Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Köhnə tüfəng
"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir. 1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir. Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır.
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Tank əleyhinə tüfəng
Tank əleyhinə tüfəng, hərbi texnikaların, xüsusən də tankların zirehlərini dağıtmaq üçün hazırlanmış bir tüfəng növüdür. Antitank tüfəngləri əvvəlcə Birinci Dünya Müharibəsində istifadə edilmiş və İkinci Dünya Müharibəsi dövründə ağır zirehli texnikalar ilə mübarizədə yetərli olmadığına görə, bazuka kimi raket buraxıcıları və geri təpməsiz tüfənglər ilə əvəz olundular, lakin Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Bu gün Barrett M82 kimi ağır kalibrli snayper tüfəngləri İkinci Dünya müharibəsi texnologiyasının bir təkamülüdür.
Köhnə tüfəng (film, 1975)
"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir. 1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir. Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır.
Boys tank əleyhinə tüfəng
Boys tank əleyhinə tüfəng Böyük Britaniya tərəfindən istehsal edilmiş olan tank əleyhinə tüfəngdir. Silah 1937-ci ildə hazırlanmış və İkinci Dünya müharibəsi zamanı istifadə edilmişdir. Silah ölçülərinin və sahib olduğu döyüş sursatının böyüklüyünə görə tez-tez fil silahı adlandırılmışdır. Müharibənin ilk zamanlarında silah yüngül tanklara və tanketlərə qarşı üstünlük əldə etmiş olsa da, daha ağır zirehlərə qarşı effektiv deyildi və məhz buna görə də müharibənin ortalarında onlar PİAT sistemləri ilə əvəz olunmuşdurlar. Silahın lülə uzunluğu 910 mm, sursatı Kynoch & RG .55 Boys, çapı .55, sursatın çıxış sürəti 747-884 m/s, effektiv mənzili 91-460 m, güllə təminatı isə 5 mərmilik maqazin ilə olmuşdur.
Züfər ibn əl-Hüzeyl
Züfər ibn əl-Hüzeyl əl-Anbari ət-Tamimi (ərəb. زُفر بن الهذيل العنبري التميمي‎) — görkəmli müsəlman hüquqşünası və hədis üzrə mütəxəssis, İmam Əbu Hənifənin tələbəsi. Züfər ibn əl-Hüzeyl İraqda anadan olub. Onun doğulduğu yer dəqiq bilinmir, lakin bəzi tarixçilər bunun böyük ehtimalla Kufədə baş verdiyinə inanırlar. Atası əl-Hüzeyl ibn Qeys məşhur ərəb qəbiləsindən olan Tamim tayfasından idi. Qısa müddət ərzində İsfahan şəhərində Əməvi xəlifəsi Yezid ibn əl-Vəlidin valisi vəzifəsində çalışmışdır. Onun üç oğlu olduğu bildirilir: Züfər, Harsamə və Kəusər. Züfər adı ərəbcə “igid”, mənasındadır və bəzən “səxavətli” mənasında da işlənir. İmam Züfər 48 yaşında dünyasını dəyişmişdir. İmam Əbu Hənifənin vəfatından sonra cəmi səkkiz il yaşasa da, məzhəbinin inkişafı və yayılmasında böyük xidmətləri olmuşdur.
777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir. 1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi.
Panzerbüchse 39 - tank əleyhinə tüfəng
Panzerbüchse 39 , qısaldılmış PzB 39 , (almanca: "tank ov tüfəngi modeli 39") İkinci Dünya Müharibəsində istifadə edilən Alman tank əleyhinə tüfəng idi . Bu, Panzerbüchse 38 ( PzB 38 ) tüfənginin təkmilləşdirilməsi idi. Alman tank əleyhinə tüfəngləri 1917-ci ildə dünyanın ilk tank əleyhinə tüfəngi olan Mauser 1918 T-Gewehr ilə ortaya çıxdı. Qərb cəbhəsində ilk İngilis tanklarının görünməsinə cavab olaraq yaradılmışdır . Bu tək atışlı əllə idarə olunan tüfəng orta səviyyədə uğur qazandı; təxminən 15.800 tüfəng istehsal edildi. Alman inkişafı 1930-cu illərin sonlarında yenidən başladı. Piyadaları insan daşına bilən yüngül tank əleyhinə tüfənglə təmin etmək üçün Dipl.-Ing. (sertifikatlı mühəndis) Suhldakı Gustloff Werke-də B. Brauer Panzerbüchse 38 - i dizayn etdi.(PzB 38). Bu, geri çəkilən lüləsi ilə əllə doldurulmuş tək atışlı silah idi. Atəş zamanı lülə təxminən 9 sm (3,5 düym) geri çəkildi, bu da arxanı açdı və tükənmiş patron gövdəsini çıxardı.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.
