KAMP

düşərgə
(müxtəlif mənalarda); askeri kamp – hərbi düşərgə; turizm kampı – turist düşərgəsi, çən
düşərgə
KAMIŞ
KAMPANA
OBASTAN VİKİ
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Nou Kamp
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Kamp de Les Korts
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi. Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub. 24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib.
Piter van de Kamp
Piet van de Kamp (26 dekabr 1901[…] – 18 may 1995[…], Amsterdam) — ABŞ-da Piter van de Kamp (ing. Peter van de Kamp) olaraq bilinən, həyatının böyük hissəsini də elə orada yaşayan holland astronom. O, Suoartmore Kollecində astronomiya üzrə professor və 1937-dən 1992-ci ilə qədər kollecin Sproul rəsədxanasında direktor vəzifəsini tutmuşdur. O, astrometriyada ixtisaslaşmış, parallaks və ulduzların uyğun hərəkətlərini tədqiq etmişdir. Kamp 1960-cı illərdə Barnard ulduzunun "yırğalanma" müşahidələrinə əsaslanan planetar sisteminin olduğunu iddia etməsiylə gündəmə gəldi, ancaq indilərdə bu fikir səhv olaraq bilinir. 14 noyabr 2018-ci ildə Qırmızı Nöqtələr layihəsi Barnard ulduzunun Yerin ən az 3.2 dəfə böyüklüküyündə olan ekzoplanetə ev sahibliyi etdiyini açıqladı.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; 2.Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi 3.Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması 4.Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən tez bir zamanda və heç bir qeyd-şərt olmadan çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; 5.Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması xüsusən də gənc nəsil tərəfindən unudulmaması.
2016 Joan Kamper kuboku
2016 Joan Kamper kuboku — 51-ci dəfə təşkil edilən Joan Kamper kubokudur. İspaniya klubu və ev sahibi olan Barselona klubu ilə İtaliya təmsilçisi Sampdoriya klubu Barselona şəhərində yerləşən Kamp Nou stadionunda üz-üzə gəliblər. Bu oyun Sampdoriya klubunun Joan Kamper Kubokunda üçüncü iştirakı ilə əlamətdar olub. Bundan əvvəlki görüşlərdə — 1997-ci ildə penaltilərlə məğlub olmuş, 2012-ci ildə isə 1-0 hesabı ilə qalib gəlmişdir. Oyunun prinsipiallığını artıran səbəblərdən biri də Barselonanın 24 il əvvəl Sampdoriyanı 1992 Avropa Kubokunun Finalında məğlub etməsi idi. Lionel Messi 7-ci dəfə qol vurdu və 3-cü dəfə oyunun adamı seçildi. Hər iki uğur kubokun tarixində rekord hesab olunur.
Alfredo Kampo
Alfredo Kampo (2 mart 1993) — Ekvadorlu peşəkar kişi BMX velosipedçisi. Alfredo Kampo Ekvadoru beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Alfredo Kampo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.544 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu.
Azərbaycan antikorrupsiya kampaniyası (2011)
2011-ci il Azərbaycanda antikorrupsiya kampaniyası — Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində və kökünün tamamilə kəsilməsi üçün həyata keçirilmiş tədbirlərin ən mühümü. == Yaranma səbəbləri == 2011-ci ilə qədər Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilmişdir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004–2006-cı illər)" uğurla icra olunmuşdur. Proqramın icrası dövründə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuş və olunmaqdadır. Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər.
Buzlu su kampaniyası
Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət. Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb. == Məşhurlaşması == "Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi. === Türkiyədə === Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi.
Caminton Kampaz
Caminton Kampaz (24 may 2000-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Deportes Tolima klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Tolima === Kampaz Tolima akademiyası vasitəsilə inkişaf etmişdir. Kampaz öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Tiqres klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Cader Obrian ilə əvəz olunmuşdur. Kampaz görüşdə 63-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Tolima liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
Cessika Kamposano
Cessika Kamposano (d. 26 noyabr 1992) — Kolumbiyalı üzgüçü. Cessika Kamposano Kolumbiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cessika Kamposano birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:04.13 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 33-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/ , həmçinin amer. /ˌkɑːm-/ ) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır. Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir. Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir. Qüllə beş mərtəbəyə bölünüb. == Tarixi == 1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur. Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir.
