Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarmarka
Yarmarka və ya Sərgi – Ticarətin yaxşılaşdırılması məqsədilə müəyyən müddətə ədalətli, bazar qurulmuşdur. Alıcıların və satıcıların bir araya gəldikləri və işgüzar müqavilələr bağladıqları bu bazarlar ümumiyyətlə hər il eyni tarixdə bir neçə həftə ərzində eyni yerlərdə və müntəzəm olaraq qurulur. Bu sərgilər hər hansı bir məhsul və xidmətləri əhatə etdiyi kimi, müəyyən bir iş sahəsinin hər hansı bir sahəsini də, əhatə edə bilər, həmçinin hər növ məhsulu və xidmət sahəsini də əhatə edə bilər. == Tarixi == Yarmarka əsasən xalq toplantılarının, böyük kilsə bayramlarının kəsişdiyi yerdə, eləcə də çox qorunan və ən az vergiyə cəlb olunacaq yerlərdə təşkil olunurdu. Yarmarkanın mahiyyəti XI və XII əsrlərdə daha da artdı. XVIII əsrin sonuna kimi Avropanın şərq və qərb hissələri arasında bütün ticarət mübadiləsi yarmarkanın köməyilə baş verirdi. XIV və XV əsrlərdə Brügge, XVI əsrdə isə Lion şəhəri yarmarkanın mərkəzinə çevrildi. XVI əsrdə Medina-delKampo (İspaniya) və Antverpen şəhəri (Belçika) beynəlxalq yarmarka və kredit mərkəzi oldu. XVIII əsrdə hələ XIII əsrdən Leypsiqdə məşhur yarmarka beynəlxalq əhəmiyyət kəsb edirdi. XIX əsrdə ticarət münasibətlərinin genişlənməsi və daxili vergi rüsumlarının ləğv edilməsi, xüsusilə dəmir yollarının çəkilməsi, əmtəələrin yeridilməsi təhlükəsizliyinin artması, nəhayət, kommivoyajerlərin əmələ gəlməsi ilə yarmarkalar tənəzzülə uğradı və onların əksər hissəsi bağlandı.
Nikolskaya yarmarkası
Nikolskaya yarmarkası — il ərzində bir dəfə baş vermiş satış. Yarmarka Rusiyanın Taqanroq şəhərində XIX əsrdə hər il yaz aylarında keçirilirdi. == Tarixi == XIX əsrortalarında Nikolayevskaya yarmarkası istər Taqanroqun ticarət həyatı, istərsə də şəhər həyatında mühüm yer tuturdu. Yarmarka hər il 9 may tarixində keçirilirdi. Yarmarkanın ənənəvi olaraq yerləşdiyi ərazi hazırkı şəhər stadionu və Privoğzal meydanının yerləşdiyi ərazini əhatə edirdi. Vaxtı ilə Privoğzal meydanı Yarmaroçnaya adlandırılırdı, səbəb isə burada keçirilmiş tarixi yarmarkalar olmuşdur. Yarmaroçnaya meydanı XIX əsrin əvvəllərində Nikolayevsk, Uspenski (onun açılışı 15 avqustda baş verirdi) və Mixaylovski yarmarkalarının ərazisində formalaşmışdı. Şəhərin 1834-cü il planına əsasən ticarət meydanı onun daxilində olmalı idi. Onlar ticarətin Çexov küçəsində cəmləşməsini istəyirdilər. Bu ərazi əsas yolların üzərində yerləşirdi.
Şərq yarmarkası
Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg‎)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. == Tarixi == Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi.
Folsom küçəsi yarmarkası
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir. Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir. == Dəri submədəniyyətinin mənşəyi == Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər.
Qahirə beynəlxalq kitab yarmarkası
Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب‎‎‎) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur.2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur. == Miqyası == Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir. 2006-cı ilə olan məlumata görə Frankfurt kitab yarmarkasından sonra ikinci ən böyük kitab yarmarkasıdır.
Dördüncü Bakı yarmarkası (film, 1925)
== Məzmun == Filmdə 1925-ci ilin aprel ayında açılan Bakı yarmarkası əks etdirilir. Mədəni-məişət filmində sabiq SSRİ-nin Şərqdə xarici ticarət problemlərinə toxunulmuşdur. == Film haqqında == Film 1925-ci ilin aprel ayında açılan Bakı yarmarkasının sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyən === Operator: Arkadi Yalovoy == Sponsor == Bakı yarmarkası == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası və ya qısaca ETTFA — beynəlxalq regional turizm təşkilatıdır. 1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq turizm sərgiələrinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir. Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.
Bakı yarmarkaları (1920-ci illər)
Bakı yarmarkaları — 1920-ci illərdə Bakıda təşkil olunmuş beynəlxalq ticarət tədbirləri. == Birinci Bakı Yarmarkası == Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır. === Məqsədi === Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi. === İştirakçılar === Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə — yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, 5 xarici, 55-i təsadüfü firmalar idi. ==== Yerli iştirakçılar ==== "Azipək"; "Azdəri"; "Azneft"; "Azfarmsənaye"; "Azərittifaq"; "Azərtütün"; və s.
Leypsiq yarmarkasında (film, 1972)
== Məzmun == Film Leypsiq yarmarkasında Azərbaycan SSR pavilyonuna, buradakı qazma texnikası və kimya sənayesi ekspozisiyasına, eləcə də sərgiyə gələnlərin marağına səbəb olmuş uzun ömürlülər fotostendinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Sultanov Operator: Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
UEFA Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).
Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).
Yamayka
Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Akira Yamaoka
Akira Yamaoka (yap. 山岡 晃 6 fevral 1968, Niiqata) - yapon kompüter oyunları bəstəkarı, səs mühəndisi, gitarist və prodüser əsasən Silent Hill oyun seriyasındakı bəstələrinə görə tanınır.
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Yamayka bayrağı
Yamayka bayrağı — Yamaykanın Dövlət bayrağı
Yamayka boğazı
Yamayka boğazı — Karib dənizində Yamayka və Haiti adaları arasında yerləşir. Külək üstü boğazının cənub-qərb davamını təşkil edir. Eni 190 km, dərinliyi 1200 m təşkil edir. Haitidən 55 km qərbdə Novassa adası vardır ki, məskunlaşmamış ada olaraq sahəsi 5,2 km² təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolunun üzərində yerləşir.
Yamayka dolları
Yamayka dolları (beynəlxalq işarə — JMD, ölkənin daxilində — JD və ya J$) — Yamaykanın pul vahididir. 1 dollar 100 sentə bərabərdir. Mübadilədə 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000 və 5000 dollarlıq əsginaslardan, 5, 10, 20, 25, 50 sentlik və 1, 5, 10 və 20 dollarlıq sikkələrdən istifadə olunur. Eyni zamanda mübadilədə köhnə buraxılışların sikkələri və böyük miqdarda yubiley sikkələr mövcuddur. Tez-tez yubiley sikkələrin buraxılışı həyata keçirilir. == Tarixi == 1840-cı ilə qədər Britaniya funtu, yerli buraxılışların sikkələri və İspaniya sikkələri mübadilədədə bərabər səviyyədə istifadə olunurdu. 1840-cı ildən 1969-cu ilə qədər Yamayka funtu əsas pul vahidi oldu. Bundan başqa, 1955-ci ildən 1964-cü ilə qədər Vest-hind dollarından da istifadə edilmişdir.Yamayka dolları ölkədə daxil edilənə qədər Kayman adalarında rəsmi valyuta kimi, Kayman adaları dolları adı altında 1972-ci ilə istifadə olunmuşdur.
Ömər Yamaoka
Ömər Yamaoka (yap. オマル山岡, əsl adı: Kotaro Yamaoka, yap. 山岡 光太郎, 7 mart 1880, Fukuyama, Hiroşima prefekturası – 23 sentyabr 1959, Sakay[d], Osaka prefekturası) — İslamı qəbul etmiş yapon hərbçisi. Hacı ünvanın sahibi. == Hərbi fəaliyyət == Rus-yapon müharibəsi başlayandan bir il sonra Mancuriyaya Yaponiya İmperator ordusu qoşununda göndərilib. Müharibədən sonra Mancuriya, Monqoliya və Koreyada cəsus kimi işləyib. Kokuryukay ("Qara əjdaha cəmiyyəti") adlı millətçi hərəkatın üzvü olub. Casus tapşırığını bitirib və 1908-ci ildə Yaponiyaya qayıdıb. Yapon İmperatorluğu Rus İmperatorluğuna müxalif düşmüş türk və müsəlmanları öz tərəfinə çəkmək işi aparırdı. Bu səbəbdən sibirtatar əsilli molla Əbdürrəşid İbrahim yerli tatarlar arasında yapon təbliğatı aparırdı.
Azərbaycan–Yamayka münasibətləri
Azərbaycan–Yamayka münasibətləri — Azərbaycan Respublikası ilə Yamayka arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Yamayka Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 6-da tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 22-də qurulmuşdur.
Nor Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Yamayka milli futbol komandası
Yamayka milli futbol komandası (ing. Jamaica national football team) — Futbol turnirlərində və beynəlxalq yarışlarda Yamaykanı təmsil edən komandadır. Yamayka Futbol Federasiyası tərəfindən nəzarət edilir. Komanda ümumilikdə bir dəfə FİFA Dünya Kubokunda (1998-ci il) iştirak etmişdir. Bu çıxış nəticəsində Yamayka bütün dünyada azarkeş toplusu əldə etmişdir. Yamayka yığması 3 dəfə (1991, 1998 və 2005-ci ildə) Karib Kubokunun qalibi olmuşdur. Yamayka bu yarışda iki dəfə ikinci və iki dəfə də üçüncü yer tutmuşdur. Hal-hazırda komanda böhran vəziyyətindədir. Yamayka yığması 2007-ci ildə Karib Kubokunda iştirak etsə də, birinci raundun öhdəsindən gələ bilməmişdir. Hərçənd, raunddakı oyunlar Yamaykada keçirilmişdir.
Yamayka 2018 Qış Olimpiya Oyunlarında
Yamayka 2018 Qış Olimpiya Oyunlarında 2 idman növü üzrə 3 idmçançı ilə təmsil olunur. Onlar Bobsle və Sketeton üzrə yarışacaqlar. Bu Olimpiya yarışlarında ilk dəfə olaraq milliyə qadın idmançılarda daxildir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Bobsley === ==== Bobsley ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Nəticələrə görə Yamayka ilk dəfə bu idman növündə qadın idmançı ilə təmsil olunmağa layiq görülmüşdü. Qadınlar ==== Skeleton ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Yamayka bu yarışlarda idmanşı ilə təmsil hüququ əldə etməsə də Rusiyanın kvotası ona verilmişdir.