FAIR

fair1

n 1. yarmarka (vaxtaşırı təşkil edilən ticarət bazarı); the Leipzig Spring Fair Yaz Leypsiq Yarmarkası; 2. xeyriyyəçilik bazarı; church ~ kilsə / xeyriyyəçilik bazarı; 3. sərgi; World Fair Ümumdünya Sərgisi

fair2

adj 1. düz, təmiz, doğru; haqlı, dürüst, qanuni, qərəzsiz, ədalətli; by ~ means düz yolla; ~ deal təmiz saziş / sövdə; 2. adi, orta, babat, orta səviyyəli; it’s only a fair movie Bu olduqca adi / orta səviyyəli filmdir; 3. sarışın, sarısaçlı; açıq, açıq rəngli; ~ hair sarışın saç; ~ skin açıq rəngli dəri; 4. təmiz, ləkələnməmiş, ləkəsiz; ~ name təmiz / ləkəsiz ad;

◊ Fair enough Ədalətlidir, Razıyam; ~ without, false within ≅ üstü bəzək, altı təzək; it’s a fair swindle Bu tamam fırıldaqdır

fair3

adv 1. namusla, şərəflə, vicdanla; düz, doğru; to play ~ namusla / vicdanla / qayda ilə oynamaq; to hit ~ id. qayda ilə zərbə endirmək; 2. düz; to strike smb. ~ on the chin bir kəsin düz çənəsinə vurmaq

FAINT-HEARTEDNESS
FAIR-COPY
OBASTAN VİKİ
Fair use
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədilə yaradılmış əsərlərdən başqa).
FİFA Fair Play Mükafatı
FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır. == Qaliblər == İstinad === Qeydlər === 1988-ci il May ayının 7-də Bundesliqa oyunu çərçivəsində Verder Bremen FK və Köln FK arasında oynanılan matçda Verder Bremen oyunçusu penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdi. Matçı Köln FK 2-0 qazandı. Növbəti il o, Köln FK klubuna keçdi. Karoline Hanlon azərkeşlər adından qəbul olundu. 2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir.
Fairbanks
Ferbanks (ing. Fairbanks) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Fairbenks
Ferbanks (ing. Fairbanks) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Fairchild Republic A-10 Thunderbolt II
A-10 Thunderbolt II, quru qoşunlarına yaxın aviasiya dəstəyi vermək üçün xüsusi olaraq hazırlanmış ilk avia platformadır. Orijinal ləqəbi “Warthog” (qısaca: Hog) olsa da, İkinci Dünya Müharibəsində quru qoşunlarına yaxın hava dəstəyi verən Republic P-47 Thunderboltun şərəfinə eyni adı daşıyır. Amerikanın Fairchild Republic şirkəti tərəfindən istehsal olunan A-10 Thunderbolt II, aşağı hündürlükdə və aşağı sürətdə manevr etməyi bacaran, effektiv vuruş qabiliyyəti olan sadə və etibarlı, hər cür yer hədəflərinə, xüsusilə tanklara və zirehli maşınlara hücum edərək onları məhv edə bilən, iki mühərrikli reaktiv təyyarədir. Soyuq müharibə zamanı Sovet tanklarını və zirehli maşınlarını aşağı uçuşlarda məhv etmək üçün hazırlanmışdır. Buna “Tank Qatili” deyilir. Döyüş meydanlarında 300 m -dən aşağı yüksəkliklərə enə bilər və geniş qanad sahəsi sayəsində yerdəki düşmən elementlərini atəş altında saxlaya bilər. Qısa və xam uçuş-enmə zolaqlarından enmə və qalxma qabiliyyəti Thunderbolta cəbhəyə yaxın ərazilərdə də tamamilə effektiv şəkildə işləməsinə imkan yaradır. Son dərəcə yüksək dayanıqlığa malik olan bir təyyarə olması, təyyarəyə böyük bir döyüş radiusu və uzun müddət döyüş meydanında qalma qabiliyyəti bəxş edir. Sistemi və zirehi sayəsində döyüş meydanlarında sağ qalma ehtimalı son dərəcə yüksəkdir. Zədələnməsinə baxmayaraq pilotun təyyarəni bazaya qaytara biləcək formada dizaynı və yükləmə diapazonu, təyyarənin diqqət çəkən elementləridir.
Fairchild Semiconductor
Fairchild Semiconductor — San-Xosedə yerləşən Amerika yarımkeçirici şirkətidir. Əsası 1957-ci ildə qoyulub. Bu şirkət tranzistor və inteqral sxem istehsalında ilk təşəbbüsçülərdən biri idi. Schlumberger tərəfindən alınandan sonra və Milli Yarımkeçiriciyə (ing. National Semiconductor) satıldı. Fairchild 1997-ci ildə yenidən müstəqil şirkət kimi fəaliyyətə başladı.
Fairmont Baku
"Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri" kompleksində yerləşən beşulduzlu otel. "Fairmont" otellər qrupuna aiddir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur. Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır.
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Fairytale
Fairytale azərb. Nağıl‎ - Norveçi 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Fairytale" ("Nağıl") mahnısı ilə 23 yaşlı beloruslu Aleksandr Rıbak Avroviziya Mahnı Müsabiqəsi tarixində misli görünməmiş miqdarda – 387 xal toplayaraq zirvəyə yüksəlib.
Laissez-faire
Laissez-faire (azərb. buraxın etsinlər‎) — iqtisadiyyati sistem, harda ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Adam Smit qanununu mənimsəmişdir. Dövlətin müdaxiləsi xüsusi sektorun çıxara bilmədiyi və ya edə bilmədiyi mövzularda olmalıdır; müdafiə etmə, təhlükəsizlik, ədalət kimi. Əgər dövlət çox vergi alsa, vergilər istehsalı qısacağından ötəri ölkə durğunluqla qarşı-qarşıya qala bilər. Bu müdaxilə həm iç həm də xarici iqtisadiyyat üçün etibarlıdır. Əgər dövlət vergilərlə bir malın idxalatını azaltsa bu, içəridə o malın istehsalının təkəlləşməsini artırmaqdadır. Beynəlxalq əmək bölgüsündən faydalanmaq üçün məhsulların ölkələr arasında sərbəstcə mübadilə edilməsi lazımdır.
Paphiopedilum fairrieanum
Paphiopedilum fairrieanum (lat. Paphiopedilum fairrieanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium fairrieanum Lindl. (basionym) Cypripedium assamicum Linden ex K.Koch & Fintelm. Cordula fairrieana (Lindl.) Rolfe Paphiopedilum fairrieanum var. bohlmannianum Mato Paphiopedilum fairrieanum var. giganteum Pradhan Paphiopedilum fairrieanum var. nigrescens Pradhan Paphiopedilum fairrieanum f.

Digər lüğətlərdə