Culyano in Kampanya
Giugliano in Campania (qısa şəkildə "Giugliano") — İtaliyanın cənub-qərbində Campania regionunun Napoli vilayətində şəhər. Napoli metropoludan yerləşmiş sahəsi içindədir. İtaliyada 100.000 nəfərdən çox əhalisi olub, vilayət mərkəzi olmayan yeganə şəhərdir.
Dominikan Kampaniyası Medalı
Dominikan Kampaniyası Medalı, 29 dekabr 1921-ci ildə qurulan ABŞ Dəniz Piyadaları və Amerika Dəniz Qüvvələrinin hərbi bir dekorasiyasıdır. Dominikan Kampaniyası Medalı mükafatına sahib olmaq üçün bir xidmət üzvü Dominikan Respublikasında 5 May - 4 Dekabr 1916-cı il tarixləri arasında aktiv bir hərbi vəzifə etmiş olmalıdır.Medal, Amerika Birləşmiş Ştatlarının Dominikan Respublikasına 1916-cı ildəki istilasını xatırlayır. Medal, Adolf Aleksandr Veinmen tərəfindən hazırlandı və 1923-cü ilin Noyabr ayında Birləşmiş Ştatlar Gözəl Sənətlər Komissiyası tərəfindən təsdiqlənən dizayna bərabər gəlmişdi. Bu medalı ilk dəfə ABŞ Hərbi Donanması və Dəniz Piyadaları , əks tərəfində "For Service" (Xidmət Üçün) yazısı düz bir xətt üzərində iştirak etdi.
Euphorbia kamponii
Euphorbia kamponii (lat. Euphorbia kamponii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fransa kampaniyası
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Haiti Kampaniyası Medalı
Haiti Kampaniyası Medalı, 22 iyun 1917-ci ildə və yenə 6 dekabr 1921-ci ildə qurulan ABŞ hərbi donanması hərbi mükafatı idi.Medal ilk olaraq Haitidə sahilə xidmət edən və Donanma və ABŞ Dəniz Piyada üzvləri üçün hazırlandı və kreyser və admiral gəmisi USS Washington (ACR-11) və ya Amerika hərbi donanmasının digər adı olan on üç gəmidən hər hansı birində gəmi idi. Haitidəki bir inqilab əsnasında həyat və mülkiyyətin qorunması məqsədiylə, 9–6 dekabr 1915-ci il tarixlərində, Admiral Vilyam Banks Kaperton'un əmrində qaldı.Medalın bir başqa versiyası 1921-ci ildə yaradıldı; bu məqsəd 1 iyun 1919-cu ildə Haitidə 15 iyun 1920-ci ildə quruya ya da dənizdə əməliyyatlar edən ABŞ hərbi donanması və ABŞ dəniz piyadalarının üzvləri üçün yenidən hazırlandı.İkinci Haiti Kampaniyası Medalı təməldə eyni mükafatlardır, tək fərq hər medalın qabaq və ya arxa üzünün alt qisiminə yazılmış tarixlərdir, ya 1915, ya da 1919–1920-ci illərdir. Hər iki zaman dövrlərində də uyğun olanlar üçün, xidmət xəttini bir 3/16 düym bürünc ulduzu olan medalın 1915 distributivi üzərində bir kampaniya toka ilişdi. Haiti Kampaniyası Medalının həm birinci, həm də ikinci versiyaları eyni vaxtda olaraq istifadə edilə bilməz.Medal artıq Amerika hərbi donanmasının aktiv bir mükafatı deyil və köhnəlmiş olaraq qəbul edilməkdədir. 1994-cü ildəki sülhsaxlayıcı əməliyyatları kimi Haitidəki günümüz hərbi əməliyyatları NATO Medalı kimi beynəlxalq hərbi mükafatlar tərəfindən tanınmaqdadır. == Görkəmli Alıcılar ("1915" versiyası) == === Şərəf Medalı alıcıları === Smedli Batler, BŞDP önəmlisi, 17 noyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Daniel Deli, BŞDP topçuluq serjantı, 22 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Samuel Qross, BŞDP əri, 17 noyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Ross lams, BŞDP serjantı, 17 noyabr 1915-ci ildəki fəaliyyətlətinə görə Ross Ostermen, BŞDP birinci leytenantı, 24 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Vilyam