Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yereşənlər fəsiləsi
Yereşənlər
Yereşənlər (lat. Soricidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xarici görünüşü == Çox xırdadan orta ölçülərə qədər müxtəlif siçanşəkilli heyvanlardır. Bədəni uzunsov, vərdənəvarı, ətrafları gödəkdir. Gözləri çox xırdadır qulaq seyvanları adətən zəif inkişaf etmişdir. Bədəninin böyürlərində və əsasında yerləşmiş dəri vəziləri növə görə spesifik iyi - maddə ifraz edir. Xəz örtüyü sıx və yumuşaqdır. Kəlləsi uzunsov formada, üz hissəsi daralmışdır. Dişləri qırmızı-qəhvəyi və ya ağ rəngdə olur. == Həyat tərzi == Bütün yerqazanlar üçün daimi fəallıq səciyyəvidir.
Antarktikada yerləşən buzlaqların siyahısı
== İstinadlar ==
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Bakıda yerləşən abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Çay yatağında yerləşən ada
Çay adası — çay tərəfindən əhatələnmiş quru parçası Çay adaları iki qrupa bölünür. Çayın öz fəaliyyəti sayəsində yaranan adalar və çayların təsir göstərə bilməməsi sayəsində yaranan adalar. Birini adalar özlridə iki yerə bölünür: Çaylar yatağı boyunça ərasini yuyur və bunun sayəsində yatağda çay şaxəli qollar əmələ gətirir. Bunun nəticəsində yuyulmuş yatağda qolların arasında adalar əmələ gəlir. Məlumdur ki çaylar (xüsusi ilə lilli çaylarda) il ərzində dağlardan yatağına tonlarla lil gətirir. Lil toplanaraq adalar əmələ gətirir. Xüsusi ilə deltalarda yerləşən adaları buna misal çəkmək olar. İkinci qrupa aid adalar isə çayları suları qarşısına çıxan bərk suxurları yuya bilmədiyindən onun dolanlağa məcbur olur. Ən iri çay adası özündə iki ölkəni birləşdirən (Qayana və Surinam) Kasikyaredir. Ada Orinoko, Kasikyare, Riu-Neqru və Amazon çayı kimi çayların əhatəsində yerləşir.
Aleksandr Yersen
Aleksandr Yersen (fr. Alexandre Émile Jean Yersin; 22 sentyabr 1863[…] – 1 mart 1943 və ya 28 fevral 1943, Nyaçanq) — Fransa-İsveçrə həkimi və bakterioloqu. Bubon taununu törədən və sonradan alimin şərəfinə adlandırılan Yersinia pestis basilinin aşkar edilməsində rolu olan tədqiqatçılardan biri kimi tanınır. Başqa bir bakterioloq olan yapon həkimi Kitasato Shibasaburō adətən, xüsusi olaraq bir neçə gün əvvəl bakteriyaların müstəqil identifikasiyasını müəyyən etdiyini, lakin patogenə səbəb olan vəba deyil, başqa bir bakteriya olduğunu qeyd etdi. Həmçinin, Yersen ilk dəfə olaraq, eyni basilin (çöpün) həm gəmiricilərdə, həm də insan da olduğunu göstərərək mümkün ötürmə yollarını vurğulamışdı. == Həyatı və təhsili == Yersen 1863-cü ildə İsveçrənin Vaud kantonunda atasının — Jan-Aleksandr-Mark Yersenin ölümündən sonra dünyaya göz açıb. Onun anası Fanni-İzalin-Emili Moşel idi. 1883–1884-cü ilə qədər Lozannada, ardınca Marburqda və Parisdə (1884–1886) tibb təhsili almışdı. == Karyerası == 1886-cı ildə Yersen Emil Rouxun dəvəti ilə École Normale Supérieure-də Louis Pasteurun tədqiqat laboratoriyasına daxil olmuş və quduzluğa qarşı zərdabın hazırlanmasında iştirak etmişdir. 1888-ci ildə o, Eksperimental vərəmin inkişafı üzrə tədqiqat adlı dissertasiya ilə doktorluq dərəcəsini almış və iki ay Almaniyada Robert Koç ilə birlikdə vaxt keçirmişdir.
Yerevan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Alyaska ştatında yerləşən şəhərlərin siyahısı
Antarktikada yerləşən qütb stansiyalarının siyahısı
Antarktikada çoxlu sayda müxtəlif dövlətlərə məxsus Elmi tətqiqat stansiyaları vardır. Bu stansiyalarda elmi müşahidələr aparılır. Antarktida haqqında konvensiyaya görə istənilən dövlət 60° paraleldən cənubda elmi məqsədlər məqsədi ilə stansiya yerləşdirə bilər.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Ən şimalda yerləşən yaşayış məntəqələri
== Böyük şəhərlər == Əhalisinin sayı 100 mindən çox olan şimalda yerləşən şəhərlər.
