Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuvarlanan hörümçək
Yuvarlanan hörümçək (lat. Carparachne aureoflava) — Cənubi Afrikada yerləşən Namib səhrasında yaşayan hörümçək. Əsas düşməni öz neştəri ilə onu iflic edən, daha sonra bədəninə sürfəsini yerləşdirən yol arısıdır. Hörümçəklər özlərini müdafiə etmək üçün torpaqda dərin yuva qazırlar, əgər həşərat onun yerini aşkar edirsə, hörümçək dərhal böyrü üstə duraraq üzüaşağı, qum təpələri boyunca, sanki, təkər kimi yuvarlanmağa başlayır. Sürətini 1 m/s qədər gücləndirərək, saniyədə 44 dövriyyə vurur.
Yuvarlanan ildırım əməliyyatı
"Yuvarlanan ildırım" əməliyyatı (ing. Rolling Thunder) — Vyetnam müharibəsi zamanı ABŞ təyyarələri tərəfindən Vyetnam Demokratik Respublikasına (VDR) qarşı bombardman kampaniyasının kod adı. "Yuvarlanan ildırım" əməliyyatı 2 mart 1965-ci ildən 31 oktyabr 1968-ci ilə qədər Lindon Consonun prezidentliyi dövründə həyata keçirilmişdir. Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri ən uzunmüddətli bombardman kampaniyası olmuşdur . 29 oktyabr 1964-cü ildə Birləşmiş Ştatlar Prezidentinin müşaviri Vilyam P. Bandi Vyetnamın cənubunda Vyetkonqun bu və ya digər böyük hərəkətinə cavab olaraq, ABŞ Hind-Sakit okean Komandanlığı tərəfindən Şimali Vyetnam ərazisindəki hədəflərə kütləvi zərbələr endirməyi təklif etmişdi. 18 noyabr 1964-cü ildə Amerikanın "F-100" və "T-28" təyyarələri Laosun hava məkanından Şimali Vyetnamın hava məkanını zəbt edərək Kuanqbin vilayətinin rayonlarından birinə hücum etmişdir. 27 noyabr 1964-cü ildə SSRİ-nin ABŞ-nin hərəkətlərini Şimali Vyetnamın suverenliyinə kobud qəsd kimi qiymətləndirdiyi "TASS" hesabatı dərc olunmuşdur. 1965-ci il yanvarın sonunda Birləşmiş Qərargah Rəisləri "Alovlanan nizə" adlı proqram çərçivəsində hava hücumları üçün hədəflərin siyahısını təqdim etmişdir. 1965-ci il fevralın 6-dan 7-nə keçən gecə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin (CVMAC) qüvvələri Pleyku yaxınlığındakı ABŞ aerodromuna və ondan yeddi kilometr aralıda yerləşən Kemp-Holloveydəki vertolyot bazasına hücum etmişdir. Bu zaman 137 amerikalı yaralanmış, 9-u həlak olmuş, 16 helikopter də sıradan çıxmışdır.