildə Praqada anadan olmuşdur, uşaqlığı Orta Çexiya diyarının Melnik rayonunda keçmişdir. Melnik şəhərində gimnaziyanı bitirmişdir. 1966-cı ildə Karlov Universitetinin fəlsəfə fakültəsinə qəbu olmağa çalışırdı və imtahanı uğurlu versə də, sosial mənşə səbəbindən qəbul olunmamışdır. Həmin ildə Praqa İqtisad Universitetinə daxil oldu. 1968-ci ildə Palax fəlsəfə fakültəsi girmək üçün yenə cəhd göstərdi, və bu dəfə onu qəbul etdilər. 1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr Çexoslavakiyaya qoşun yeritdikdən sonra, Yan Palax işğala qarşı etiraz aksiyalarının çoxunda iştirak etmişdir.
Cəmaləddin Yandiyev
Cəmaləddin Hamirzəyeviç Yandiyev (inquş Янднаькъан Хамарзий Джамалда; 15 oktyabr 1916, Terek vilayəti – 1979) — İnquşetiyanın ilk xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, Çeçen-İnquş MSSR Yazıçılar İttifaqının sədri. Sağlığında İnquş ədəbiyyatının klassiki kimi tanınan ən istedadlı inquş şairlərindən biri. Cəmaləddin Yandiyev 1916-cı il oktyabrın 15-də Terek vilayətinin (indiki Şimali Osetiya) Balta kəndində dağlı-kəndli ailəsində anadan olub. Anası 1920-ci ildə, atası 1950-ci ildə Qazaxıstanda çeçenlərin və inquşların deportasiyası zamanı vəfat etmişdir. Yandiyev 1925-ci ildə kənd məktəbini bitirib. 1929-cu ildə Vladiqafqaz sənaye politexnik məktəbinin hazırlıq qrupuna daxil olmuş və 1936-cı ildə istilik mexaniki ixtisası üzrə diplom almışdır. Elə həmin il o, "Lenian Nek" qəzetində ədəbi yazar kimi fəaliyyətə başlayıb. O, 1934–1937-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb. 1936-cı il dekabrın 20-dən "Lenian Nek" qəzetində müxbir, "Çeçİnqosizdat"da tərcüməçi işləyib. Cəmaləddin Yandiyev 1938–1944-cü illərdə — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir. Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür.
Daxili yanma mühərriki
Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) avtomobillərdə, qatarlarda, hava nəqliyyatında və maşınlarda tətbiq edilirlər. DYM-də ümumi olaraq hava-yanacaq qarışı kamerada alovlandırılır və yandırlır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni və ya turbinin pərini itələyir. Vankel mühərrikində porşenlər ardıcıl olaraq işləyirlər. Çünki DYM çoxunda bunlardan Dizel prinsiplərindən istifadə edilir. Bütün 4 gedişli (taktlı) mühərriklər daimi olaraq iş prosesini təkrar edirlər. Bu proses aşağıdakı addımlardan ibarətdir: 1-ci gediş:Sorma (Qaz və ya yanacaqla hava qarışığı) və ya yanacaq kamerasının sərbəst doldurulması.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Diqlas Ticarət Mərkəzində yanğın (2019)
Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın. Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub: Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib: 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. Yanğın elektrik naqillərini də sıradan çıxarıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır.
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Dövlət Yanğından Mühafizə Xidməti
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xidmətin fəaliyyəti haqqında: Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək; Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalmmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünü idarəetmə orqanlarınm fəaliyyətini əlaqələndirmək; Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasmı həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.
Dövlət Yanğından Mühafizə Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xidmətin fəaliyyəti haqqında: Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək; Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalmmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünü idarəetmə orqanlarınm fəaliyyətini əlaqələndirmək; Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasmı həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.
Dənizdə neft yanğını (film, 1931)
Kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər. Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.