UNESCO-nun siyahısına salınmış Rusiyada yerləşən obyektlər
2019-cu ilə YUNESKO Ümumdünya İrsi siyahısında təsvirdə "Rusiya Federasiyası" nişanlı 29 maddə mövcuddur, bu ümumi sayın 2,6% -ni təşkil edir (2019-cu il üçün 1121). Mədəniyyət meyarlarına görə siyahıya 18 obyekt daxil edilmişdir, onlardan 7-si insan dahisinin şah əsəri (i meyar i), 11 obyekt təbii meyarlara görə, onlardan 4-ü müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisələri kimi qəbul edilmişdir (meyar vii). 2017-ci ildə Rusiya Ümumdünya İrs Saytlarının ümumi sayına görə dünyada 9-cu, təbii ərazilərin sayına görə (Çin, ABŞ və Avstraliyadan sonra) 4-cü yerdədir. Ümumdünya İrs Siyahısına daxil edilən qədim Hersones Tavriçes şəhəri və təsviri yerində "Ukrayna" işarəsi olan Krımın nəzarətində olan Rusiya ərazisindədir. Rusiya hakimiyyəti bunu Rusiya Federasiyası ərazisində Ümumdünya İrs Saytı hesab edir; Rusiya Federasiyasının UNESCO-dakı daimi nümayəndəsi E. Mitrofanova onu Rusiya obyektlərinin sayına aid etdi. Bundan əlavə, 2017-ci il tarixində Rusiyada 18 obyekt (üç təkrar namizəd sayılmamış) Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Rusiyanın hüquqi varisi olan Sovet Sosialist Respublikaları İttifaqı 12 oktyabr 1988-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etdi. Rusiya ərazisində yerləşən ilk obyektlər 1990-cı ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 14-cü iclasında siyahıya alındı. == Siyahı == Bu cədvəldə obyektlər YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunduğu qaydada yerləşdirilmişdir. Rəng, Rusiyanın nəzarətində olan Krım yarımadasının ərazisində yerləşən, lakin Dünya İrs Siyahısında "Ukrayna"nı qeyd edir.
Şərqi Azərbaycan ostanında yerləşən su anbarlarının siyahısı
Şərqi Azərbaycan ostanında bir çox su anbarı yerləşir. Bu anbarlardan içmə, sulama, elektrik məqsədi ilə istifadə edilir. Anbarların doluluq miqdarı yağışlardan və qar əriməsindən asılı olaraq illik dəyişməkdədir. Bunlara əlavə olaraq, anbarlar yelkən, balıqçılıq və turistik fəaliyyətlər üçün də istifadəyə açıqdır. == Həmçinin bax == Şərqi Azərbaycan ostanının çayları Şərqi Azərbaycan ostanının dağları == İstinadlar == == Mənbə == İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015. Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20.
Keçmiş Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. == Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı == === Avropa === === Qafqaz === === Orta Şərq === === Afrika === == Digərləri == === Polşa krallığı === Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl döyüşlərə Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. === Qızıl Orda xanlıqları === Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. === Asiya === ==== Mərkəzi və Cənub-Şərqi Asiya ==== Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. ==== Daxili Ərəbistan və Oman ==== Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması - 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Hal-hazırda Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. == Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı == === Avropa === === Qafqaz === === Orta Şərq === === Afrika === == Digərləri == === Polşa krallığı === Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl döyüşlərə Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. === Qızıl Orda xanlıqları === Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. === Asiya === ==== Mərkəzi və Cənub-Şərqi Asiya ==== Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. ==== Daxili Ərəbistan və Oman ==== Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Osmanlı imperiyası ərazisində hal-hazırda yerləşən dövlətlərin siyahısı

Ararat Yerevan FK
Ararat Yerevan FK — Ermənistanın futbol klubu.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Yeriyən meyit sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Yerevan Dövlət Universiteti
İrəvan Dövlət Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1919-cu ildə fəaliyyətə başlamışdır. Ermənistanın ən yaşlı ali təhsil müəssisələrindən biri hesab edilir. == Tarixi == 16 may 1919-ci ildə Ermənistan Respublikasının qərarı ilə təşkil edilmişdir. İlk dərslər 1920-ci ilin fevral ayında keçirilmişdir. İlk rektoru Yuri Stepanoviç Qəmbəryan olmuşdur. Mühazirələr üçün dünyanın bir çox bölgələrindən tanınmış erməni alimləri dəvət edilmişdi. Onlar arasında Yakov Amazaspoviç Manandyan, Mamuka Abeqyan və Stepan Sarkisoviç Malxasyan olmuşdur. Universitet binası İrəvan şəhərində yerləşir. Fəaliyyətinin ilk ilində burada yalnız tarix-dil fakültəsi fəaliyyət göstərirdi.
Yeni Yergən (Xaybulla)
Yeni Yergən (başq. Яңы Ергән) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Yeni Yergən kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Yergən kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):11 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 60 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Kepəşen
Kepəşen — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə Kığı çayının qovuşduğu yerdə yerləşir. 1930-cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir. Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər, 1959 - cu ildə 1372 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Verişen
Verişen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Yersei
Yersei (nen sözü) (rus. ерсеи , ing. erseu) — torf təpəlikləri arasında bataqlaşmış əyri-üyrü kanal.
Haulun yeriyən qəsri (cizgi filmi, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Aleksandr Qertsen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Yan Tyersen
Yan Tyersen (23 iyun 1970, Brest (Fransa)) — fransız musiqiçidir. Onun musiqi karyerasını studiya albomları, müşayiətlər və film musiqiləri təşkil edir. Onun musiqisinə müxtəlif növ musiqi alətləri aiddir: ilk növbədə gitara, sintizator, skripka, eləcə də piano melodika, ksilofon ,klavesin, akkordeon, daktilo, orqan, saksofon, violençel, bandjo, şeypur, klarnet, fleyta, sinc, vibrafon, marimba. == Həyatı və karyerası == === İlk illər: 1970-1992 === Yann Tyersen 1970-ci ildə, Fransanın şimal qərbindəki Britanne hissəsindəki Finisterdə yerləşən Brestdə, Norveç və Belçika mənşəli fransız ailəsində anadan olub. O, 4 yaşında piano, 6 yaşında skripkada ifa etməyi öyrənməyə başlayıb və Renne, Nantekilər də daxil olmaqla bir neçə musiqi akademiyalarında klassik dərslər alıb. 1980-ci illərin əvvəllərində,yeniyetməlik vaxtı punk mədəniyyətindən təsirlənib və Stooges, Joy Division kimi rok qruplara həvəs göstərib. 13 yaşında skripkasını sındırıb, elektro gitara alıb, rok qrup yaradıb. Daha sonra Rennedə yaşayıb və ora musiqi karyerası üçün mükəmməl yer olub. Bir neçə il sonra qrupu dağılıb və o da sintizator, sempler və barabanla solo karyerasına başlayıb. === Yüksəliş və təntənə: 1993-2000 === Öz adı altında filmlər üçün musiqi yazmamışdan əvvəl ilk öncə tamaşalar və qısa filmlər üçün fon musiqilər yazdı.
Çərəkən çayı
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.
Aleksandr Hertsen
Aleksandr Hertsen (yazıçı)
Yohannes Yensen
Yohannes Vilhelm Yensen (dan. Johannes Vilhelm Jensen; 20 yanvar 1873[…] – 25 noyabr 1950[…], Kopenhagen) — danimarkalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1944). == Həyatı == İkinci dünya müharibəsinin başlanması ilə İsveç Akademiyası bütün sahələr üzrə Nobel mükafatının verilməsini dayandırmışdı. Proses savaşın artıq başa çatmaqda olduğu 1944-cü ildə bərpa edildi. Danimarka yazıçısı Yohannes Vilhelm Yensen müharibədən sonrakı dövrün ilk laureatı oldu. Danimarkalı veterinar oğlu təhsilini evdə — valideynlərindən almışdı. Sonra yerli məktəbdə, özəl müəllim yanında və Vıborq kafedral məktəbində oxumuşdu. Nəhayət, ali təhsilini Kopenhagen universitetində tamamlamışdı. Burada tibb və təbiət elmləri üzrə ixtisaslaşsa da, ədəbiyyata böyük maraq göstərmişdi. Danimarka müəllifləri ilə bir sırada Şekspir, Heyne, Zolya yaradıcılığını diqqətlə öyrənmişdi.
Vərəsə (film)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. == Məzmun == Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Yersin Baltaqul
Kinbozan Haruki (金峰山 晴樹, 24 iyun 1997, Almatı vilayəti) və ya Yersin Baltaqul (qaz. Ерсін Балтағұл) – əslən Qazaxıstandan olan sumoçu. Peşəkar sumo karyerasına 2021-ci ilin noyabrında başlamışdır. Səkkiz turnir və iki aşağı diviziya çempionatında iştirak etdikdən sonra yuxarı makuuçi diviziyasına yüksəlmiş və bunu bacara bilən ilk qazaxıstanlı olmuşdur. Ən yüksək dərəcəsi 2023-cü ilin mayında əldə etdiyi maeqaşira 5 dərəcəsidir. Kise məktəbinin yetirməsidir. == İlk illəri == Yerin 18 yaşına qədər cüdo ilə məşğul olmuşdur. Keçmiş yokozuna Asaşoryunun tövsiyəsindən sonra Yaponiyaya köçmüş, liseydə oxumağa və həvəskar sumo ilə məşğul olmağa başlamışdır. Daha sonra Nihon Universitetinə daxil olmuş və universitetin sumo klubuna qoşulmuşdur. 2019-cu ildə Ümum-Yaponiya çempionatında ikinci yeri tutmuş, növbəti il həmin turnirin ilk 16-lığına daxil olmuşdur.
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.