Keçmiş Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı

Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir.

Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı

[redaktə | mənbəni redaktə et]
1683-cü ildə Osmanlı imperiyası
Bayraq Dövlət Dövr Ümumi vaxt O dövrkü adı
Türkiyə 1299/1516–1922[1] 406/623 il Anadolu əyaləti,[2] Qaraman əyaləti, Sivas vilayəti və s.
Bolqarıstan 1363[3]-1878/1908/1913 515/545 il Sofiya vilayəti, Tuna vilayəti, Şərqi Rumeli vilayəti
Şimali Makedoniya 1371–1913 542 il Manastır əyaləti
Yunanıstan 1393/1456/1460[4] 1830[5][6] /1913 370/437/520 il Moreya-Fessaliya
Serbiya 1459–1878[7]/1913 419 il Belqrad paşalığı, Niş əyaləti
Çernoqoriya 1479–1878 399 il Qaradağ qəzası, Şkoder vilayəti, Yeni bazar sancaqlığı
Bosniya və Herseqovina 1463–1878/1908 415/445 il Bosniya əyaləti,[8][9] Herseqovina əyaləti[10]
Xorvatiya 1540–1687 147 il Bosniya əyaləti, Kanije əyaləti
Kosova (de facto) 1389–1913[11] 524 il Kosovo vilayəti
Rumıniya 1394/1538/1541–1878 484/340/337 il Valaxiya knyazlığı, Moldavia knyazlığı, Transilvaniya knyazlığı
Moldova 1538–1812 274 il Bessarabiya
Ukrayna 1478–1774 296 il Krım xanlığı, Podolye, Kazak hetmanlığı, Oçakov vilayəti
Macarıstan 1526–1686/1718 160/192 il Budin əyaləti, Kanije vilayəti, Əyri vilayəti, Timeşvar əyaləti
Slovakiya 1663–1685 22 il Uyvar vilayəti, Macarıstan krallığı
Albaniya 1385/1479–1912 527 il Şkoder vilayəti, Kosovo vilayəti, Yanya vilayəti
Dövlət Dövr Ümumi vaxt O dövrkü adı
Gürcüstan 1480–1829/1878/1918 349/398 il/1 il Çıldır əyaləti, Abxaziya, İmereti çarlığı
Ermənistan 1553–1555, 1578–1605, 1724–1736 41 il İrəvan xanlığı
Azərbaycan 1578–1604, 1724–1736 26 il Şirvanşahlar dövləti, Səfəvilər
Rusiya (Qafqaz) 1475–1829, 1918 355 il Dağıstan, Kabarda[12]
Dövlət Dövr Ümumi vaxt O dövrkü adı
İraq 1514–1918 404 il Mosul, Bağdad, Bəsrə
Suriya 1516–1918 402 il Hələb vilayəti, Suriya vilayəti
İordaniya 1516–1918 402 il Suriya vilayəti
İsrail 1516–1918 402 il Qüds sancaqlığı
Livan 1516–1918 402 il Cəbəl-i Livan sancaqlığı
Fələstin 1516–1917 401 il Qüds sancaqlığı
Küveyt 1538–1899/1913 361/375 il Küveyt qəzası, Bəsrə vilayəti
Səudiyyə Ərəbistanı 1517–1803/1811–1919 393 il Məkkə şərifliyi, Əl-Hasa vilayəti, Nəcd qəzası
Qətər 1871–1913 42 il Qətər qəzası
Bəhreyn 1534–1559, 1830–1861 56 il Bəhreyn əmirliyi
Yəmən 1538–1635/1869–1918 146 il Yəmən vilayəti
Oman[13] 1551–1552/1581–1588 8 il Maskat
Qərbi İran 1585–1603/1635–1639/1724–1730/1915–1917/1918 28 il Azərbaycan/Luristan/Əcəm İraqı
Şimali Kipr Türk Respublikası (de facto) 1571–1878/1914 307/343 yıl Kipr
Kipr 1571–1878/1914 307/343 il Kipr
Dövlət Dövr Ümumi vaxt O dövrkü adı
Misir 1517–1882/1914/1923[14] 365/397 il Misir
Liviya 1530/1551–1912 382 il Trablusqərb vilayəti-Benqazi-Fəzzan
Əlcəzair 1515–1830 315 il Əlcəzair, Fəzzan qəzası
Tunis 1512–1535 1569–1573[15] 1574–1881 307/330 il Tunis
Sudan 1517–1882/1914/1923[16] 365/397 yıl Nubiya , Darfur, Kordofan
Cənubi Sudan 1821–1914 93 il Bəhr-el Qəzəl
Eritreya 1555–1885 330 il Həbəş əyaləti
Cibuti 1555–1884 329 il Həbəş əyaləti
Somali 1554–1885 361 il Həbəş əyaləti/Sayla qəzası
Mərakeş[17][18][19][20] 1545–1549,[21][22][23] 1554, 1558-?[24][25][26] 1576–1603[26][27][28][29][30][31][32][33] 1609–1627 (Marakeş)[27][28] 1638–1654[27][28] 1792–1795 (kuzeyinde)[34] 20 il Mərakeş sultanlığı
Şərqi Mərakeş 1517–1830 313 il Əlcəzair Paşalığı
Şərqi Efiopiya[35] 1874–1882 8 il Harar əmirliyi
Nigeriya[36][37] 1875–1906 31 il Fəzzan sancaqlığı/Kavar qəzası
Çad[37][38] 1875–1912 37 il Fəzzan sancaqlığı/Rəşadə qəzası
Keniya[39][40][41][42] 1584-1589 5 il Mombasa
Uqanda[43] 1872–1882 10 il Üstüva vilayəti

