Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səbt (termin)
Səbt — Ərəb dilində "sabit" və "sağlam" mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Rəşt müqaviləsi
Rəşt müqaviləsi — Səfəvilər dövləti ilə Rusiya arasında müqavilə. == Rəşt müqaviləsi ərəfəsində Azərbaycanda baş verən siyasi hadisələr == Rusiya Əşrəflə 1729-cu il Rəşt müqaviləsini imzaladıqdan sonra İranda Nadirin mövqeyi möhkəmlənməyə başladı. O, 1726-cı ildə Mazandaranda II Təhmasib ətrafında toplanan antiəfqan qüvvələrə qoşulmuş və burada əsas qüvvəyə çevrilmişdi. Nadir Əşrəf üzərində qalib gələrək İsfahana daxil olmuş, burada II Təhmasib şah taxtına çıxarılmışdı. Nadir Şiraz yaxınlığında Əşrəfi yenidən məğlubiyyətə uğradaraq, 1730-cu ildə əfqan işğallarına son qoydu. Bundan sonra Nadir osmanlılara qarşı çıxdı. O, 1730-cu ilin avqustunda Təbrizi tutdu. Vəziyyəti belə görən Rusiya İranla danışıqları bərpa etməyi qərara aldı. Xorasanda əfqanların üsyanı Nadirin planında dəyişiklik yaratdı. II Təhmasib Nadirin əfqanlara qarşı yola düşməsindən istifadə edərək Osmanlı dövləti ilə hərbi əməliyyatları bərpa etdi və məğlubiyyətə uğradı.
Rəşt şəhristanı
Rəşt şəhristanı (fars. شهرستان رشت‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Rəşt şəhəridir. 2006-cı ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 857 606 nəfərdir.
Mirzə Rəbi Cahanşahi
Mirzə Rəbi Cahanşahi (1882-?) — ictimai xadim. == Həyatı == Mirzə Rəbi Cahanşahi 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müsəddiqülmülk ləqəbi ilə tanınırdı. Qəvamülüləma ləqəbli qazının oğlu idi. Mirzə Rəbi Cahanşahi bir neçə dəfə İran Milli məclisinə üzv seçilmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Rəbi Kəbiri
Mirzə Rəbi Kəbiri (1889, Marağa, Şərqi Azərbaycan ostanı – 1947, İran) — general-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və tеlеqraf naziri. == Həyatı == Mirzə Rəbi Kəbiri 1889-cu ildə Marağa şəhərində anadan olmuşdu. == Siyasi fəaliyyəti == Cənubi Azərbaycanlı olan Mirzə Rəbi Kəbiri general və siyasətçi olmuşdur. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulan zaman həmin hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuşdur. == Ölümü == 1946-cı ilin dekabr ayında SSRİ rəhbəri Stalinin Cənubi Azərbaycanı qərb qüvvələri və İrana güzəştə getməsindən sonra ingilis qoşunları tərəfindən dəstəklənən İran qüvvələri Azərbaycan Milli Hökumətinə silahlı hücuma başladılar. Nəticədə elə dekabr ayındaca milli hökumət süqut etdi. Azərbaycan Demokratik Firqəsinə qoşulan siravi şəxslərdən tutmuş, bütün səviyyələrdəki Milli Hökumət üzvləri və işçiləri kütləvi qırğınlara məruz qaldılar. Bu repressiyalar nəticəsində öldürülənlərdən biri də həmin hökumətin Poçt, Yol və Teleqraf naziri general Mirzə Rəbi Kəbiri olmuşdur. Onun cənazəsi insanlarda qorxu yaratması üçün bilərəkdən günlərlə dar ağacında saxlanılmışdır.
Rəbi-Rəşidi kompleksi
Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی‎) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi. == Tarixi == Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı.
