YASLI


1. Yaxın adamının ölümü münasibətilə yas saxlayan, matəm tutan; matəm əlaməti olaraq qara geyinmiş. Yaslı adam.
– Yaslıyam, baş bağlaram; Yuyaram, yaş bağlaram; Tay-tuşunu görəndə; Bağrıma daş bağlaram. (Bayatı).
Yaslı gəlinlərin, yaslı qızların; Ahından əridi dağların qarı. S.Vurğun.

2. məc. Qəmli, kədərli, ələmli.
Ərməğanım yaslı nəğmə; Bir quş oldum, çıxdım yola. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YASLI kədərli — qəmli — ələmli
  • YASLI matəmli
YASLATMAQ
YASLILIQ

Digər lüğətlərdə