Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Con Şatak
Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943, Pasadena, Kaliforniya) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur. O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.
Quru yataq
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330–600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490–2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Yatan Venera
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. == Haqqında == Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. == İstinadlar == "Ali və Nino".
Yataq axını
Yataq axını (rus. русловый поток, ing. stream, course) — ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meyilliyindən asılı olmayaraq bütün su axınlarını çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq eroziyası (rus. русловая эрозия, ing. channel erosion) — əsasən daşqın və sel zamanı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi (rus. русловый процесс, ing. channel processes) — axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın morfoloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
Keçəldağ obsidian yatağ
Keçəldağ obsidian yatağı — İstisu kurortundan 15 km şimal-şərqdə Keçəldağ dağının zirvəsində yerləşən yataq. Yataq 1957-ci ildə M. S. İsmayılov tərəfindən betonun yüngül doldurulması, 1965-1967-ci illərdə E.M.Mütəllibov, 1971-ci ildə M.D.Bayramov, M.A.Hüseyinov, 1963-1974-cü illərdə M.Ç.Nağıyev və V.G.Ramazanov, 1977-ci illərdə S.Y.Rüstəmov və V.D.Osadçi tərəfindən isə təraşlanmaq və məmulat daşı kimi öyrənilmişdir. Yatağın sahəsi 0,15 km2-dir. Geoloji quruluşunda pliosen yaşlı andezit lavaları iştirak edir. Obsidianın həcmdə çəkisi 2,28-2,29 q/sm3, qabarması 0,39-0,45 q/sm3, məsaməlik 0,4-1,3 %-dir. Yataqda obsidian az miqdarda kristallaşmış şüşə ilə təmasda olub, onun tərkibində həmçinin filiz minerallarının mikrofenkristalları iştirak edir. Vitrofir strukturludur. Teksturası zolaqlıdır. Qalınlığı 7 mm. olan obsidian lövhələri emal zamanı bütövlüyünü saxlayır.
Mexaniki çökmə yataq
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir. == Həmçinin bax == Çökmə yataqlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qum dəniz (yataq)
Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Yastıq (yataq dəsti)
Yatan adam (roman)
Yatan adam — fransız yazıçısı Jorj Perekin 1967-ci ildə yazdığı roman. Bu, ikinci şəxsin hekayəsindən istifadə edir və bir gün dünyaya biganə olmağa qərar verən 25 yaşlı tələbəni izləyir. Yatan adam 1974-cü ildə çəkilmiş "The Man Who Sleeps" filminə uyğunlaşdırılmışdır. == Haqqında == Roman 1967-ci ildə Éditions Denoël vasitəsilə Fransada nəşr olunub. Andrew Leak tərəfindən ingilis dilinə tərcüməsi 1990-cı ildə David R. Godine vasitəsilə Jorj Perekin ilk romanı olan: Altmışıncıların Hekayəsi ilə ortaq bir cilddə nəşr edilib. == Xarici keçidlər == Yatan adam [1] == İstinadlar == "Yatan adam".
Yataq otağında fəlsəfə
Yataq otağında fəlsəfə — Markiz de Sadın 1971-ci ildə nəşr olunan kitabı. == Məzmun == O yazır: "Əxlaqsız qadınlar, şəhvətli Sen-Anj sizin nümunəniz olsun; onun nümunəsindən sonra bütün həyatı boyu zəncirləndiyi həzzin ilahi qanunlarına zidd olan hər şeydən xəbəriniz olsun". Sonra o, "gənc qızları" Eugénie'yi kopyalamağa çağırır; "Axmaq valideynlərin sizə aşıladığı bütün o gülünc hökmləri rədd etməyi bacarın". Nəhayət, o, kişi oxucuları "kinik Dolmanseni öyrənməyə" çağırır və onun eqoizmi və diqqətini öz zövqündən başqa bir şey üçün nümunə olacağını göstərir.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu. == Tarixi == 1996-cı ildə yaranmışdır.
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Yatan inək (rəsm əsəri)
Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad. 1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir. Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri
== Aşkar edilməsi == Qazax çökəkliyi daxilində son vaxtlar bir neçə kül tufu və trass yataq və təzahürləri aşkar olunmuşdur. Onlardan bir neçəsində kəşfiyyat işləri aparılmış və ehtiyatları hesablanmışdır. == İstifadəsi == Seolitləşmiş tuflar və trass xammalı ilk növbədə sement istehsalında aktiv əlavə kimi istifadə olunur. Lakin son zamanlar kül tuflarının başqa daha mühüm tətbiq sahəsi aşkar olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kül tufları güclü seolitləşməyə məruz qalmışdır. Onların tərkibində böyük miqdarda seolit mineralı olan qlinoptilolit çox əhəmiyyətli xüsusiyyətlərə malikdir. O torpağa əlavə edildikdə torpağın məhsuldarlığı artır, heyvan və quşların yeminə qatıldıqda isə onların inkişafına yüksək təsir göstərir. Suyun və spirtin kənar qarışıqlardan təmizlənməsində və digər məqsədlər üçün xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Seolitləşmiş kül tuflarının ən böyük yatağı, Ağdağ dağından şimal, şimal-şərqdə yerləşən Aydağ yatağıdır. Bu yataqda dəqiq kəşfiyyat işləri aparılmış və B+C1+C2 kateqoriyaları üzrə ehtiyatı 12,6 mln.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Aytaq
Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Katax
Katax — İrəvan quberniyasının Sürməli qəzasında dağ adı. Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Еrmənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir . Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdir. “Alban tarixi”ndə bu ad еrmənicə yazılışda “y” səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdı. Digər tərəfdən, İndiki Еrmənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdən Katak (еrmənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi еranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli pеçеnеqlərin Katak tayfasının adını əks еtdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış pеçеnеqlərin bir tayfası Tun=Katay adlanırdı Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfaları ilə pеçеnеqlərin Katak tayfası mənşəcə еynidir.
Kathak
Kathak (hindi : कथक) Şimali Hindistana məxsus olan klassik rəqs üslubudur. Bu rəqsdə sürətli ayaq hərəkətləri, fırlanmalar və əl hərəkətləri vacibdir. Hər rəqs bir hekayədən danışır. Keçmişdə “kathaka” adlı nağılçılar mifləri, mifoloji hekayələri rəqs hərəkətlərinin müşayiəti altında danışırdılar. Məhz bu rəqslərə əsaslanaraq hekayələrin danışılması ənənəsi nəsildən-nəslə keçmiş və günümüzə qədər gəlib çatmışdır.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.