ZƏNN

is. [ ər. ]
1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir.
Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani.
Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal.

□ Zənn etmək (eləmək) – güman etmək, ehtimal etmək, düşünmək.
[Əhməd:] Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsin eşitsəm bihuş olaram. T.Ş.Simurq.
[Bəhram Pəriyə:] Mənim adımla özünü təsvir edirsən, zənn edirəm. C.Cabbarlı.
Zənn etməyin o saçlar özözünə ağarmış. H.Hüseynzadə.

Zənn ilə – diqqətlə.
Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli.
Ağa sağ əlini çənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadan Tahirə zənn ilə baxdı. M.Hüseyn.

Zənnim kəsmir – güman etmirəm, inana bilmirəm, ağlım kəsmir.
Zənnimcə – mənim fikrimə görə, fikrimcə, düşündüyümə görə, ehtimalıma görə. Zənnimcə, o, doğru demir. Zənnimcə, bu gün soyuq olacaq.
[Nadir bəy:] Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də, başqalarını haqlı göstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır. H.Cavid.
[Xanım:] Qısqanclıq yaxşıdır yerində; Hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli.

Zənnini yayındırmaq – çaşdırmaq, fikrini azdırmaq.
İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı. Mir Cəlal.

2. Şübhə, şəkk, güman.
Zənnin kimə gedir? – Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir.
[Hacı:] Mənim səndən zənnim var idi. Ə.Haqverdiyev.

3. Yaddaş, hafizə.
[Zülfüqar dedi:] Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏNN zənn bax 1. yaddaş; 2. şübhə
  • ZƏNN yaddaş — hafizə
  • ZƏNN şübhə — güman — şəkk
ZƏNGVURAN
ZƏR₁

Digər lüğətlərdə