Peterkin Upşur, BŞDP kapitanı, 24 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə === Digər diqqətəlayiq alıcılar === Vilyam Kaperton, BŞHD admiralı, ilk alıcı Luiz Emil Denfeld, BŞHD admiralı Pedro De Valle, BŞDP leytanant generalı == Görkəmli Alıcılar ("1919–1920" versiyası) == === Şərəf Medalı alıcıları === Vilyam Button, BŞDP kapralı, 31 Oktyabr — 1 noyabr 1919-cu ildəki fəaliyyətlərinə görə Herman Henneken, BŞDP ikinci leytenantl, 31 Oktyabr — 1 noyabr 1919-cu ildəki fəaliyyətlərinə görə == İstinadlar == == Xarici keçidlər == FIRST HAITIAN CAMPAIGN MEDAL (Navy and Marine Corps) (1915) Arxivləşdirilib 2017-02-11 at the Wayback Machine, FOKSFALL MEDALLARI, Son dəfə əldə edildi 16 oktyabr 2016 SECOND HAITIAN CAMPAIGN MEDAL (Navy and Marine Corps) (1919–1920) Arxivləşdirilib 2017-02-11 at the Wayback Machine, FOKSFALL MEDALLARI, Son dəfə əldə edildi 16 oktyabr 2016 The Navy Department Library.
Joan Kamper kuboku
Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur.
Kampaniya
Kampaniya (lat. campania) — çoxmənalı termin: Hər hansı təxirəsalınmaz ictimai-siyasi vəzifənin (məs.: seçki kampaniyası) yerinə yetirilməsi üzrə tədbirlər sistemi; Müharibə gedişində ara məqsədə (strateji əməliyyatlar və digər hərbi fəaliyyət formaları da daxil olmaqla) nail olunan mərhələ (məs.: Fransa kampaniyası); İstehsal işləri dövriyyəsi və ya kompleksi (məs.: əkin kampaniyası); Kampaniya — İtaliya muxtar vilayətlərindən biri.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kampanyak
Kampanyak (fr. Campagnac, oks. Campanhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12047. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 45 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 270 yaş arasında (15–64 yaş arasında) 201 nəfər iqtisadi cəhətdən fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 74,4%, 1999-cu ildə 74,8%).
Kampanyak (kanton)
Kampanyak (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1205. Kampanyak kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Kampanyak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 760 nəfər təşkil edirdi.
Kampbel (Vayominq)
Kempbell rayonu (ing. Campbell County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 33 698 nəfər olmuşdur. Rayonun paytaxtı Cillett şəhəridir.
Kampelo
Kampelo (isp. Campello) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 55,27 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 26941 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Alakanti Aqost Busot == İstinadlar == == Xarici keçidlər == Kampelonun rəsmi veb səhifəsi Índice de estadística municipal de Campello.
Kampilan
Kampilan,Filippin adalarındaki müxtəlif etnik qrupların istifadə etdiyi tək kənarlı uzun bir qılınc növüdür.
Kampimodromus
Kampimodromus (lat. Kampimodromus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinə aid heyvan cinsi.
Kampimodromus aberrans
Kampimodromus aberrans (lat. Kampimodromus aberrans) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Kampimodromus adrianae
Kampimodromus adrianae (lat. Kampimodromus adrianae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Kampimodromus alettae
Kampimodromus alettae (lat. Kampimodromus alettae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.