Rəşt müqaviləsi (1729)
Rəşt müqaviləsi (1729) - Rusiya ilə İran hökmdarı Əşrəf arasında bağlanmış müqavilə. == Rusiyanın İranla yaxınlaşması == I Pyotrun ölümündən sonra onun varisləri I Yekaterina (1725-1727), II Pyotr (1727-1730) və Anna İvanovnanın (1730-1740) dövründə Səfəvi dövləti ilə münasibətdə müəyyən dəyişiklik baş verdi. Rusiya Səfəvi dövlətinin Osmanlı dövləti tərəfinə keçməsinə yol verməmək üçün bəzi güzəştlərə getməli oldu. XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin böhranı xeyli dərinləşmişdi. Bundan istifadə edən əfqanların Səfəvi dövlətinə qarşı işğalları başladı. Mirmahmudun yürüşləri İsfahanın tutulması və onun şah elan edilməsi ilə (1722-1725) nəticələndi. Antiəfqan qüvvələri Mazandaranda II Təhmasib ətrafında mərkəzləşməyə başladı. Əfqanların öz daxilində də çəkişmələr genişləndi, 1725-ci ilin aprelində Mahmud öldürüldü. Əşrəf şah elan olundu (1725-1729). Hakimiyyətə gələn Əşrəf 1726-cı ildə osmanlılara qarşı çıxdı, lakin kifayət qədər qüvvəsi olmadığına görə 1727-ci ilin oktyabrında osmanlılarla müqavilə imzalandı.
Zəbi Abdullayev
Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı. == Həyatı == === İlk illər === Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur. Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır.
Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir. === Ailəsi === Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. == Fəaliyyəti == Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır. 1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur. 1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.
Astara-Rəşt-Qəzvin dəmiryolu
Astara-Rəşt-Qəzvin dəmiryolu — tikilməkdə olan, Rusiya, Azərbaycan və İran dəmiryollarını birləşdirəcək şimal → cənub istiqamətində beynalxalq nəqliyyat layihəsinə aid bir dəhlizdir. Bu dəmiryolu dəhlizi vasitəsilə Azərbaycan Astarası İran Astarası ilə birləşmiş olacaqdır.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848-1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi.Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur. Təbriz qiyamçıları Təbrizdə bəst oturdular.
Cəbr
Cəbr (ərəb. الجبر‎) — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər.
Alman dəbi
Almaniya Fransa, İtaliya, ABŞ, İngiltərə və Yaponiya ilə birlikdə moda sənayesində lider bir ölkədir. Alman modası zərif xəttləri, qeyri-adi gənc dizaynları və idman və açıq geyim istehsalçıları ilə məşhurdur. Berlin Moda Həftəsində önə çıxan Almaniyanın gənc və yaradıcı moda mərkəzidir. Düsseldorf, Igedo ilə əhəmiyyətli bir moda ticarət mərkəzidir. Səhnənin digər vacib mərkəzləri Münih, Hamburq və Kölndür. Kiçik yerlər Alman moda sənayesinin Herford, Metzingen, Herzogenaurax, Schorndorf, Chemnitz, Albstadt və Detmold kimi mühüm dizayn və istehsal mərkəzləridir. == İqtisadiyyat == 130.000-dən çox işçisi olan 1300 şirkətdə Alman tekstil sənayesi tərəfindən 28 milyard avro gəlir əldə edilir.Məhsulların, demək olar ki, 44 faizi ixrac olunur. Beləliklə, tekstil filialı qida istehsalından sonra Almaniyada ikinci ən böyük istehlak malları istehsalçısıdır. === Brend === Məşhur moda markalarına Hugo Boss, Adidas, Puma, Escada, JOOP!, MCM, Bruno Banani, Jil Sander, Triumph, Schiesser, Closed, Reusch, Valisere, Jack Wolfskin, Ulla Popken, Buffalo, Rohde, Marc O'Polo, Tom daxildir. Dərzi, s.Oliver, Esprit, Wunderkind, Seidensticker, Windsor., Jaques Britt, Naketano.Eyni zamanda zLabels Berlin kimi birdən çox Alman marka və dizaynerə ev sahibliyi edən müxtəlif agentliklər var.
Zebr
Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır. Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118-132 santimetrə, çəkiləri 204-257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar. == Rəng çaları == Zebr ağ zolaqlı atdır. Ümumi ağ-qara zolaqlara malik olmasına baxmayaraq hər üç növ bir-birinə digər atlarla müqayisədə o qədər də yaxın hesab olunmur.
Zebu
Zebu (lat. Bos primigenius indicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin i̇btidai öküz növünə aid heyvan yarımnövü. Zebu Bos nəsli və yarımnəslinin tərkibində növ, bəlkə də yarımnöv mövqeyindədir. == Adi qaramaldan fərqi == Zebu, təsvir etdiyimiz növlərə nisbətən, adi qaramala çox yaxındır. Bununla belə zebu ilə adi qaramal arasında olan ciddi fərqi nəzərdən qaçırmaq olmaz. Son 20–30 il müddətində aparılmış dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sümüyünün quruluşuna, daxili orqanların inkişafına və funksiyasına, ümumiyyətlə, morfoloji və fizioloji xüsusiyyətlərinə görə zebu qaramaldan əsaslı surətdə fərqlənir. Birinci və mühüm fərq bundadır ki, adi qaramalın normal sürətdə yaşaya bilmədiyi yerlərdə zebu özünü çox yaxşı hiss edir. Ralf Filippsə görə, tur təkamül prosesində iki əsas tipə, yəni adi qaramala və zebuya parçalanmışdır. Adi qaramal Orta və Şimali Avropada, Rusiyada, zebu isə Cənubi Asiyada, Aralıq dənizinin şimal sahillərində və Afrikada yayılmışdır. Bununla da Filips zebunun mühitin təsiri altında formalaşdığını sübut etmiş olur; qaramal cinslərinin müasir yayılışı göstərir ki, yüksək və soyuq iqlimli yerlərdə tur törəmələri olan adi qaramal, alçaq relyefli və isti iqlimli yerlərdə isə zebular və zebuyabənzərlər əmələ gəlmiş və min illər davam edən dövr ərzində kütləvi sürətdə törəyib artmışlar.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır.Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
GLBT
LGBT - lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir. Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir. Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q - Kuir (Queer) və I - İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksual və sisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər. Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir. Buna zərurət isə, LGBT abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad."Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Həbs
Azadlıqdan məhrumetmə və ya həbs — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi.Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı. Bolqarıstan, Monqolustan, Şərqi Almaniya, Polşa və Çexoslovakiyada azadlıqdan məhrumetmənin maksimal həddi 15, qanunla nəzərdə tutulan bəzi hallarda isə 20 il idi.
Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
LGBT
LGBT - lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir. Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir. Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q - Kuir (Queer) və I - İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksual və sisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər. Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir. Buna zərurət isə, LGBT abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür: sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində sağ və sol mil arteriyaları — bilək nahiyəsində sağ və sol bud arteriyaları — qasıq nahiyəsində sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsindəNəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Qəbz
Qəbz – 1)alınmış şey – pul, qiymətli şey və s.-nin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Məsələn, pulu verib qəbz almaq; 2)köhnəlmiş söz: həbs etmə; 3)bir şəxsin digər şəxsə verdiyi və ondan pul, sənəd, qiymətləri qəbul etdiyini təsdiqləyən, müəyyən edilmiş formalı, həmçinin, yazan şəxsin başqa şəxsdən pul, əşya, maddi qiymətlilər aldığını və onları qaytaracağını yazılı şəkildə təsbit edən sənəd; 4)imza edilmiş sənəd; 5)imza edilmiş şəxsin nə isə əldə etməsini təsdiq edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İƏİT
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62.2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42.8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi. Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı.
Akula-zebr
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Neue Zeit
Neue Zeit Mənasi: Die Neue Zeit — marksizm nəzərli jurnal. Neue Zeit (Almaniya) — HDS-nin çap birliyi. Neue Zeit (SSRİ) — Kalininqrad qəzeti.
REST protokolu
REST protokolu və ya REST (Representational State Transfer) — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistemdir. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Reut çayı
Reut (rum. Răut [рэ́ут], idiş רעװעט‎ [рэ́вэт]) — Moldova ərazisində olan çay, Dnestrın sağ qolu. == Ümumi məlumat == Uzunluğu — 286 км. Su toplayıcı sahəsi — 7760 км². Yatağın orta eni — 30 м. Çay dərəsinin orta eni — 7 км. Su sərfi — 8-15 м³/s.Çayın hidroloji rejimi sabit deyil. Yaz və yay su səviyyəsinin dəyişmə rejimi mövcuddur. Çay öz başlanğıcını Redyu-Mare kəndi yaxınlığından götürərək cənub-şərq istiqamətində axır. Axım boyu çay öz istiqamətinin iki dəfə dəyişir: Beles və Floreşt yaxınlığında.
Ayişə Nəbi
Ayişə Nəbi — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Azərbaycanda LGBT
Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər. Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər. Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir. Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır. == Tarix == Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında eynicinsli əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qısa satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar – mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Baninə görə aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi.1918-ci ildə Rusiya imperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksuallıqa qarşı qanun yox idi. 1920-ci ildə Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra ölkədə kişilər arasında cinsi əlaqələri qadağan edən qanun qüvvəyə minmişdi.
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Cəbi Bəhramov
Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi. == Həyatı == Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. == Elmi fəaliyyəti == 1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.
Bi-Zet
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə. == Toksiki xassələri == Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
Die Neue Zeit
«Die Neue Zeit» (Yeni vaxt) — Almanyanin sosial-demokrat tərəfinin marksist nəzərli jurnal. Buraxılış tarixi 1883-1923-cü illər. Redaktorlar Karl Kautski və Emanuil Vurm, 1917-ci ildən sonra — Genrix Kunov.
Neue Zeit (dəqiqləşdirmə)
Neue Zeit Mənasi: Die Neue Zeit — marksizm nəzərli jurnal. Neue Zeit (Almaniya) — HDS-nin çap birliyi. Neue Zeit (SSRİ) — Kalininqrad qəzeti.
AEBA
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir.Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) —ŞəxslərCorc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır".Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də, formanın daxili qafiyələnmə qanunlarına tabe olur.Hər iki misranı yan-yana qoymaqla beyt düzəltmək olmaz.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir. Bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat olmasa da, XVIII əsrin ortalarında Londonda artıq aktiv debat cəmiyyəti mədəniyyəti formalaşmışdı.
Debet
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Debüt
Debüt (fr. début) Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
Feba
Feba (yun. Φοίβη) — yunan mifologiyasında ayı təcəssüm edən ilahə, 12 titandan biri, Uran və Geyanın qızı, Leto və Asteriyanın anası, Apollon və Artemidanın nənəsidir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
DECT
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub.Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir. GAP uyğunluğu müxtəlif istehsalçıların DECT telefonları və bazalarına ən sadə funksional səviyyədə, yəni zəng etmək və qəbul etməkdə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir.
"Debüt" studiyası
"Debüt" studiyası — == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Nyu-York ştatı) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. == Həyatı == III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
AZ-CERT
AZ-CERT - AMEA İnternet şəbəkəsində (AzScienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupudur. == Məqsədi == AZ-CERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AZ-CERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AMEA təşkilatlarına və AzScienceNet-in fərdi istifadəçilərinə kömək edir. == Fəaliyyəti == AZ-CERT AMEA İnternet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AZ-CERT Azərbaycanda fəaliyyət göstərən digər belə qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları ilə və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır. AZ-CERT komandası AMEA İnternet şəbəkəsində (AzScienceNet) baş vermiş informasiya təhlükəsizliyi insidentlərini araşdırır. AZ-CERT komandası həmçinin informasiya təhlükəsizliyi sahəsində statistik verilənlərin toplanması, saxlanılması və analizi üçün digər şəbəkələrdə baş verən insidentlər barəsində məlumatları qəbul edə bilər. == İnsidentlərin kateqoriyaları == AZ-CERT informasiya təhlükəsizliyi insidentləri kimi aşağıdakı hadisələri nəzərdən keçirir: xidmətdən imtina; icazəsiz giriş; qanunsuz fəaliyyət; informasiya toplanması; ziyankar proqram təminatı. === İnsidentlərin emalı === AZ-CERT: kompüter insidentlərini emal edərkən ilk növbədə məlumatın mənbəyinə inam və etibar, göstərilən faktın yoxlanmasını həyata keçirmək üçün texniki imkanların mövcudluğu diqqətə alınır. AZ-CERT istifadəçiləri həyata keçirilən hərəkətlərin nəticələri və xarakteri barədə istifadəçiləri xəbərdar etmir.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Bebb söyüdü
Bebb söyüdü (lat. Salix bebbiana) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Bett Deyvis
Bett Deyvis (ing. Bette Davis, Betti Deyvis, tam adı Rut Elizabet Deyvis, ing. Ruth Elizabeth Davis; 5 aprel 1908[…], Louell[d], Massaçusets – 6 oktyabr 1989[…], Nöyi-sür-Sen, Fransa) — amerikalı aktrisadır.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. == Tarixi == Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Zeb-un Nisə Bəyim
Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır. == Həyatının erkən dövrü == === Dünyaya gəlməsi === Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
== Məzmun == Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədi ilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.