Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çovurar
Çovurar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çovrurah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Tufanlı Yoxuşlar
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. == Məzmunu == Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Adi yovşan
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Azçiçəkli yovşan
Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır.
Ağ yovşan
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir. == Ekologiyası == Qumlu təpəciklərdə rast gəlinir.
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Bütövyarpaq yovşan
Bütövyarpaq yovşan (lat. Artemisia integrifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. == Botaniki təsviri == Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Müalicəvi yovşan
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır. == Botaniki təsviri == Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.
Pürən yovşan
Pürən yovşan (lat. Artemisia scoparia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == 30-70 sm hündürlüyündə çox budaqlı dik qalxan quraqlığa davamlı çoxillik yanmkol bitkisidir. Kökü çox da yoğun olmayıb torpaqda aşağıya şaquli enən xüsusiyyətə malikdir. Cavan yarpaqlan boz rəngli olub yumşaq tüklüdür. Çiçək yanlığı kiçik səbətçiklidir və qısa saplaqda yerləşmiş, şaquli durumludurlar, süpürgələri piramida formasında olur. Duza və quraqlığa davamlı olub, qumlu-qumsal torpaqlarda yaxşı bitir. Əlverişli torpaq-iqlim şəraitində 1 nrr sahədə 5-10 ədəd çoxbudaqlı kol əmələ gətirə bilirlər. Avqust-sentyabr aylarında çiçəkləyir, oktyabr-noyabr aylarında meyvə verir. Abşeronun rekultivasiya olunmuş torpaqlarında yaxşı inkişaf edib cəngəllik əmələ gətirə bilir.
Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Şoranvari yovşan
Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir. == Ekologiyası == Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.
Ayrıldıq ki, qovuşaq
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Ovşar karvansarası
Ovşar və ya Əfşar karvansarası XVI–XVIII əsrlərə aid abidə. == Memarlıq xüsusiyyətləri == Cənubi Qafqazdakı türk memarlığına xas binalarda olduğu kimi ikinci mərtəbənin eyvanları daxili həyətə baxır. Karvansaranın birinci mərtəbəsində mətbəx və yardımçı otaqlar, atelye və anbarlar yerləşirdi. Həyətlər isə, əsasən, düzbucaqlı formada olurdu. Karvansaranın ikinci mərtəbəsinə giriş həyətin kənarlarındakı pilləkənlərdən idi. Dövrümüzdə karvansaranın yerində (Mesrop Maştots prospektində) qapalı bazar inşa olunmuşdur.
Bovuar-an-Ruayan
Bovuar-an-Ruayan (fr. Beauvoir-en-Royans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38036. Kommunanın 2012-ci il üçün əhalisi 82 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 606 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan km cənub-şərqdə, Qrenobldan 32 km qərbdə yerləşir.
Bovuar-de-Mark
Bovuar-de-Mark (fr. Beauvoir-de-Marc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38035. Kommunanın 1999-cu il üçün əhalisi 1064 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 306 ilə 456 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Simona de Bovuar
Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar (fr. Simone Lucie Ernestine Marie Bertrand de Beauvoir; 9 yanvar 1908, Parisin 6-cı rayonu[d] – 14 aprel 1986, 14-cü Paris dairəsi[d] və ya Paris) — fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi. O, özünü filosof hesab etməsə də, onun həm feminist eksistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. O, 1949-cu ildə yazdığı, qadın əsarəti və müasir feminizmin əsas elmi şərhinin ətrafli analizini verdiyi "İkinci Cins" elmi əsəri ilə yanaşı "O Qalmağa gəldi" və ”Mandarinlər" romanı da daxil olmaqla ən çox öz romanları ilə məşhurlaşmışdı. = Həyatının ilk illəri = Simona De Bovuar Parisdə, bir vaxtlar aktyorluğa can atan hüquq müdafiəçisi Corc Bertrand Bovuarın və atası varlı bankir və hörmətli katolik olan Fransuaz ne Brasörün ailəsində dünyaya gəlib. Simonanın bacısı Helen ondan iki il sonra doğulub. I Dünya Müharibəsindən sonra qısa müddət ərzində öz var-dövlətlərinin böyük bir hissəsini itirdiyindən, ailə öz burjua statuslarını qoruyub saxlamaq üçün mubarizə aparırdı, və Fransauz hər iki qızının nüfuzlu qadın monastır məktəbinə göndərilməsini təkid edirdi. Bovuar özü bir uşaq kimi həddən artıq dindar idi. Bir ara rahibə də olmaq istəyirdi, amma 14 yaşında bütün inamı alt-üst oldu ki, bunun nəticəsində də ömrünün qalanını bir ateist kimi yaşadı.
