Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yappa
Yappa — Yəhudi soyadı. Tanınmış şəxslərYuri Yappa —KəndlərYappa — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Yappa (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd.DigərYappa papaq — Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı.
YAP
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. == Tarixi == === Yaradılması === 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir.
.app
.app — ICANN-ın yeni ÜYSD (ümumi yüksək səviyyəli domen) proqramındakı bir ÜYSD. Domen 2015-ci ilin fevralında Google tərəfindən hərracda alınmışdır.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Laslo Papp
Laslo Papp (boksçu) — Macarıstanlı boksçu.
Osvald Kyapp
Osvald Kyapp(est. Osvald Käpp; 17 fevral 1905, Tallin – 22 dekabr 1995, Nyu-York, Nyu-York ştatı) — Estoniya güləşçisi, Olimpiya mükafatçısı. Kyapp 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında yüngül çəkidə yarışaraq qızıl medalı qazandı. == İstinadlar == == Xarici keçidlər == Osvald Kyapp — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Osvald Kyapp — International Wrestling Database saytında profili (англ.) databaseOlympics.com saytında profili.
İskəndəriyyəli Papp
İskəndəriyyəli Papp (yun. Πάππος ὁ Ἀλεξανδρεύς; təq. 290, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 350) — qədim yunan riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == "Riyazi toplu" (8 kitabda) əsərində qədim yunan müəlliflərinin ən mühüm nəticələrini şərh etmişdir.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Yap (xalq)
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. == Mənşəyi == Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–01952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–01956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Türk Yapı Sənaye
"Türk Yapı Sənaye" — gips və gips əsaslı məhsullar istehsal edən, 2006-ci ildə türk iş adamları tərəfindən yaranmış şirkətdir. == Haqqında == Türk Yapı Sənaye” MMC şirkətinin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulmuşdur. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşir. Şirkət məhsul platformasında Nur, Kəpəz, Kars, Pakçim əmtəə nişanlı astar və üzlük suvaqları, keramika və qranit yapışdırıcıları və s. kimi markalarını özündə birləşdirir. == Mükafatları == 27 may 2013-cü ildə ABŞın Nyu York şəhərində "Kəpəz Alçı" gips ve sement əsaslı məhsulları Qızıl keyfiyyət mükafatına layiq görülmüşdür. 9 mart 2014-cü ildə İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş beynəlxalq tədbirdə Türk Yapı Sənaye MMC Platinum kateqoriyasında mükafat əldə etmişdir.
YAP Gənclər Birliyi
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi — Yeni Azərbaycan Partiyasının strukturuna daxil olan məşvərətçi kollegial qurumdur. == Tarix == Yeni Azərbaycan Partiyasının gənclik qolu olan "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi" 1995-ci il 26 iyun tarixində yaradılmışdır. İlk sədri Siyavuş Novruzov olmuşdur. Daha sonra sədr Ramil Həsənov, ardınca isə Seymur Orucov olmuşdur. 11 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin təqdimatı əsasında Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri təyin olunmuşdur. == Fəaliyyəti == Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən qurumdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq sosial və ictimai bir çox layihələr həyata keçirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq xeyriyəçiliklə məşğul olur: kimsəsiz uşaqlar evlərini və qocalar evlərini və aztəminatlı ailələri, müxtəlif dərəcəli əlilləri, Birinci və İkinci Qarabağ Müharibəsi qazilərini, şəhid ailələrini ziyarət edərək maddi və mənəvi dəstək verir. == Struktur == Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə "sədr" rəhbərlik edir. Sədrin 2 müavini olur.
Yaap de Hoop Sxeffer
Yaap de Hoop Sxeffer (nid. Jakob Gijsbert "Jaap" de Hoop Scheffer, /ˈjaːp də ˈɦoːp ˈsxɛfər/; 3.4.1948, Amsterdam, Niderland) — Niderland siyasətçisi, 2004-2009-cu illərdə NATO-nun baş katibi. Sxeffer 1967-ci ildə Müqəddəs İqnati Layola adına katolik klassik gimnaziyasını bitirmiş, 1974-cü ildə isə Leyden Universitetinin hüquq fakültəsindən məzun olmuş və hüquq magistri dərəcəsini almışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1976-1986-cı illərdə Niderland Xarici İşlər Nazirliyində çalışmış, ilk iki ili Niderlandın Qanadakı səfirliyində, 1980-ci ilədək isə Brüsseldə Niderlandın NATO-dakı nümayəndəliyində çalışmışdır. 1982-ci ildə Xristian Demokrat Çağırışı Partiyasına qoşulmuş və 1986-cı il parlament seçkilərində Niderland Nümayəndələr Palatasına üzv seçildi. 3 iyun 1986-cı ildən 23 may 2002-ci ilədək Niderland Nümayəndələr Palatasının üzvü kimi fəaliyyət göstərmişdir. 2002-ci il parlament seçkilərində qalib gələn Xristian Demokrat Çağırışı Partiyası, başda Yan-Peter Balkenende olmaqla, yeni hökumət qurmuş və 22 iyul 2002-ci ildən Sxeffer Balkenende kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur. Bu vəzifədə o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsində Niderland ordusunun iştirakına müsbət qərar verilməsində mühüm rol oynamışdı. 22 sentyabr 2003-cü ildə NATO-nun növbəti baş katibi seçildiyi üçün Sxeffer 3 dekabr 2003-cü ildə Niderland xarici işlər naziri vəzifəsindən istefa verdi.
Yapı Kredi Bank Azərbaycan
Yapı Kredi Bank Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən bank. 2000-ci ildə fəaliyyətə başlayıb.
Yeni Azərbaycan Partiyası (YAP)
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. == Tarixi == === Yaradılması === 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Visay adaları – 1542, Maktan adası, Visay adaları) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Appi
Appi (fr. Appy) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sen-Jiron kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09012. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 24 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 15 yaşdan yuxarı (15-64 yaş arasında) 11 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 75.0%). Fəal 11 nəfərdən 10 nəfər (6 kişi və 4 qadın) çalışdı, 1 kişi işsizdi. 4 hərəkətsiz olanlardan 1 nəfər şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 0 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
DADP
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur. == Seçkilərdə == 2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎) — Almaniya zooloqu.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Lappa
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Papı
Papı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Papı kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur.