Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fevzi Zırhlıoğlu
Fevzi Zırhlıoğlu (1962, Elazığ ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fevzi Zırhlıoğlu 1962-ci ildə Elazığ ilində anadan olub. Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 1980-ci illərin əvvəllərində nəşriyyat və mətbəə sahəsində çalışıb. 1987-ci ildən MHP üzvüdür. 2002-2003-cü illərdə MHP Bursa il şöbəsinin sədri olub. 2006-cı ildən isə MHP İntizam Şurasının üzvüdür. 2023-cü ildə MHP namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Zireh
Zireh — insanlar, nəqliyyat vasitələri və ya gəmilərin qorunması üçün istifadə olunan qoruyucu geyimdir. == Haqqında == Barıt aşkar edildikdən əvvəl, döyüşlərin əksəriyyətində əsgərlər sinə-sinəyə döyüşdürdülər. Bu dövrdə döyüşçüləri düşmən silahından müdafiə etmək üçün zireh, dəbilqə və qalxan kimi müxtəlif vasitələrdən istifadə edilmişdir. Bundan əlavə, Makedoniyalı İskəndərin 12 qatdan ibarət kətandan zirehi də var idi.
Zirə
== Qəsəbə və bələdiyyələr == Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. == Digər mənalarda == Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu == Oxşar mənalarda == === Adalar === Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. === Bitkilər === Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Adi zirə
Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür.
Böyük Zirə
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Kiçik Zirə
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Kreqor Zirk
Kreqor Zirk (d. 3 iyul 1999) — Estoniyalı üzgüçü. Kreqor Zirk Estoniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kreqor Zirk birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Sepp 7 dəfə uzun və 14 dəfə qısa məsafəyə üzgüçülük yarışları üzrə Estoniya çempionu olmuşdur. O, 22 Estoniya üzgüçülük rekordunun müəllifidir..
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Qara zirə
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. == Qara zirənin tarixi == Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Xərə Zirə
Xərə Zirə və ya Bulla — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Sahildən 13 km uzaqlıqda yerləşir. Sahəsi 3,5 km², uzunluğu 3,4, eni 2,6 km-dir. Vulkan mənşəlidir. İlk püskürmə 1810-cu ilə təsadüf edir. Adada fəaliyyətdə olan palçıq vulkanı var. Bakı şəhərindən 50 km-lik məsafəyə malikdir. == Ehtiyatları == Zəngin neft-qaz ehtiyatları mövcuddur Akvatoriasından 1968-ci ildən qaz çıxarılır . Şahdəniz yataqlarında kondensat qazlarda daxil 4 triloyon m³ qaz ehtiyatı var. Son zamanlar Ekologiya nazirliyi burada tədqiqatlar aparıb.
Ziri (Sərab)
Ziri (fars. كلانترعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (29 ailə).
Zirə-2
Zirə (Xəzər)
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
Zirə (bitki)
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Zirə (dəqiqləşdirmə)
Zirə FK
Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 1 dəfə — 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb. == Stadionu == Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir. Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir.
Zirə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zirə qəsəbəsi
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
Buluqqin ibn Ziri
Əbülfütuh Yusif Buluqqin ibn Ziri bin Mənad əs-Sanhaci (v. may 984) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı. == Həyatı == Bərbəri əsilli Sanhacə qəbilənə mənsub olan Buluqqinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Buluqqini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Buluqqinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Buluqqin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha ita¬ətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Mıisirə getdiyi təqdirdə ölkəsinin istila edil¬məsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Buluqqin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971).
Böyük Zirə mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qara zirə yağı
Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı. == Qara zirə yağının effektləri == Xolesterin mübadiləsini yaxşılaşdırır, bununla da ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır. Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qurd əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir Böyrək və sidik kisəsində daşları əridir Ana südünü artırır Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır İmmunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununla da yoluxucu aqressiyanı dərhal neytrallaşdırır Yerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.) Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır. Qara zirənin tərkibindəki siklooksigenaza aşağıda qeyd olunan effektlərə malikdir: iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir; trombositlərin aqreqasiyasının və adgeziyasının, bununla da trombların yaranmasının qarşısını alır; ahtisklerotik və damargenəldici təsirlərə də malikdir; hemostatik balansı formalaşdırır; bağırsaq florasının təbii simbiozunu bərpa edir, bunulada disbakteriozu aradan qaldırır == Xarici keçidlər == Qara zirə – Black seed Qara zirə yağı haqqında Arxivləşdirilib 2011-01-14 at the Wayback Machine == Həmçinin bax == Qara zirə Qara zirə yağının hemoqlobinin qatılığına təsiri Qara zirə yağının orqanizmə faydaları insanlara qədimdən məlumdur. Aparılan təcrübələrdə heyvanların yem paylarına qara zirə yağının müxtəlif dozalarda əlavə edilməsinin qanda eritrositlərin sayına və hemoqlobinin qatılığına təsiri olub. Orqanizmdə maddələr mübadiləsini gücləndirir, eritrositlərin sayını artırır və onların daşıdıqları hemoqlobinin qatılığı artmış olur. Qara zirə yağı qan yaradıcı orqanların fəaliyyətini gücləndirir. Qan catişmamazlığı olan xəstələrə verilməsi məsləhətdir.
