GÖVHƏR

f. 1) cavahir, inci, daş-qaş; 2) bir işin əsli, mayası, gövhəri. Gövhəri-qəltan iridənəli yuvarlaq inci; gövhəri-laməkan konkret yeri olmayan məkansız inci; gövhəri-şahvar çox iridənəli şahanə inci; gövhəri-yekta tayı olmayan inci.

GÖFTÜGU
GÖVHƏRBAR
OBASTAN VİKİ
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Gövhər (Tarım)
Gövhər (az.-əski. گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Gövhər Baxşəliyeva
Gövhər Baxşəli qızı Baxşəliyeva (26 noyabr 1954, Bərdə) — filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. == Elmi fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 260-dan artıq məqalə və məruzə, 5 monoqrafiya, 18 kitab Xaricdə çıxmış elmi əsərlərin sayı: 24 Əsas elmi nailiyyətləri: Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar. Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.). 10.01.02 — "Türk xalqları ədəbiyyatı" və 10.01.03 — "Dünya ədəbiyyatı" ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. "Şərq araşdırmaları" və "Azərbaycan şərqşünaslığı" dərgilərinin baş redaktorudur.
Gövhər Beydullayeva
Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022). == Erkən illəri == Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb. == Karyerası == === Dünya və Avropa çempionatları === Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub. Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. 2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb. 2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.
Gövhər Cəfərzadə
Gövhər Hacı Məcid qızı Cəfərzadə — Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912–1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Gövhər Həsənzadə
Gövhər Sudef qızı Həsənzadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Gövhər Sudef qızı Həsənzadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Atası – S. D. Həsənov (05.11.1939–11.10.2016) Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışmışdır, anası A. S. Həsənova (22.12.1937) isə filoloqdur. 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olmuşdur. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olmuşdur. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən almışdır. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində almış və 1993-cü ildə həmin təhsil ocağını bitirmişdir. Gövhər Həsənzadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilmiş və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Gövhər Həsənzadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olmuşdur.
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gövhər Sultan
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı. == Həyatı == Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur. Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır.
Gövhər Zeynalova
Gövhər Zeynalova (25 iyun 1923, Bakı – 28 iyun 1997, Bakı) — üzvü və neft kimya sahəsində görkəmli alim, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, texnika elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcılarından biri. == Həyatı == Gövhər Əli qızı Zeynalova 1923-cü il iyun ayının 25-də Bakı şəhərində anadan olmuşdur. O 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və 1945-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AETNEİ-də) elmi fəaliyyətə başlamışdır. 1951-ci ildə Gövhər xanım elmlər namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1968-ci ildə G.Ə.Zeynalovaya professor adı verilmişdir. Keçən əsrin 50-ci illərində texniki tərəqqi xalq təsərrüfatının bütün sahələrində maşın və mexanizmlərin sayının artmasına gətirib çıxartdı. Bu isə sürtkü materiallarının və xüsusilə də sürtkü yağlarının keyfiyyətinin yüksəldilməsi problemini çox kəskin şəkildə qarşıya qoydu. Bu da öz növbəsində neft kimyasında yeni istiqamətin – sürtkü yağlarına aşqarlar kimyasının formalaşmasına gətirib çıxartdı. Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə keçmiş SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi. G.Ə.Zeynalova 1965-ci ildən ömrünün axırına kimi Aşqarlar Kimyası İnstitutunda, əvvəl laboratoriya müdiri, sonra isə konsultant kimi çalışmışdır.Gövhər xanım Zeynalova öz işində həm tələbkar, həm də artıq dərəcədə dəqiq və məsuliyyətli olmaqla yanaşı, təvazökar, ətrafındakılara və övladlarına qarşı çox qayğıkeş insan idi.
Gövhər ağa
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Gövhər Cəfərzadə (Şövqiyyə)
Gövhər Hacı Məcid qızı Cəfərzadə — Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912–1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Gövhər xanım Qacar
Gövhər xanım Ağaələkbər qızı İsmayılova - == Həyatı == Tiflis Nücabə qızlar institutunda ali təhsil alan Gövhər xanım Qacar 1905-ci ildə təşkil olunmuş "Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyəti"nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağəli Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi. Peterburq qızlar institutu nəzdində xüsusi kurs bitirmiş bu nüfuzlu qadın general əri şahzadə Əmir Kazım mirzə Qovanlı-Qacarla birgə əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: "Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi".
Gövhər ağa məscidi (Aşağı)
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gövhər Sultan (II Mehmedin qızı)
Gövhər Sultan - II Mehmedin Gülbahar Xatundan doğulan, tarixdə bilinən yeganə qızıdır. == Həyatı == Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Uğurlu Məhəmmədlə 1474-cü ildə evləndirilmişdir. Atası tərəfindən Sivas bəylərbəyi təyin edilən Uğurlu Məhəmmədin 1477-ci ildə öldürülməsi nəticəsində Gövhər Sultan İstanbula geri döndü. Geri qalan ömrünü xeyir işlərlə məşğul olan Gövhər Sultanın yeganə övladı Gödək Əhməd 1497-ci ildə Azərbaycana gedərək burada taxt iddia etmiş və Ağqoyunlu taxtına oturmuşdur. Gövhər Sultan 1477-ci ildə vəfat etdi və cənazəsi anasının Fateh külliyyəsində yerləşən Gülbahar Xatun türbəsinə dəfn edildi.