Humza Yousaf
Humza Yousaf — Şotlandiyanın 6-cı baş (birinci) naziri. == Həyatı == Pakistandan olan atası ilə Keniyadan olan anası Qlazqoda tanış olmuşlar. Qlazqo Universitetinin siyasət ixtisası üzrə təhsil alıb. === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Ailəlidir. Seltik klubunun sadiq azarkeşidir.
Movsar Barayev
Movsar Barayev (26 oktyabr 1979, Arqun, Çeçen-İnquş MSSR – 26 oktyabr 2002, Moskva) — Çeçen səhra komandiri, terrorçu, Çeçenistandakı separatçı hərəkatın fəal iştirakçısı, Çeçen İçkeriya Respublikasının silahlı birləşmələrində İslam Xüsusi Təyinatlı Alay komandiri vəzifəsini icra edən şəxs. Arbi Barayevin qardaşı oğlu olmuşdur. 2002-ci ilin oktyabrında Moskvada Dubrovka Teatr Mərkəzinin binasında girov götürülməsi ilə əlaqədar məşhurlaşmışdır. == Bioqrafiyası == 26 oktyabr 1979-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olubmuşdur. Atası Buxari Süleymanov, anası Larisa Baraevadır. Movsarın bir qardaşı və Raisa, Fatimə adlı bacıları olmuşdur. On səkkiz yaşından etibarən separatçıların silahlı birləşmələrində iştirak edir, əmisi Arbi Barayevin əmr etdiyi İslam Xüsusi Təyinatlı Alayda xidmət edir. Sonradan Arbinin şəxsi mühafizəçisi olur. 1998-ci ilin yayında Şəriət Mühafizəsi tərəfində Əbdül-Malik Mecidov Qudermesdəki toqquşmalarda iştirak edir. Bu döyüşdə yaralanır.
Movsar Minçayev
Movsar Tahiroviç Minçayev ( çeç. Минцаев, Мовсар ТӀахӀирович; 8 aprel 1952, Qaraqanda) — opera və estrada müğənnisi, bas, müəllim, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, Rusiyanın əməkdar artisti, Soçidə estrada mahnı müsabiqəsinin laureatı (1980), Mixail Qlinka müsabiqə (1982), Rio-de-Janeyroda Eytor Villa-Lobos müsabiqə (1983), Şalyapin adına Beynəlxalq müsabiqə (1993) laureatı. == Həyatı == 8 aprel 1952-ci ildə Qazaxıstan SSR-də Karaqandada anadan olub. Çaykovski adına konservatoriyada təhsil alıb. Hələ tələbə ikən Pyotr Çaykovskinin "İolantası"nda Robertin, Volfqanq Amadey Motsartın "Fiqaronun toyu"da Fiqaro rollarını Gennadi Rojdestvenskinin rəhbərliyi altında ifa etmişdir. 1979-cu ildə Qlinka adına Ümumittifaq Müsabiqəsinin qalibi olmuş və tamaşaçılardan ən yüksək mükafatı almışdır. Klassik musiqi ilə yanaşı Movsar Minçayev estrada səhnəsində də çıxış edirdi. Təhsil aldığı müddətdə gənc bəstəkar Əli Dimayevlə tanış oldu. İşbirliyinin nəticəsi "Qara Burka", "Dostlara" mahnıları idi. Bəstəkar Aleksey Majukovun "Məhəbbət naminə", "Yaşıl alaqaranlıq" mahnılarını ilk dəfə Minçayev ifa etmişdir.
Ayrıldıq ki, qovuşaq (film, 2013)
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Ağ və ya qumlu yovşan