YAYXANMAQ

f. dan.
1. Yayılıb oturmaq və ya uzanmaq.
Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. İ.Hüseynov.

2. Yırğalanaraq yerimək.
[Cuma] gəminin hərəkətinə görə sağa-sola yayxanaraq ağır addımlarla kayutdan çıxdı. Ə.Əbülhəsən.
Ağ mayaların üstündə oturub yayxana-yayxana (z.) gedən qoca qarıların qucağında camış balası … gözə dəyirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAYXANMAQ uzanmaq
  • YAYXANMAQ yerimək
  • YAYXANMAQ yayınmaq
YAYXANMA
YAYXINMAQ

Digər lüğətlərdə