Zireh Qalalar (1983)
Zireh dağıdıcı mərmi
Zireh dağıdıcı mərmi istənilən zirehə nüfuz etmək üçün hazırlanmış mərmidir. 20 mm-dən kiçik AP mərmiləri tipik olaraq zireh deşən sursat adlanır və bronjilet, güllə keçirməyən şüşə və yüngül zirehli maşınlar kimi yüngül zirehli hədəflər üçün nəzərdə tutulub.
Zirə-2 FK
"Zirə-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. == Tarixi == Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Zirə İdman Kompleksi
Zirə FK -nun ev oyunlarını keçirdiyi Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb. Eyni zamanda şahmat, dama, boks, güləş zallarının hazırlanmasında Azərbaycan idman federasiyalarının tövsiyələri nəzərə alınıb. İki binadan ibarət olan kompleksdə aşağıdakı otaqlar və zallar var: VİP otaq; VİP tribuna (Futbol oyunlarını izləmək üçün); Qış bağı – vestibül; Qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı; İnzibati idarəetmə otaqları; Boks, güləş, trenajor zalları; İngilis və fransız dillərinin tədrisi üçün linqafon kabinetləri; Şahmat və dama sinifləri; Məşqçi otağı (2 ədəd); Paltar dəyişmə otağı (2 ədəd); Həkim otağı; Duş, sanitar qovşaqları. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. === Tikinti === Futbol meydançası beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənib. Süni ot örtüyü İtaliyanın LİMONTA şirkəti tərəfindən istehsal olunub.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
MIRV
MIRV (multiple independently targetable reentry vehicle; “müstəqil olaraq hədəflənən çoxlu vasitə”), hər biri fərqli hədəfi vurmağı hədəfləyən bir neçə termonüvə döyüş başlığını əhatə edən ballistik raketdir. Hal-hazırda yalnızca ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsrail və Çinin MIRV döyüş raketlərinə malik olduğu məlumdur.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. == Türk mədəniyyətində 40 ədədi == Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Xırt
Xırt — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir.
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. == Qurumlar == ZARA — İspaniya brendi.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
Zərf
Zərf — Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq, daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər. Müxtəlif nümunələridə mövcuddur.
MIRC
mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir. Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub. mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir. == Tarixi == mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır. O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı. Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.
Bennettitlər (sıra)
Dime Dırb
Dime Dırb (fars. ديمه درب‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 17 ailədə 34 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 62 nəfərdir.
Fate/Zero
Fate/Zero (yaponca: フェイト/ゼロ, Hepbörn: Feito/Zero, azərb. Tale/Sıfır‎) — Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılan ranobe. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanı üçün prikvel təşkil edir. Ranobenin ilk cildi 29 dekabr 2006-cı ildə buraxılmışdır və Type-Moon ilə Nitroplus şirkətləri arasındakı əməkdaşlıqla ərsəyə gəlmişdir. İkinci cildi 31 mart 2007-ci ildə, üçüncü cildi 27 iyul 2007-ci ildə nəşr olunmuşdur. Dördüncü və sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır. Manqa adaptasiyası 2011-ci ilin fevralından nəşr olunur və indiyə qədər 11 cildi çapdan çıxmışdır. 2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır. Ufotable studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsümü 7 apreldən 23 iyun 2012-ci ilə kimi yayımlanmışdır.
Izıh Xan
Izıh Xan - türk və altay mifologiyasında heyvan ilahı. Itıh Xan olaraq da xatırlanır. Heyvanları və xüsusilə atları, "ıdık" olaraq təbiətə salınan azad qurbanları qoruyan tanrıdır. Dağların zirvəsində yaşayır. == Etimologiya == (Iz/Id) kökündən törəmişdir. "Idık" sözündən gəlir. Salmaq, sərbəst buraxmaq mənaları vardır. Müqəddəslik və ilahilik anlayışlarını da bünyəsində saxlayar.