Polşa krallığı

[redaktə | mənbəni redaktə et]
Polşa-Litva Birliyinin bayrağı

Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, LitvaEstoniyaBaltik dənizinə qədər genişləndirə bildi.[44] Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl üsyanlara Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu.

Qızıl Orda xanlıqları

[redaktə | mənbəni redaktə et]

Müxtəlif dövrlərdə Qazan xanlığı[45] (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512),[46] Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738)[47] Osmanlı himayəsinə keçmiş dövlətlər idi.

Mərkəzi və Cənub-Şərqi Asiya

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub.

Daxili Ərəbistan və Oman

[redaktə | mənbəni redaktə et]

Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu. Ərəbistanın qərb hissəsi Ciddədə yaşayan Osmanlı bəylərbəyləri, şərq hissəsi isə Bağdad və ya Bəsrə bəylərbəyləri, bir vaxtlar isə Ləhsə bəylərbəyləri tərəfindən idarə olunurdu. Onlar yerli əmir və şeyxləri idarə edirdilər. Bütün MəkkəHicazı tamamilə Haşimilər sülaləsindən olan Şərif adlanan idarəçilər idarə edirdilər. XVI əsrin sonundan etibarən Oman və Fars körfəzində hakimiyyətini itirdi. 1871-ci ildə Qətər əmirinin dəvəti ilə Osmanlı əsgərləri Qətərə yerləşdi və Əl-Sani ailəsi Osmanlı mahalının valisi vəzifəsini icra etməyə başladı. Lakin Osmanlı imperiyasını təsiri burada uzun müddətli olmadı. XIX əsrdə həm Misir, həm də Osmanlı qüvvələrinin Ərəbistana səfərləri ilə buradakı yerli idarəçiliklər ləğv edildi.

Mərakeş krallığı

[redaktə | mənbəni redaktə et]

Şimali Afrikadakı Mərakeş sultanlığı ilk dəfə 1553-cü ildə Osmanlı imperiyasının protektoratlığına keçdi . Vattasilər sülaləsinin devrilmiş kralı Əbu Hasunun yardım dəstəyini cavabsız qoymayan Əlcəzair valisi Salih Paşa həmin il Fəs şəhərinə girərək onu taxta oturtdu. Lakin 1554-cü ilin sentyabrında Səədi lideri Məhəmməd əl-Şeyx Fəs şəhərini geri aldı. Beləliklə, Osmanlının Mərakeşdəki protektoratlığı bir il davam etdi.