Eldar Məmmədov (20 Yanvar şəhidi)
Emil Yanninqs
Emil Yanninqs (alm. Emil Jannings‎, əsl adı Teodor Emil Yanents, 23 iyul 1884[…] – 2 yanvar 1950[…]) — alman aktyor və prodüser. Teodor Fridrix Emil Yanents 23 iyul 1884-cü ildə İsveçrənin Sankt-Qallen kantonunun Rorşax şəhərində alman-amerikan mənşəli tacir Emil Yanentsin və onun həyat yoldaşı Marqareta Şvabın ailəsində dünyaya gəlib; uşaqlığı Leyptsiq və Görlitsdə keçib. Gimnaziyadakı təhsilini yarımçıq qoyub gəmi şagirdi kimi xidmətə başlayıb. 1900-cü ildə Görlitsdə şəhər teatrında könüllü olaraq çalışıb, 1901–1914-cü illərdə əyalətdə aktyor olub. 1914-cü ildə Berlinə köçüb və Maks Reynhardtın teatrının truppasına qəbul edilib. 1916-cı ildə Alman teatrında müstəqil olaraq ilk tamaşasını səhnəyə qoyub. 1917-ci ildən böyük rollar oynamağa başlayıb. 1918-ci ilin yayında Kral teatrına keçib. 1918-ci ilin sonunda Reynhardtın teatrına qayıdıb və 1920-ci ilin sonuna qədər burada çalışıb.
Endryu Yanq
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979). Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı. 1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi. 1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
Etibar Əhmədov (20 Yanvar şəhidi)
Eva Yanikovski
Eva Yanikovski (mac. Janikovszky Éva; tam adı Eva Etelka Nametta Kuçeş 23 aprel 1926, Seqed — 14 iyul 2003, Budapeşt) — Macarıstan yazıçısı. Xüsusi şöhrətini o, uşaqlar üçün yazdığı kitablar sayəsində qazanmışdır. Onun əsərləri 30-dan çox müxtəlif dilə tərcümə edilmişdir. Eva Yanilovski 23 aprel 1926-cı ildə Seqed şəhərində anadan olmuşdur. 1944-cü ildən 1948-ci ilə qədər Seqed Universitetində fəlsəfə, 1948-ci ildən 1950-ci ilə qədər Budapeştdə Eötvöş Lorand Universitetində fəlsəfə, psixologiya və siyasi iqtisadiyyat üzrə təhsil almışdır. 1950-ci ildə pedaqoq diplomunu almışdır. 1950-ci ildən 1953-cü ilə qədər Eva Təhsil Nazirliyində dərsliklər bölməsində referent işləmişdir. Eva dörd il ərzində gənclər kitab nəşriyyatında (Ifjúsági Könyvkiadó) redaktor kimi çalışmışdır. Sonra Eva Mor Ferensinin nəşriyyatının baş redaktoru olmuşdur.
Eşli Yanq
Eşli Saymon Yanq (d. 9 iyul 1985; Hartfordşir, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində yarımmüdafiəçi mövqeyində çıxış edən ingilis futbolçu. İngiltərənin Hartfordşir bölgəsində anadan olan və burada böyüyən Yanq peşəkar futbolçu karyerasına Uotford klubunda başlamış, baş məşqçi Rey Levinqtonun başçılığı altında 2003-cü ildə debüt oyununa çıxmışdır. 2004-cü ildən etibarən Uotfordun heyətində əsas oyunçulardan birinə çevrilmişdir. Yaxşı çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran Yanq 2007-ci ilin yanvarında 8 milyon funt-sterlinq qarşılığında digər Premyer Liqa təmsilçisi olan Aston Villa klubuna transfer olur. Kluba gəldiyi ilk günlərdən əsas heyət üzvünə çevrilmiş, stabil çıxışı sayəsində 2009-cu ildə Premyer Liqada ilin gənc futbolçusu mükafatına layiq görülmüşdür. 23 iyun 2011-ci ildə açıqlanmayan məbləğ qarşılığında Mançester Yunaytedə transfer olmuş və burada klubla birlikdə bir çox turnirin qalibi olmuşdur.
Fred Yannik Uvase
Fred Yannik Uvase (16 may 1994) — Ruandalı cüdoçu. Fred Yannik Uvase Ruandanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Fred Yannik Uvase birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Bruno Mendonka ilə üz-üzə gəldi. Həmin görüşdə Fred Yannik Uvase rəqibinə 0:100 hesabı ilə uduzdu.
