Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Saytama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Çayxana
Çayxana və ya Çay evi — ilk növbədə çay və digər yüngül içkilər xidmət edən bir məkan. Onun funksiyası mədəniyyətlə asılı olaraq geniş dəyişməsinə baxmayaraq, çay evləri çox vaxt sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər.
Kayama
Kayama adası (yap. 嘉弥真島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 500 ilə 1000 arasında olan dovşan populyasiyası ilə tanınır. Turizm agentlikləri adaya turlar təklif edirlər. == Coğrafiyası == Adanın maksimal hündürlüyü 31 m. İriomote adasından qərbdə, Kohamadan şimal-şərqdə yerləşir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Saytama prefekturası
Saytama prefekturası (yap. 埼玉県) — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 3 797 kvadrat kilometr, əhalisi 7 187 000 nəfərdir. Mərkəzi Saytama şəhəridir.
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Yaeyama adaları
Yaeyama (yap. 八重山列島) — Sakişima adaları qrupuna və Ryukyu arxipelaqının tərkibinə daxil olan adalar. Senkaku adaları ilə birlikdə Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın sahəsi 585,57 km² təşkil edir. Ən iri adası İriomote — 289 km², İşiqaki — 222,6 km², Yonaquni — 28,95 km², Hateruma — 12,7 км² və Kuroşima — 10 km². Arxipelaqın əhalisi 53 627 nəfər (2011) təşkil edir. Onlardan 48 139 nəfəri İsiqaki, 3907 nəfəri Taketomi və 1581 nəfəri Yonaquni dairələrində yaşayır. Ən hündür zirvəsi 529 metr olub (Omoto dağı) İşiqaki adasında yerləşir. Adaların ən iri şəhəri məhz eyni adlı İsiqaki şəhəridir.
Kollektiv qaynama
Kollektiv qaynama — Emil Durkhaym tərəfindən yaradılmış sosioloji konsepsiya. Durkhayma görə, bir icma və ya cəmiyyət bəzən bir araya gələrək eyni anda eyni düşüncəni çatdıra və eyni hərəkətdə iştirak edə bilər. Belə bir hadisə daha sonra fərdləri həyəcanlandıran və qrupu birləşdirməyə xidmət edən kollektiv qaynamaya səbəb olur. == Dində == Durkhaym güc anlayışını aborigen cəmiyyətlərində dinin "elementar formaları" ilə bağlı araşdırmasında qeyd etdiyi klan simvolu olan totemlə əlaqələndirir. Qəbilənin adını verdiyi üçün simvol klanın toplanması zamanı mövcuddur. Bu məclislərdə iştirakı ilə totem həm səhnəni, həm də güclü hiss olunan duyğuları təmsil etməyə gəlir və beləliklə də qrupun kollektiv təmsilçiliyinə çevrilir. Dürkheym üçün din fundamental olaraq sosial fenomendir. Müqəddəslərin inancları və əməlləri sosial təşkilat üsuludur. Bu izahat "Elementar formalar" əsərində ətraflı şəkildə verilmişdir. Dürkheymə görə, "tanrı və cəmiyyət eynidir ...
Saytama Universiteti
Saytama Universiteti (埼玉大学, Saitama Daigaku) ​​— Yaponiyanın Saitama şəhərində milli universitet. == Tarixi == Universitet 1873-cü ildə qurulub. 1922-ci ildə Saytama Pedaqoji məktəbi və Saytama Gənclər məktəbi yaradılmışdır. 1929-cu ildə Urava Ali Məktəbi ilə birləşdi. 1949-cu ildə Saytama Milli universiteti kimi təsis edildi. == Akademik strukturu == Universitet bakalavr, magistr və doktorantura proqramları təklif edir. Hazırda bakalavr təhsili üçün 5 fakültə (məktəb) fəaləyyət göstərir: İncəsənət fakültəsi Təhsil fakültəsi İqtisadiyyat fakültəsi Elm fakültəsi Mühəndislik fakültəsi 4 magistratura məktəbi: Mədəniyyətşünaslıq məktəbi Təhsil və Elm məktəbi İqtisadiyyat elmləri məktəbi Mühəndislik məktəbi Universitet 5 bakalavr və 4 magistratura məktəbinin Okubo kampusunda bir yerdə yerləşməsi ilə fərqlənir. Bu, təhsil və tədqiqat, dərsdənkənar fəaliyyətlər və tələbə həyatı üçün əlverişli mühit təklif etməklə bir çox cəhətdən sərfəlidir. Məktəblərin hamısı magistratura ilə yanaşı doktoranturaya aparan proqramlar təklif edir. == Kampusları == Okubo kampusu Peyk kampusu: Omiya Sonik şəhər kolleci Tokio Station kolleci == Beynəlxalq Magistr proqramı == 1992-ci ildə Elm və Mühəndislik Ali məktəbi İnşaat və Ətraf Mühit mühəndisliyi üzrə Beynəlxalq magistr proqramına başlamışdır.
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. == Qətl == 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. == Tarixi == 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əsgərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur. == Tarixi == Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir. Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi. == Xüsusiyyətləri == Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır. Məbədin illik festivalı 1 avqust tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Yayma (qida)
== Ərzaqlar == Düyü – 67q, Süd – 100q, Ərinmiş yağ – 15q, Şəkər – 15q, Zəfəran – 0,1q, Duz. == Hazırlanma qaydası == Əvvəlcə süd eyni miqdarda su ilə qarışdırılır. Sonra südə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verildikdə üzərinə yağ əlavə edilir.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar. == Meşə və kolluq quşları == İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. == Məqsədi == Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. == Ərazisi == Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Samur-Yalama milli parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. == Məqsədi == Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. == Ərazisi == Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.