1576-cı ildə Səədi sultanı Əbdülməlik qardaşı oğlu Mərakeş kralı Məhəmməd əl-Mütəvəkkili devirmək və taxta çıxması üçün Osmanlı imperiyasından kömək istədi və hətta, Osmanlının Tunisi fəthi ilə nəticələnən ekspedisiyada da iştirak etdi (1574). Osmanlı ordusu 1576-cı ildə yenidən Fəsə daxil oldu, əl-Mütəvəkkil devirildi və Əbdülməlik taxta çıxarıldı. Beləliklə, Mərakeş yenidən Osmanlı himayəsinə keçdi.

Devrilmiş Sultan əl-Mütəvəkkil portuqalları köməyə çağırdı. Nəticədə 4 avqust 1578-ci ildə Portuqaliya kralı Sevastiao ilə əl-Mütəvəkkilin birləşmiş qoşunları ilə Əbdülməlik, Osmanlı ordusunun başa-başa gəldiyi Əl-Ksar-əl-Kəbirə döyüşü baş verdi. Müharibə nəticəsində, Portuqaliya ordusu böyük zərər gördü, Portuqaliya Donanması Tanjer sahillərində Osmanlılar tərəfindən darmadağın edildi və Osmanlı tərəfdarı olan Əhməd əl-Mənsur taxta çıxarıldı. Mərakeş 1576-cı ildən 1603-cü ilə qədər Osmanlı imperiyasının vassalı olaraq qaldı.[27][28]

Portuqaliya təhlükəsindən və daxili çəkişmələrdən qurtulan Mərakeş sultanlığı bugünkü Mavritaniya, SeneqalQambiyanı fəth etmiş, 1591-ci ildə isə Sonqay imperiyasını darmadağın edərək bugünkü Niger, MaliBurkina-Faso torpaqlarını ələ keçirmişdir. Bu dövrdə Mərakeş 1603-cü ilə qədər, hökmdarı vəfat edənə qədər Osmanlı imperiyasının vassalı idi.[27][28] Mərakeş hökmdarı 1609-cu ildən 1627-ci ilə qədər, bütün Mərakeşi idarə edən oğlu isə 1638-ci ildən 1654-cü ilə qədər Osmanlı imperiyasından vassal asılılığında oldu.[27][28]

1692-ci ildə Əlcəzair Deyi Mərakeşə müharibə elan etdi və Moulouya döyüşündə Mərakeş ordusunu tamamilə məğlub etdi. Mərakeş kralı təslim olmaq əlaməti olaraq yeri üç dəfə öpərək, Mərakeşdəki Moulouya çayına qədər uzanan Osmanlı hakimiyyətini qəbul etdi.[48][49][50] 1701-ci ildə Mərakeş kralı 50.000 əsgərlə Əlcəzairə hücum etdi, lakin Çelif döyüşündə yalnız 7.000 türk əsgəri tərəfindən məğlub edildi.[51][52]

1785-ci ildə Mərakeş kralı Osmanlı imperiyasına tabe oldu.[53]

Mərkəzi Afrika və Böyük Səhra

[redaktə | mənbəni redaktə et]

1552-ci ildə Əlcəzair valisi Salih Rəis ilk dəfə Böyük Səhraya yürüş edərək və Ouarqla və Touqqort şəhərlərini ələ keçirdi.[54] 1554-cü ildə Fəzzan bölgəsi Tripolitan vilayətinə ilhaq edildi. Turqut Rəisin valiliyi dövründə Çad və Niger torpaqlarına, həmçinin Niger və Kamerunun şimalına hakim olan Kanem-Bornu dövləti elçi göndərərək Osmanlı imperatorluğunun suverenliyini tanımasının qarşılığında əvvəlki kimi Sahara-Tripolitaniya karvan yolunun onlara açıq olmasını tələb etdi. İlk Osmanlı-Bornu əlaqələri bu şəkildə quruldu. 1555-ci ildə də müqavilə imzalandı. Bu müqavilə, həm də ticarət müqaviləsi, həm də dostluq ittifaqı müqaviləsi idi. 1574-cü ildə Sultan III Muradın dövründə Kanem Bornudan elçi heyəti İstanbula gəldi. Osmanlı imperiyası Kanem Bornudan Məkkə və Mədinəyə gedən Həcc və Ticarət yolunun təhlükəsizliyini təmin edəcəyini öhdəsinə götürdü, bunun qarşılığında isə Kanem-Bornu Şimali Sudandan gələn və Böyük Səhra vasitəsilə Şimali Afrikadakı Osmanlı limanlarına çatan qızıl yolunun təhlükəsizliyinin təminatını üzərinə götürdü. Strateji məqsədli bu ittifaq Osmanlı dövlətinin qızıl ehtiyacını Amerikanın kəşfindən sonra Avropaya gələn külli miqdarda qiymətli metallara qarşı təmin etməkdən ibarət idi. Digər tərəfdən Qərbi Afrikada nüfuz sahibi olan Portuqaliya Mərakeşin köməyi ilə Böyük Səhradan keçən qızıl yolunu qurdu.[55] 1580-ci ildə Bornu sultanı İdris Alaoma yenidən Osmanlı imperiyasına elçi göndərərək, təslim olduğunu təkrarlayaraq, odlu silahların göndərilməsini istədi. Sultanı III Murad bu gün Nigeriyada yerləşən Bornunun paytaxtı Nqazarqamuya 200 nəfərlik heyətlə tələb olunan silahları göndərdi və beləliklə, tarixdə ilk dəfə odlu silahlar Sahara daxil oldu.[56] Sultan Alaomanın bu istəyinin gerçəkləşməsi ilə XIX əsrin sonuna qədər bölgədə yeganə suveren dövlət olaraq sultanlığının sərhədlərini və Sahara ticarət yollarını genişləndirə bildi.

Sonralar Avstriya (1593–1606), Polşa (1620–21) və Səfəvi-Osmanlı müharibələri (1578–90, 1603–12, 1615–18, 1623–39), Cəlali üsyanları, həmçinin daxili problemlər Trablusqərb vilayətinin mərkəzi nəzarətdən uzaqlaşması ilə daxili mübarizələrlə məşğul Osmanlı imperiyasının bölgə ilə əlaqələrinin kəsilməsinə səbəb oldu. Fransız müstəmləkəçiliyinin Qərbi Afrikaya yayıldığı bir vaxtda Bornu da daxil olmaqla, bölgədəki digər müsəlman sultanlıqları yenə də ilə Osmanlı imperiyasından kömək istəyirdi. Lakin 1877–78-ci illər Rusiya–Osmanlı müharibəsindən sonra ordusu ciddi ziyan görən Osmanlı imperiyası diplomatik təşəbbüslərlə nəticə əldə etməyə çalışsa da, bölgənin tədricən Fransa işğalı altına düşməsinin qarşısını ala bilmədi.

Şərqi Afrikada XVI əsrin əvvəllərindən başlayaraq bölgədəki bir çox kiçik sultanlıqlar Portuqaliya təhlükəsinə qarşı Osmanlı imperiyasından yardım istəməyə başladılar. Osmanlı imperiyası 1585–1586-cı illərdə Somalidən Maputuya (Mozambik) qədər olan bölgəyə nəzarət etsə də, 1589-cu ildən sonra ərazidə üstünlük Portuqaliya ya keçdi.

Mərkəzi Afrikada, XIX əsrin II yarısında Uqandada Üstüva əyaləti quruldu. İmperiyanın nüfuzu, bu əyalətin ətrafındakı yerli sülalələrlə bağlanılan himayə müqavilələri ilə bugünkü Konqo, Mərkəzi Afrika Respublikası, RuandaBurundiyə qədər genişləndi. Bununla belə, xüsusilə Uqanda ətrafındakı sülalələr tez-tez tərəflərini dəyişərək gah Avropa, gah da Osmanlı tərəfində dururdular.

