Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. == Etimologiyası == "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. == İkinci yurd == "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. == Yurdun təsviri == Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. == Həmçinin bax == İlk vətən Qohumluq münasibətləri Ana dili == İstinadlar == == Əlavə ədəbiyyat == Андерсон Б. Воображаемые сообщества.
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Yurd (dəqiqləşdirmə)
Yurd — İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən.
Yurd (jurnal)
"Yurd" (jurnal) — türkmənlərin ilk rəsmi mətbu orqanı. == Məlumat == 1970-ci il yanvarın 24-ü türkmənların mədəniyyət hüquqlarının fonunda türkmən dilində fəaliyyətə başlayan “Yurd” jurnalının meydana gəlməsi türkmən mətbuatının inkişafı üçün vacib addım oldu. 1972-ci il iyunun 18-də işıq üzü görmüş “Yurd” jurnalı türkmənların ilk rəsmi mətbu orqanı olması ilə yanaşı, İraq-türkmən mədəniyyəti, ədəbiyyatının yaşamasına və inkişafına öncüllük etmişdir. Otuz üç il fəaliyyət göstərmiş “Yurd” jurnalı İraqın əvvəlki qəzet və jurnalları kimi Amerika işğalından sonra bağlanıb. Jurnalın son sayı 2003-cü il martın 15-də işıq üzü görüb.
Yurd (qəzet)
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet. == Məlumat == Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib. Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
Yurd iyesi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. == Şəhər iyəsi == Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd iyəsi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. == Şəhər iyəsi == Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Odlu Yurd (jurnal)
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. == Haqqında == 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. == Haqqında == 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Sarıbulaq yurd yeri
Sarıbulaq yurd yeri — Şərur rayonunda eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində divar qalığı aşkara çıxarılmışdır. Ərazidən bir neçə təndir qalığı, saxsı qablar və digər maddi mədəniyyət nümunələri də tapılmışdır. Əldə olunmuş materiallara əsasən, yurd yerinin IX–XVIII əsrlərə aid olması ehtimal edilir.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Yurd-Ayxov məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Alxan-Yurd cümə məscidi
Məhəməd Bəşir Hacı Arsunkayev adına Alxan-Yurd cümə məscidi (çeç. Iалхан-Юрт маьждиг Мохьмад-Башир-хьажин цӀарах дина) — Çeçenistan Respublikası Urus-Martan rayonu, Alxan-Yurd kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Çeçenistan Respublikasının ilk müftisi Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. == Tarixi == 1883-cü ildə Alxan-Yurt kəndində əsas Cümə məscidi olan 7 məscid və 6 məhəllə məscidi fəaliyyət göstərirdi.. Lakin Sovet hakimiyyəti illərində bütün məscidlər bağlanmış və yaxud dağıdılmışdı. Alxan-Yurd cümə məscidi alim və ilahiyyatçı Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. Maqomed-Bəşir-Hacı Çeçenistan Respublikasının ilk müftisi olmuşdur. == Tikintisi == Müsəlman ziyarətgahının inşası layihəsinin müəllifi Qroznı şəhərinin baş arxitektoru Balaudi Maqomadov olub. Məscidin inşasına 2008-ci ildə başlanmışdır. Lakin 2009-cu ildə çeçen iş adamı Adam Albakovun məscidin inşasına maliyyə dəstəyi göstərməsi ilə işlər daha da canlanmışdır.Məscidin inşasında neft sənayeçisi Mixail Qutseriyev böyük köməklik göstərmişdir.
Azərbaycan Yurd Bilgisi (jurnal)
Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən “Azərbaycan Yurd Bilgisi”nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir. "Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur. == Tarixi == İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. Son çıxan nömrələr 35-36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi.
Ulu yurd (film, 1990)
== Məzmun == Film Azərbaycan Respublikasının Balakən bölgəsinin tarixindən, bu günündən bəhs edir.
Yurd yeri (film, 1994)
== Məzmun == Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar. Lakin Mahal kişi doğma torpağını tərk etmək istəməyəndə işlər daha da çətinləşir...
