YARMAÇA

is.
1. Yarılmış, ikiyə ayrılmış odun parçalarından hər biri. Yarmaçalardan ocağa qoy. Meşədən bir yük yarmaça gətirdi.
– Kamran qucağında odun yarmaçaları içəriyə girdi. S.Rəhimov.

2. Lülə şəklində olan şey.
Əbil qamçını portfelin üstünə qoyub, saqqız yarmaçasının birini əlinə götürüb hazır dayandı. Ə.Vəliyev.

Etimologiya

  • YARMAÇA “Yarılmış odun parçası” deməkdir. Yarmaq feilindən əmələ gəlib. Yarma sözü də buradandır: kirkirədə dəni hissələrə bölməkdə bağlıdır
YARMAAŞI
YARMAÇALAMA

Digər lüğətlərdə