  1. Nutuk, s. 495.
  2. Mehmet İpşirli, "Beylerbeyi", İslam Ansiklopedisi, c.6, İstanbul 1992, s.69.
  3. Sedlar, Jean W., East Central Europe in the Middle Ages, 1000–1500, (University of Washington Press, 1994), 385.
  4. Osmanlı Tarihi, Lacivert Yayınları, syf:87
  5. Constantin Giurescu. Istoria Românilor. Bucureşti, 1938.
  6. Nicolae Iorga. Istoria Românilor. Bucureşti, 1934.
  7. A. J. P. Taylor (1954): The Struggle for Mastery in Europe 1914–1918, Oxford University Press, p. 253.
  8. Aličić, Ahmed S. Uređenje bosanskog ejaleta od 1789. do 1878., Orijentalni Institut u Sarajevu, Sarajevo, 1983, p 35.
  9. Šabanović, H. Bosanski pašaluk, ND BiH, Sarajevo, 1959.
  10. Dr. Lazar Tomanović, Petar Drugi Petrović — Njegoš kao vladalac, Novi Sad — Srbinje, 2004.
  11. "Arşivlenmiş kopya". 6 Nisan 2009 tarixində arxivləşdirilib.
  12. Broxur, Marie Bennixen; Avtorkhanov, Abdurahman, "The North Caucasus Barrier: The Russian Advance towards the Muslim World", C. Hurst & Co. Publishers, 1996 pp. 18–44.
  13. Ozbaran, Salih "The Ottoman response to European Expansion. Studies on Ottoman-Portuguese relations in the Indian Ocean and Ottoman administration in the Arab lands during the Sixteenth Century" xv, Analecta Isisiana XII, The Isis Press, 1994, Istanbul, Turkey
  14. "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  15. Crusaders in the Far East: The Moro Wars in the Philippines in the Context of the Ibero-Islamic World War Arxivləşdirilib 2021-06-03 at the Wayback Machine — Charles A. Truxillo Jain Publishing Company, p. 73.
  16. "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  17. "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  18. Andrew C. Hess, "The Battle of Lepanto and Its Place in Mediterranean History," in: Past and Present, No. 57. (Nov., 1972), pp. 53–73
  19. Öztuna, Yılmaz, Büyük Türkiye Tarihi, cilt 4/14 (De grote geschiedenis van Turkije; deel 4 van 14), İstanbul 1983, pp. 343–357.
  20. Kingross, Lord, "The Ottoman Centuries", New York 2002, pp. 273–277.
  21. Jamil M. Abun-Nasr (20 August 1987). A History of the Maghrib in the Islamic Period. Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine Cambridge University Press. p. 156. ISBN 978-0-521-33767-0.
  22. Ahmad Al-Mansur: Islamic Visionary Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine — p. 11 Richard Lee Smith Pearson Longman,
  23. The Last Great Muslim Empires Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine. p. 103. By H. J. Kissling, Bertold Spuler, N. Barbour, J. S. Trimingham, H. Braun, H. Hartel
  24. La bataille de l'Oued el-Makhâzen: dite bataille des Trois Rois Arxivləşdirilib 2021-06-29 at the Wayback Machine (4 aout 1578)‬. P.196. Pierre Berthier‬. Editions du Centre national de la recherche scientifique
  25. al-Ḥayāh al-iqtiṣādīyah lil-wilāyāt al-ʻArabīyah wa-maṣādir wathāʼiqihā fī al-ʻahd al-ʻUthmānī, Volume 3. P.107.‬ ‪Markaz al-Dirāsāt wa-al-Buḥūth ʻan al-Wilāyāt al-ʻArabīyah fī al-ʻAhd al-ʻUthmānī,‬
  26. 1 2 مجلة التاريخية المغربية Issues 37–40‬‪ Imprimerie de l'UGTT.
  27. 1 2 3 4 5 6 Öztuna, Yılmaz. ‪Bașlangıcından zamanımıza kadar Türkiye tarihi, Volume 7 Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine‬.
  28. 1 2 3 4 5 6 Öztuna, Yılmaz. Sultan Genç Osman ve Sultan IV. Murad Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine.
  29. Les Sources inédites de l'histoire du Maroc de 1530 à 1845 Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. E. Leroux.
  30. La bataille de l'Oued el-Makhâzen: dite bataille des Trois Rois Arxivləşdirilib 2021-06-28 at the Wayback Machine (4 aout 1578)‬. Pierre Berthier‬. Editions du Centre national de la recherche scientifique.
  31. al-Ḥayāh al-iqtiṣādīyah lil-wilāyāt al-ʻArabīyah wa-maṣādir wathāʼiqihā fī al-ʻahd al-ʻUthmānī, Volume 3. P.119.‬ ‪Markaz al-Dirāsāt wa-al-Buḥūth ʻan al-Wilāyāt al-ʻArabīyah fī al-ʻAhd al-ʻUthmānī,‬
  32. Barletta, Vincent. Death in Babylon: Alexander the Great and Iberian Empire in the Muslim Orient: Pages 82 and 104 (İngilizce). ISBN 978-0-226-03739-4. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  33. "Langues et littératures, Volume 1Faculté des lettres et des sciences humaines". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  34. Morocco in the Reign of Mawlay Sulayman Arxivləşdirilib 2021-05-15 at the Wayback Machine — Mohamed El Mansour Middle East & North African Studies Press, 1990 — Morocco — 248 pages: Pg 104
  35. "Osmanlı Devleti’nin Müslüman Harar Emirliğiyle Münasebetleri ve Hristiyan Habeşistan (Etiyopya) İmparatorluğu İle Yakınlaşmasına Etkisi", Pax Ottomana Studies in Memoriam Prof. Dr. Nejat GÖYÜNÇ, Sota-Yeni Türkiye Yayınları, Haarlem-Ankara 2001, s.443–464
  36. Kavas, Büyük Sahra’da Gat Kazasının Kurulması ve Osmanlı Tevarik Münasebetleri", İslam Araştırmaları Dergisi, 3, 171–196 (1999)
  37. 1 2 Kavas, "Osmanlı-Tîbû Münasebetleri: Büyük Sahra’da Reşâde (Çad) ve Kavar (Nijer) Kazalarının Kurulması", İslam Araştırmaları Dergisi, 4, 69–104 (2000)
  38. Triaud, Jean-Louis, "La légende noire de la Sanûsiyya", Editions de la Maison de sciences de l'homme, Paris, pp. 721–735)
  39. Inalcik, Halil An Economic And Social History Of The Ottoman Empire, Vol 1 1300–1600 pp. 331
  40. Parry, Vernon J., Cook, M. A., A History of the Ottoman Empire to 1730 Cambridge University Press, pp. 122
  41. Casale, Giancarlo, "A Caliph, a Canal, and twenty thousand Cannibals: Global Politics in the 1580s", Journal of World History — Volume 18, Number 3, September 2007, pp. 267–296
  42. Braudel, Fernand, "The Mediterranean and the Mediterranean World in the Age of Philip II", University of California Press, July 1996, Volume II"
  43. "Slave trade in the Sudan in the nineteenth century and its suppression in the years 1877-80". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  44. Wawrzyniak, Krzyzstof Ottoman-Polish Diplomatic Relations in the Sixteenth Century, The Institute of Economics and Social Sciences of Bilkent University, Ankara, June 2003
  45. Genç, Yusuf İhsan, Başbakanlık Osmanlı Devlet Arşivleri Genel Müdirlüğü; Ankara, 2005
  46. Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar: İslam Devletleri", Cilt 1, Kültür Bakanlığı Yayınla"Devletler ve Hanedanlar: İslam Devletleri", Cilt 1, Kültür Bakanlığı Yayınları, Ankara 1996, pp. 551–552
  47. Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar: İslam Devletleri", Cilt 1, Kültür Bakanlığı Yayınları, Ankara 1996, pp. 554
  48. Galibert, Léon. (fransız). Furne. 1854 https://books.google.com/books?id=SySI7h2W95kC&dq=24%2C000+fantassins+et+20%2C000+chevaux&pg=PA234 (#bare_url_missing_title). (#archive_missing_date) tarixində arxivləşdirilib.
  49. Tableau de la situation des établissements Français dans l'Algérie: précédé de l'exposé des motifs et du projet de loi portant demande de crédits extraordinaires au titre de l'exercice 1838. ... en 1841 (fransız). Impr. Royale. 1842. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  50. Oujda, une ville frontière du Maroc, 1907–1956: mutations, relations et ruptures de sociétés en milieu colonial Arxivləşdirilib 2022-03-14 at the Wayback Machine. Yvette Katan. Editions La Porte.