Yurd yeri (film, 1997)
== Məzmun == Mahal kişi (Kamal Xudaverdiyev) artıq öz yurd yerindən didərgin düşmüş və çadır şəhərciyində məskunlaşmışdır. Ermənilərin torpaqlarımızda tikanlı məftillərdən sərhəd çəkməsi xəbəri onu rahat qoymur və Bakıya yollanır ki, bu məsələni qaldırsın. Lakin şəhərdə ona məhəl qoyan olmur...
Çoçi Yurd cümə məscidi
Maqomed Mitayev adına Çoçi Yurd cümə məscidi (çeç. Цоцин-Эвлахь Мохьмад Митаев цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu Çoçi Yurd kəndində əsas cümə məscidi. Məscid eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün nəzərdə tutulmuşdur. == Tarixi == 1883-cü ilə qədər Çoçi Yurd kəndində 9 məscid, o cümlədən, əsas Cümə məscidi və 8 məhəllə məscidi fəaliyyət göstərirdi.Çoçi-Yurd cümə məscidi məşhur çeçen din xadimi Bamat Giray Hacının nəvəsi — Maqomed Mitayevin adını daşıyır. Məscidin tikintisinə 2009-cu ilin mayında başlanılıb. Onun inşa layihəsi Hacı Əhməd Kadırov adına Regional İctimai Fondu tərəfindən maliyyələşdirilib. 2010-cu il noyabrın 16-da məscidin təntənəli açılışı olub. Açılışda yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edib. Həmçinin rəsmi tədbirə xarici ölkələrdən qonaqlar da dəvət olunub. == Təsviri == Məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığı və Bizans üslubunu birləşdirir.
Yurd yeri-2 (film, 1997)
== Məzmun == Mahal kişi (Kamal Xudaverdiyev) artıq öz yurd yerindən didərgin düşmüş və çadır şəhərciyində məskunlaşmışdır. Ermənilərin torpaqlarımızda tikanlı məftillərdən sərhəd çəkməsi xəbəri onu rahat qoymur və Bakıya yollanır ki, bu məsələni qaldırsın. Lakin şəhərdə ona məhəl qoyan olmur...
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur. Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib.
Zemestan Yurd kömür mədəni qəzası (2017)
Zemestan Yurd kömür mədəni qəzası (fars. معدن زغال سنگ زمستان یورت آزادشهر‎) — İran İslam Respublikasının Gülüstan ostanının Azadşəhr şəhristanınında yerləşən Zemestan Yurd kömür mədənində 2017-ci ilin 3 may tarixində baş vermiş partlayış. Hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa metan qazının sızması və qığılcımın səbəb olduğu bildirilir. Azadşəhr şəhristanındakı Zemestan Yurt daş kömür mədəni Gülüstan ostanının mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.Hadisə nəticəsində 35 nəfərə yaxın mədənçinin həlak olduğu və 15 nəfərə yaxın mədənçinin dağıntılar altında qaldığı bildirilir. Ərazidə axtarış və xilasetmə tədbirləri İran qırmızı aypara cəmiyyətinin Axtarma və xilasetmə şöbəsi tərəfindən aparılır. İran İslam Respublikasının prezidenti Həsən Ruhani partlayışdan sonra hadisənin baş verdiyi mədəni ziyarət edib.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Taxıc yuvası
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Kurd
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Yura
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. == Bölgülər == Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Yuri
Yuri — Rus adı. Yuri Andropov — SSRİ-nin dövlət və partiya xadimi. Yuri Başmet — dirijor. Yuri Daniloçkin — Belaruslu dağ-xizək idmançısı. Yuri Fidler — şair-tərcüməçi. Yuri Osipov — Rusiya riyaziyyatçısı və mexaniki. Yuri Pompeyev — mədəniyyətşünas. Yuri Xaçaturov — general-polkovnik. Yuri Karyakin — Sovet və Rusiya ədəbiyyatşünası. Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. == Tarixi == Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Qartal yuvası (film)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. == Məzmunu == Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. == Çəkiliş yerləri == Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Yura, Yura sistemi (Dövr)
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. == Bölgülər == Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Abdulla Kürd
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl vilayəti – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Yivsiz silah
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.