Kalib ibni Yufənna
"Kamilut-tarix"in müəllifi öz tarixində yazır: Yuşə ibni Nun dünyadan gedəndən sonra Kalib ibni Yufənna Bəni-İsrailə rəhbərlik etdi. Mərhum Təbərsi də "Məcməül-bəyan" kitabında "Bəqərə" surəsinin 244-cü ayəsində bu məzmunda yazır. Sələbi "Ərais" kitabında yazır ki, Kalib ibni Yufənna Həzrət Musanın (ə) bacısının əri, yəni İmranın qızı Məryəmin həyat yoldaşı idi. İbni Əsir də bu xəbəri "Kamil" kitabında Əriha şəhərinin fəthində qeyd edib. Amma Yuşə`dən sonra Kalibin peyğəmbər olması Məsudinin "İsbatul-vəsiyyə" kitabındakı və Yəqubinin yazdığı tarixdəki sözü ilə ziddiyyətdədir. Məsudi yazır: Elə ki, Yuşənin əcəli çatdı, Allah taala ona vəhy edərək yanındakı əmanəti oğlu Fənhasa verməyi əmr etdi. Yuşə də Fənhası çığırıb peyğəmbərlərin irslərini ona tapşırdı və dünyadan getdi. Fənhasdan sonra da oğlu Bəşir ibni Fənhas onun canişini olub peyğəmbərlik məqamına nail oldu. Yəqubi yazır ki, Yuşə ibni Nundan sonra Bəni-İsrailin rəhbərliyini Duşan Kifri öz öhdəsinə götürdü və səkkiz il onların rəhbəri oldu. Ondan sonra Kalibin qardaşı, Yəhudanın nəvəsi Əsnail ibni Qənəz qırx il Bəni-İsrailə hökumət etdi.
Con Bennett Fenn
Con Bennett Fenn (ing. John Bennett Fenn, 15 iyun 1917[…], Nyu-York, Nyu-York ştatı[…] – 10 dekabr 2010[…], Riçmond[…]) — amerikalı analitik kimyaçı, professor, 2002-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. Bioloji makromolekulların öyrənilməsi üçün kütləvi spektrometrik metodun, xüsusən də elektrosprey metodunun işlənib hazırlanmasına görə. C. Fenn Nobel mükafatı aldığı mövzu üzərində işləməyə başlarkən artıq onun 70 yaşı var idi. Bioloji molekulların tədqiqində elektrospreyin istifadəsi, mürəkkəb farmakoloji birləşmələrin sınaqdan keçirilməsi üçün geniş istifadə edilmişdir. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2003 il). Con Fenn 15 iyun 1917-ci ildə Nyu-Yorkda anadan olub. Yeniyetmə ikən valideynləri ilə birlikdə Kentukki ştatının Berea şəhərinə köçdü və burada Berea Kollecində təhsil alıb bitirdi. 1940-cı ildə Yel Universitetində kimya üzrə doktorluq dərəcəsi alıb, onun dissertasiyası 45 səhifə və cəmi üç nəsrdən ibarət olub. Daha sonra 1952-ci ildə C. Fenn Prinston Universitetinə, Dəniz Tədqiqatları İdarəsi tərəfindən maliyyələşdirilən reaktiv hərəkət tədqiqatlarına dəstək proqramı olan SQUID Layihəsinin direktoru kimi köçdü.
Anri de La Tur d'Overn Türenn
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.