  51. Galibert, Léon. L Algérie ancienne et moderne: depuis les temps les plus reculés jusqu'à nos jours comprenant le bombardement de Tanger, la prise de Mogador, la bataille d'Isly et le glorieux combat de Djemma-Gazouat (fransız). Furne et Cie. 1846. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  52. Revue africaine: journal des travaux de la société historique algérienne, Volume 31 Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. Kraus Reprint. "Les algériens ont remporté un • grand butin de tout espèce , une quantité considérable de chevaux " et de prisonniers , 3,000 têtes de simples soldats et 50 de capitaines"
  53. Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi, Volume 14 Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine‬. Yılmaz Öztuna‬.
  54. Jean-Paul Roux, "L'Afrique du Nord ottomane", Novembre 2002, Clio Bibliothèque en ligne
  55. Hazar, Numan, "Türkiye'nin Afrika'ya Açılımı" Stratejik Analiz, Temmuz 2008, pp. 21
  56. Bahl, Taru, "Encyclopaedia of the Muslim World", Anmol Publications (2004), pp. 56
  • Ahmet Akgündüz, Bilinmeyen Osmanlı, İstanbul 1999,
  • Ahmet Kavas, Geçmişten Günümüze Afrika, İstanbul 2005,
  • Ahmet Kavas, Osmanlı-Afrika İlişkileri, TASAM Yayınları, İstanbul 2006,
  • Hatice Uğur, Osmanlı Afrikası'nda Bir Sultanlık: Zengibar, İstanbul: Küre Yayınları, 2005. Bağlantı
  • Türkiye Gazetesi, Osmanlı İmparatorluğu Ansiklopedisi
  • 1970 Hayat Ansiklopedisi
  • Erhan Afyoncu, Sorularla Osmanlı İmparatorluğu
  • İlber Ortaylı, Osmanlılar
  • Ahmet Kavas'ın eserlerinden:
    • Osmanlı Devleti’nin Afrika Kıtasında Hakimiyeti ve Nüfuzu", Yeni Türkiye Dergisi Osmanlı Özel Sayısı, I, 421–430 (2000). Aynı makalenin İngilizce tercümesi. "The Dominance and Influence of the Ottoman Empire on the African Continent", The Great Ottoman, Turkish Civilisation, Ankara 2000, I, s.248–258.
    • "Osmanlı Devleti’nin Müslüman Harar Emirliğiyle Münasebetleri ve Hristiyan Habeşistan (Etiyopya) İmparatorluğu İle Yakınlaşmasına Etkisi", Pax Ottomana Studies in Memoriam Prof. Dr. Nejat GÖYÜNÇ, Sota-Yeni Türkiye Yayınları, Haarlem-Ankara 2001, s.443–464.
    • "Büyük Sahra’da Gat Kazasının Kurulması ve Osmanlı Tevarik Münasebetleri", İslam Araştırmaları Dergisi, 3, 171–196 (1999).
    • "Osmanlı-Tîbû Münasebetleri: Büyük Sahra’da Reşâde (Çad) ve Kavar (Nijer) Kazalarının Kurulması", İslam Araştırmaları Dergisi, 4, 69–104 (2000).
    • "Fransa’nın Kuzey ve Bati Afrika’da Uyguladığı İslam Siyaseti: Sultan Reşad’ın Yayınladığı Cihad Çağrısının Reddi Meselesi", Dini Araştırmalar, 6, 23–50 (Nisan 2000).
    • "Afrika’nın Sömürgeleştirilmesi Öncesinde Rabih b. Fazlullah’ın Kurduğu Son Biladu’s-Sudan Devleti ve Fransa’yla Mücadelesi", Osmanlı Araştırmaları, XX, 9–35, (2000).
    • "Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti: Kuzey Somali’de Zeyla İskelesinin Konumu (1265–1334/1849–1916), İslam Araştırmaları Dergisi, sayı: 5, 2001, s.109–134.
    • "Türk Akademik Araştırmalarında Fakir Bir Alan: Osmanlı Afrikası", Türkiye Araştırmaları Literatür Dergisi (Talid), Cilt:1, Sayı: 2, 2003, Bilim ve Sanat Vakfı Türkiye Araştırmaları Merkezi, İstanbul, s.513–528.
    • "Osmanlı Devleti’nin Kuzey Afrika’da Yerli Halkla Münasebetleri", Osmanlı Dünyasında Bilim ve Eğitim Milletlerarası Kongresi, İstanbul, 12–15 Nisan 1999.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]