Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. == Memarlıq == Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. == Külliyə == Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Nivli (Urmiya)
Nivli (fars. نيولو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (61 ailə).
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Cinli
Cinli (Ağdam)
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq. দীপাবলি, yap.
Limli
Limli (Şərqi Azərbaycan) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənd. Limli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Billi Ayliş
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — Amerikalı müğənni-bəstəkar. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il ​​o, Ceyms Bond filmi "No Time to Die" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Billi Kid
Billy the Kid - (azərb. Uşaq Billi‎) XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Billi Makkreken
Billi Makkreken - XX əsrin ilk rübünün Şimali İrlandiyalı futbolçusu. 1902-ci ildən 1925-ci ilədək "yukasl" və Şimali İrlandiya yığma komandasında oynamış mərkəz müdafiəçisi. Bu hiyləgər taktik süni "oyundan kənar" vəziyyət yaratmağın banisi ("bir müdafiəçi ilə oyun" adını almış taktiki kələk) və üç oyunçuya görə "oyundan kənar" vəziyyəti müəyyənləşdirən köhnə qaydanın 1925-ci ildə dəyişilməsinin əsas günahkarı olmuşdur.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billi Milliqan
Uilyam Stenli Milliqan (14 fevral 1955 – 12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar. Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi. Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı. == Uşaqlıq illəri == Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib. Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu. Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.
Billi Uaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Billi Uaytlou
Billi Uaytlou (ing. Billie Honor Whitelaw; 6 iyun 1932[…], Koventri, Uest-Midlends[d] – 21 dekabr 2014[…], Nortvud[d], Hillinqdon[d]) — britaniyalı aktrisa. == Həyatı və yaradıcılığı == Billi Uaytlou 6 iyun 1932-ci ildə İngiltərənin Koventri şəhərində anadan olmuşdur. Aktrisalıq fəaliyyətinə teatrda başlayan Billi Uaytlou məşhur irland dramaturqu Samuel Bekketin yazdığı pyeslərdəki obrazları canlandırmışdır."The Omen" (azərb. "İşarə"‎, 1976) və "Krey brother" (azərb. "Krey qardaşları"‎, 1990) filmləri ilə şöhrət tapmışdır.Aktrisa 21 dekabr 2014-cü ildə 82 yaşında vəfat etmişdir. == Mükafatları == Yüksək aktrisalıq bacarığına görə 1991-ci ildə "Britaniya İmperatoru" nişanına layiq görülmüşdür.
Billi Uilan
Billi Oqastin Uilan (ing. William Augustine Whelan; 1 aprel 1935, Dublin, İrlandiya – 6 fevral 1958, Münhen), Billi Uilan (ing. Billy Whelan) və ya Liam Uilan (ing. Liam Whelan) kimi də tanınır ― İrlandiya futbolçusu və "Mançester Yunayted"in Münhen aviasiya qəzasında həlak olan səkkiz oyunçudan biri. Öldüyü vaxt onun 22 yaşı var idi. Uilan Dublin şəhərində anadan olmuşdur. O, valdeyinləri Con və Elizabet Uilanın yeddi uşağından biri idi. Billi Uilan səkkiz yaşında olarkən onun atası vəfat etmişdir. == Klub karyerası == 1953-cü ildə 18 yaşında "Mançester Yunayted"ə qoşulmazdan əvvəl karyerasına "Houm Farm"da başladı. İrlandiya Respublikası millisinin heyətində dörd dəfə forma geyinsə də, qol vura bilmədi.
Billi Vaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tivoli
Tivoli — İtaliyanın Latsio regionunda şəhər.
Bidli (Əhər)
Bidli (fars. بيدلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (8 ailə).
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru.Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Cinli (Ağdam)
Cinli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Ciqli mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Çiğli
Çiğli (türk. Çiğli) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Menemen, şərqində Qarşıyaxa ilçələri, cənubunda və qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 139 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 200,211 nəfərdir.
Çığlı
Çığlı (Miyanə)
Şidli
Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd. == Tarixi == Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdirM. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir. Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Şişli
Şişli — İstanbul ilinin ilçəsi. 25 məhəlləsi olan Şişli, şərqdə Beşiktaş, şimal və qərbdə Kağıthanə və cənubda Bəyoğlu ilə həmsərhəddir. Sahili olmayan Şişli ilçəsində bir çox tarixi abidələr, iş yerləri, müasir ticarət mərkəzləri, mədəniyyət və incəsənət mərkəzləri var. 1954-cü ildə bir ilçə statusu qazanan Şişli, 1987-ci ildə Kağıthanənin ilçə statusu alması ilə iki yerə ayrıldı. Şimaldakı Ayazağa, Maslak və Huzur məhəllələri çoxluq təşkil edir, geridə qalan digər bölgələr ayrıca bir topluluq meydana gətirdi. Böyükdərə prospekti ilə əlaqəli olan bu iki məhəllədən biri, 2012-ci ildə Şişlidən ayrılmış, Sarıyerə bağlanmışdır. == Etimologiya == Şişlinin, o dövrdə şüşə ilə məşğul olan bir ailəyə aid olduğu və Şişlilər Köşkünün adına çevrildiyi və Şişli xalqının malikanəsindən çıxdığı haqqında bir şayiə var. Digər bir şayiə, Şişli adının hündürlüyü olan bir bölgədəki Bəyoğlu yaylasının topoqrafik ərazisindən çıxmasıdır. == Tarixçə == === Osmanlı dövrü === Rayonun ən qədim məhəlləsi olan Tatavlanın (Kurtuluş) XVI əsrdə qurulduğu iddia edilir. Eremya Çelebi Kömürcüyanın sözlərinə görə, XVII əsrdə Taksimdən Pangaltıya gedən yolun hər iki tərəfindəki qəbiristanlıqlar; 18-ci əsrdə Şişli və Mecidiyeköy bölgələrindən üzüm bağları və bağlar var idi.
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir.
Bavlı rayonu
Bavlı rayonu (tatar. Баулы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Bavlı şəhəridir. == Coğrafiyası == Qərbdən Buqulma rayonu, şimaldan Yutazinski rayonu ilə, şərqdən Başqırdıstan Respublikası ilə (Şaran, Tuymazı rayonları, Oktyabrski şəhər rayonu), Orenburq vilayəti (Severnı və Abdulinski rayonları) ilə həmsərhəddir. Rayonda əsasən qara və karbonatlı torpaqlar yayılmışdır. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Samara əyalətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna daxil olur. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati bir qurumu olaraq rayon 10 avqust 1930-cu ildə qurulmuşdur. 4 yanvar 1963-cü ildə Bavlı rayonunun ərazisi Buqulma rayonuna daxil edilir. 12 yanvar 1965-ci ildə Bavlı rayonu yenidən qurulur.