Frensis Yanqhazband
Frensis Yanqhazband (ing. Sir Francis Edward Younghusband; 31 may 1863[…] – 31 iyul 1942[…]) — İngilis zabiti, polkovnik-leytenant, səyyah, dini yazıçı, Hindistan Ulduzu ordeninin cəngavər komandiri, Hindistan imperiyası ordeninin cəngavər komandiri. Böyük Oyunun aktiv iştirakçısı. Uzaq Şərqə və Mərkəzi Asiyaya səyahət etmiş, 1903-cü ildə ingilislərin Tibetə ekspedisiyasına rəhbəri olub, bu zaman tibetlilərlə silahlı qarşıdurma baş verib. Mərkəzi Asiya, xarici siyasət və dini mistisizmə dair bir sıra əsərlərin müəllifidir. Yanqhazband Britaniyanın Tibet üzrə komissarı və Kral Coğrafiya Cəmiyyətinin prezidenti də daxil olmaqla bir neçə vəzifədə çalışıb. Frensis Yanqhazband 31 may 1863-cü ildə Britaniya Hindistanının Şimal-Qərb Sərhəd Əyalətinin Murray şəhərində hərbçi ailəsində anadan olub. Onun atası general-mayor Con V. Yanqhazband, anası isə Klara Ceyn Şou idi. Ailədə Frensis ikinci oğul olub. Klaranın qardaşı Robert Şou Mərkəzi Asiya üzrə tanınmış tədqiqatçı idi.
Fuad Babayev (20 Yanvar şəhidi)
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Hipergolik yanacaq
Hipergolik yanacaq, hipergolik impuls, hipergolik reaksiya və ya hipergolik propellant, ətrafdakı temperatur və təzyiq kimi fiziki dəyərlərdən asılı olmayaraq başqa bir kimyəvi birləşmə ilə birləşdirildikdə qəfildən parlaya və alovlanma qabiliyyətinə malik yüksək reaktiv və yanıcı birləşmələrə verilən ümumi addır. Hipergolik yanacaq, xüsusilə atmosfer xaricindəki tətbiqlərdə raketlərin hipergolik mühərriklərlə oksigendən müstəqil şəkildə yanmasını təmin edir. Burada istifadə olunan impulslardan biri yanacaq, digəri isə yüksəldici və ya oksidləşdirici adlanır. Ümumiyyətlə, müasir kosmik tətbiqlərdə ən çox istifadə olunan hipergolik yanacaqlar asimmetrik dimetil hidrazin və diazot tetraoksid birləşməsindən ibarətdir. Sovet tədqiqatçısı Valentin Qluşko 1931-ci ildə hipergolik yanacaqla raket mühərrikini sınaqdan keçirdi. Əvvəlcə mühərriklərin "kimyəvi alovlanması" üçün karbon disulfidində həll olunan fosforun kerosin / azot turşusunun mühərriklərə yüklənməsinidə istifadə edilmişdir. 1935-ci ildən başlayaraq, Alman Aeronavtika İnstitutunun professoru O. Lutz 1000-dən çox öz-özünə atəş açan eksperimentlər aparmışdır. O, Walter şirkətinə konsentrat hidrogen peroksid ilə alovlanan C-Stoffun inkişafında kömək etdi. BMW müxtəlif aminlər, ksilidinlər və anilinlərin birləşməsi ilə hipergolik turşu qarışığı yandıran mühərriklər hazırladı. Hiperqolik propellanlar, 1940-cı ildə ABŞ-da GALCIT və Navy Annapolis tədqiqatçıları tərəfindən müstəqil olaraq üçüncü dəfə kəşf edildi.
Hiroşiqe Yanaqimoto
Hiroşiqe Yanaqimoto (15 oktyabr 1972, Hiqaşiosaka, Osaka prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib.
II Yan Kazimir
II Jan Kasimir (polyakca: Jan II Kazimierz Waza; almanca: Johann II Kasimir Wasa; litvaca: Jonas Kazimieras Vaza) (d. 22 mart 1609 — ö. 16 dekabr 1672) — Polşa kralı və Böyük Litva knyazlığının knyazı. II Yan Kazimir 22 mart 1609-cu ildə Krakovda anadan olmuşdur 1648-ci ildə Polşa və Böyük Litva knyazlığı kralı olmuşdur. Reç Pospolitanın, Yuxarı Silesiya Opole knyazlığının, İsveçin isə 1648–1660-cı illər arasında hörmətli kralı olmuşdur. Polşada Jan Kazimierz kimi tanınır və bu ad geniş yayılmışdır. Kral olarkən paytaxt Varşava İsveçlilər tərəfindən işğal edilmişdir. II Jan isveçlilərə qarşı II Şimal müharibəsində iştirak etdi. Uğursuz olmuş müharibənin sonunda Polşa-Litva İttifaqı, İsveç, Habsburg və Brandenburq arasında Oliva müqaviləsi imzalandı.

Digər lüğətlərdə