ZAMPARA
ZANGIRDAMAK
OBASTAN VİKİ
Gökhan Zan
Gökhan Zan (7 sentyabr 1981[…], Antioxiya) — təqaüddə olan türk futbolçu. Gökhan Zanın ilk klubu "Hatayspor" olub. Sonradan "Çanaqqala Dardanelspor"a keçən futbolçu 2003–2004-cü il mövsümündə "Beşiktaş"a transfer olub. O, 2005–2006-cı il mövsümünü "Qaziantepspor"da keçirdikdən sonra "qartallar"ın heyətinə qaytarılıb. 2000-ci ildən Türkiyə milli komandasına çağırılan Gökhan indiyədək 45 dəfə "ay-ulduzlu" forma geyib. 2009-cu ildə "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.
Zan dilləri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Tomaş Zan
Tomaş Zan (pol. Tomasz Zan, belar. Тамаш Зан; 21 dekabr 1796 – 19 iyul 1855) — Polşa və Belarus şairi. O, Filomatlar Cəmiyyətinin üzvü, Adam Mitskeviç və Yan Çeçotun dostu olmuşdur. Zan yeni "inqilabi romantizm" adlanan ədəbi cərəyanın inkişafında mühüm rol oynamışdır. Vilnüs şairlərindən birincisi Belarus xalq yaradıcılığını siyasi proqramının bölmələrindən biri kimi tanımışdır. Tomaş Zan kasıb bir zadəgan ailəsindən gəlirdi. O, Vilna Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Alman ədəbiyyatı ilə tanış olan Zan Vilnada romantik poeziyanın yetişdiricisinə çevrilmişdir. O, balladalar yazmış, Bürgerin "Lenora" əsərini yenidən yazmış və əsərləri poetik ləyaqətlə parlamasa da, Mitskeviç dahiliyini oyatmışdır.
Dəniz zanbaqları
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Fanfan-zanbaq (film, 1952)
Fanfan-zanbaq — 1952-ci ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == Cavan və yaraşıqlı Fanfan evlənməkdən canını qurtarmaq üçün əsgər gedir. O, əsgərliyə getməmişdən əvvəl qaraçı qız Fanfanın falına baxır. Qaraçı qız gələcəkdə Fanfanın tanınmış döyüşçü olacağını və şahzadə qızla evlənəcəyini deyir. Sonda bəlli olur ki, cazibədar qaraçı qız zabitin qızıdır. Bunu öyrənən Fanfan arzusunun arxasınca getməyə başlayır. O, qaraçı qızın dediklərini gerçəkləşdirmək üçün əlindən gələni etməyə başlayır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh.
Fanfan-zanbağ (film, 1952)

Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Heraldik zanbaq

Həqiqi zanbaqkimilər (Liliodeae)
Junierus zanonii
Kristina Zantlyaytner
Kristina Zantlyaytner (8 may 1974, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Köbəcikli zanbaqca
Köbəcikli zanbaqca (lat. Fritillaria verticillata) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır. O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
Maksimoviç zanbaqcası
Maksimoviç zanbaqcası (lat. Fritillaria maximowiczii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Mariya Zankovetska
Mariya Zankovetska (tam adı: Mariya Konstantinivna Zankovetska, ukr. Марія Костянтинівна Заньковецька, rus. Мари́я Константи́новна Занькове́цкая təxəllüsü: Adosovska, ukr. Адасовська, rus. Адасо́вская; 23 iyul (4 avqust) 1854, Zanki[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1934, Kiyev, Ukrayna SSR, SSRİ) — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.. == Həyatı == Mariya Konstantinivna Zankovetska 4 avqust 1854-cü ildə Rusiya imperiyasının Çerniqov quberniyasının ərazisində yerləşən Nejin mahalında, tanınmış mülkiyyətçi və vəkil olan Konstantin Konstantinoviç Adasovskinin ailəsində anadan olmuşdur. O, Çerniqov şəhərindəki bir gimnaziyadan məzun olmuşdur. Uşaq yaşlarından o, həvəskar tamaşalarda aktrisa kimi çıxış etmişdir. 1882-ci ildə o, peşəkar səhnədəki debütünü etmişdir – Yelizavetqrad şəhərində "Natalka Poltavka" operası. Onun vokal səsi (messo-soprano) səhnədəki uğuruna böyük təsir göstərmişdir.
Meyerius zantedeschiae
Meyerius zantedeschiae (lat. Meyerius zantedeschiae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin meyerius cinsinə aid heyvan növü.
Oxşar zantoksilum
Şimali və Mərkəzi Çində rast gəlinir. 7 m-ə qədər hündürlükdə ağac və ya koldur. Cavan zoğları tüklüdür, tikanları 6–20 mm uzunluqda olub, oturacaqdan 1,5 sm-ə qədər enində yastıdır. Yarpaqları təklələkvari olub, 1,5-5 sm uzunluqda 7-11 yumurtavari və ya uzunsov yumurtavari, dişli yarpaqcığa malikdir. Yarpağın saplağı və yarpaqcıqların orta damarı altdan tikanlıdır. Çiçəkləri 4-6 sm enində qısa salхımlara toplanaraq, qırmızımtıl rəngdədir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Düzən və dağətəyi zonalarda əkilib becərilir. Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir. 1869-cı ildən introduksiya edilmişdir.
Qanadlı zantoksilum
Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır. 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır.
Ricinus communis subsp. zanzibarinus
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Ricinus zanzibarensis

Ricinus zanzibarinus

Solğunçiçək zanbaqca
Solğunçiçək zanbaqca (lat. Fritillaria pallidiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
İriçiçək zanbaqca
İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır.
Şahmatşəkilli zanbaqca
Şahmatşəkilli zanbaqca (lat. Fritillaria meleagris) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. Şahmatşəkilli zanbaqca efmeroid və çoxillikdir bitkidir. Soğanağı kürəşəkilli olub qonur rəngli nazik qatla örtülmüşdür. İki pulcuqdan ibarətdir. Gövdəsinin hündürlüyü 15-35 sm-dir. Yarpaqlarının hamısı növbəli düzülüb, sayları 2-6 arasında dəyişir və gövdəyin yuxarı hissəsində yerləşir.