Gövhər Sultan (IV Mehmedin qızı)
Gövhər Sultan - 19. Osmanlı padşahı IV Mehmedin Gülbəyaz Xatundan doğulan qızıdır. Həyatı ilə bağlı heç bir məlumat yoxdur.
Gövhər Sultan (I Əhmədin qızı)
Gövhər Sultan (1605, Konstantinopol, Osmanlı imperiyası – 1631, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Gövhər Sultan 1608-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Adını atasının böyük bibisi olan Gövhər Sultandan almışdır. Belə ki, Sultan Əhməd böyük bibisinə olan sevgisindən qızlarından birinin adını da məhz Gövhər qoymuşdu. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, böyük bacısı Aişə Sultan kimi, Gövhər Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. 1611-ci ilin sentyabrında yenicə kaptan-ı dərya təyin edilərək paytaxta çağırılan Misir bəylərbəyi Mehmed Paşayla nigahlandı. Cütlüyün toy mərasimi paşanın paytaxta gəlişiylə başlayan şənliklər əsnasında baş tutdu. Bu şənliklər əsnasında bacısı Aişə Sultan da sədrəzəm Nasuh Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi.
Gövhər ağa Cavanşir (tarixi roman)
Gövhər ağa Cavanşir — Mehriban Vəzirin 2018-ci ildə nəşr olunmuş Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi-mesenat Gövhərnisə bəyim Sarıcal-Cavanşir barədə tarixi romanı. == Məzmun == Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2018-ci ildə Bakı Kitab Klubunda 214 səhifədə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Yuxarı Gövhər ağa məscidi Aşağı Gövhər ağa məscidi Ağabəyim ağa Cavanşir tarixi-sənədli romanı == Xarici keçidlər == "Gövhər ağa Cavanşir (Tarixi roman)" ( (az.)).
Aslanxan Gövhər
Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair. == Həyatı və təhsili == 1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir. === Bədii yaradıcılığı === Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir.
Gövhər İbrahimova
Gövhər İbrahimova (13 aprel 2009) — Azərbaycan bədii gimnastı. O, Avropa və Gənclər arasında Dünya medalçısıdır.Bakı şəhərində anadan olub. == Karyera == 2023-cü ildə Bakıda keçirilən Avropa çempionatında yeniyetmələrin milli qrupunun üzvü olub. O, Mədinə Aslanova, İlahə Bahadurova, Səkinəxanım İsmayılzadə, Zəhra Cəfərova və Ayan Sadıqova ilə birlikdə çoxnövçülükdə və 5 topla bürünc medal qazanıb. İyul ayında qrup Bolqarıstan və İsraili geridə qoyaraq çoxnövçülükdə bürünc, Kluj-Napokada keçirilən yeniyetmələr arasında 2-ci dünya çempionatında isə iki yarışın finalında yenidən bürünc medal qazandı. 2024-cü ildə o, Bakıda keçirilən bədii gimnastika üzrə 1-ci Avropa kubokunda iştirak edərək, yeniyetmələr arasında halqa ilə finalda 7-ci yeri tutaraq fərdi modallığa keçib. O, mayın 22-də Budapeştdə keçirilən Avropa çempionatında Şəms Ağahüseynova, Fidan Qurbanlı və İlahə Bahadırova ilə komanda hesabında bürünc medal qazanıb.
Gövhər Sultan Bəyim
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı. == Həyatı == Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur. Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır.
Aşağı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Yuxarı Gövhər ağa məscidi
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Gövhər Sultan Bəyim Səfəvi
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı. == Həyatı == Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur. Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Gövhəran (Xoy)
Gövhəran (fars. گوهران‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.173 nəfər yaşayır (528 ailə).
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Gövhəri
Gövhəri (XVII əsr – XVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri. == Həyatı == XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində: Gevheri tahirdir Mustafa ismim// Bir katre meniden halk oldu cismim. -misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır.
Gövhəri Qadınəfəndi
Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı. == Həyatı == Gövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nikah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi. Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu. == Övladları == Əsma Sultan (d.
Gövhəriyyə mədrəsəsi
Gövhəriyyə mədrəsəsi-Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərirdi. == Mədrəsənin tarixi == 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məsacidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1875-ci ildə Gövhərağa məscidinin ruhaniləri. (Cümə məscidi)-Baş molla Mirzə Fətəli Molla Əlipənah oğlu (Mirzəyev-Ə. Ç), mollalar: Mirzə Məhəmməd Mirzə Əbülqasım oğlu (Haqverdiyev-Ə. Ç.), Molla Şükür Məhərrəm oğlu (Məhərrəmzadə-Ə. Ç.), Molla Abbasqulu Molla Nuri oğlu (Qazıbəyov-Ə. Ç.), Mirzə Həsən Mirzə Qasım oğlu Əmirov.
Gövhərli
Gövhərli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 833 nəfərdir ki, onun da 427 nəfəri kişi, 406 nəfəri isə qadındır.
Gövhərmülk Sultan
Gövhərmülk Sultan (1468, Amasya ili – 1550, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Gövhərmülk Sultan 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Bülbül Xatundur. Böyük qardaşı Şahzadə Əhmədin 1480-ci ildə Çorum sancaqbəyi təyin edilməsinin ardından o və bacıları analarıyla birlikdə qardaşının yanına göndərildi. Ancaq cəmi bir il sonra atası taxta çıxmış, əmisi Cem Sultanla taxta mübarizəsinə başlamışdı. Gövhərmülk Sultan 1482-ci ildə atasının ən yaxın dəstəkçilərindən Ankara sancaqbəyi Dukakinzadə Əhməd Paşanın oğlu Mehmed Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəld. Gövhərmülk Sultan 20 yanvar 1550-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Zal Mahmud Paşa məscidi yaxınlığında kürəkəni tərəfindən inşa edilən sübyan məktəbinin həyətinə dəfn edildi.

Digər lüğətlərdə