XUMARLANMAQ

f.
1. Keflənmək, nəşələnmək, məst olmaq.
// Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi.
Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov.
Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. B.Vahabzadə.

2. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq.
[Yaşlı kişi:] Uzandığım krovatda xumarlanırdım. S.Hüseyn.
Bu dadlı laylalardan balaca [qız] xumarlanıb şirin yuxuya getdi. S.S.Axundov.
[Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi. M.Hüseyn.

// Məc. mənada.
Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı. S.Vurğun.
Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü. M.İbrahimov.
…Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUMARLANMAQ keflənmək — nəşələnmək — dəmlənmək
  • XUMARLANMAQ oxşamaq — nazlanmaq — əzizlənmək
XUMARLANMA
XUMARLIQ

Digər lüğətlərdə