Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.
Getara
Getara və ya Qaytara — Qafqaz Albaniyasında qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kür çayının şimalında olduğu göstərilir. Əsərinin digər yerində Ptolemey onu Qanqara adlandırır. Həmin şəhər əsərin bizə gəlib çatmış nüsxələrinin birində Qarqara kimi qeyd də olunur. Yeri tarixçilər tərəfindən tam müəyyənləşdirilməmişdir. Bəzi ehtimallara görə Qarqarçayın adı bu şəhərin adı ilə bağlıdır. Eyni zamanda digər bir versiyaya görə Yerevan şəhərindən axan Getar çayının adının da bu qədim şəhərin adıyla bağlılığı var.
Rauf Yekta
Rauf Yekta (d. 1871 – ö. 8 yanvar 1935) — türk musiqiçi və bəstəkar. Rauf Yekta 1871-ci ildə İstanbul şəhərində dünyaya gəlmişdi. "Ati", "Yeni Mecmuə", "Resimli Kitap", "Şehbal", "Resimli Gazete", "Yeni Ses" və "Vakit" kimi müddətli mətbuat orqanlarında yazdı. Rauf Yekta 8 yanvar 1935-ci ildə vəfat edib.
Abdullah ibn Yəqtar
Abdullah ibn Yəqtar (ərəb. عبد الله بن یقطر‎) — bəzi mənbələrə görə, o, Əlini və Hüseyni lənətləməkdən imtina etdi və buna görə də "Darül-xilafə"dən atıldı. Digər mənbələr Kərbəla şəhidləri arasında Abdullahı da daxil edir. == Nəsil == Mədinədə anadan olmuşdur. Abdullah ibn Yəqtar ibn Əbi Əqb Leysi Bəni Leys ibn Bəkr ibn Əbd Manaf ibn Kinanənin nəslindən idi. O, Hüseyn ibn Əlinin Ridai qardaşı kimi tanınırdı, yəni hər ikisinə eyni qadından körpə ikən süd vermişdilər. Hüseynlə olan bu münasibətə görə İbn Həcər Abdullahı onun səhabələrindən hesab edirdi. == Tərcümeyi-hal == Əksər tarixçilərə görə, Abdullahın atasının adı Yəqtar idi, lakin ət-Təbəri istisna olmaqla, onu Bəqtar adlandırmışdır. Anasının adı Meymunə idi. == Kufə elçisi == Əksər alimlər Hüseynin Abdullah ibn Yəqtarı Müslüm ibn Əqilə Hüseynin karvanının yola düşməsi barədə xəbərdar edən məktubla Kufəyə göndərdiyini bildirirlər.