FƏTƏBARƏK
FƏTHBƏXŞ
OBASTAN VİKİ
Fəth 1453
Fəth 1453 — İstanbulun fəthindən bəhs edən və Ulubatlı Həsənin həyat hekayəsini canlandıran Türkiyə filmidir.
Fəth (hərb)
Fəth — düşmənin silah gücünə hərbi tabe edilməsi aktı. Normanların İngiltərəni fəthi hərb tarixindəki fəth nümunələrindən biridir. Bu hadisə İngiltərə Krallığının normanların nəzarətinə keçməsinə səbəb olmuş və 1066-cı ildə Fateh Vilhemi ingilis taxtına gətirmişdir. Fəth müəyyən mənada müstəmləkəçiliklə əlaqələndirilə bilər. Məsələn, İngiltərə anqlo-saksların, vikinqlərin və franko-normanların müstəmləkəçiliyi və fəthinin mərhələlərini yaşamışdır. == Tarixi fəthlər == Qədim sivil xalqlar böyük miqyasda müharibələr aparırdılar ki, bu da əslində işğalçılıq idi. Misirdə işğal və fəthin təsirləri rəsm və heykəllərdə təmsil olunan müxtəlif irq tiplərində müşahidə olunur. Təkmilləşdirilmiş təsərrüfat getdikcə daha böyük orduların formalaşmasına və təkmilləşdirilmiş silah texnologiyasını əhatə edən ixtisaslaşmaya imkan vermiş və bu, əhalinin artması və siyasi nəzarətlə birlikdə müharibənin daha geniş vüsət alması və dağıdıcı xüsusiyyət alması ilə nəticələnmişdir. Nəticədə asteklər, inklər, Dahomeya, Benin, Misir, Babilistan, Assuriya və İran kimi qədim sivilizasiyalar ətrafdakı az təşkilatlanmış cəmiyyətlərdən daha militarist xüsusiyyətləri ilə seçilmiş və hərbi sərgüzəştləri daha geniş miqyas alaraq ilk effektiv fəthləri mümkünləşdirmişdir. == Xüsusiyyətləri == === Miqrasiya === Hərbi fəth insan miqrasiyasının ən davamlı səbəblərindən biri olmuşdur.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Roma Yunanıstanı fəth etməsi
Makedon müharibələri (e.ə III–II əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kanna döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi. == Birinci Makedon müharibəsi(e.ə 215–205) == Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi. == İkinci Makedon müharibəsi(e.ə 200–197) == İkinci Punik müharibəsindəki (e.ə 218–201) qələbəsindən sonra, Roma Balkanlarda öz işğalçı siyasətini fəallaşdırdı və Makedoniyanı, Karfagenlə əlaqələrdə, önun müttəfiqlərinə hucumlarda və beləliklə müqaviləni pozmaqda suçladı. Bu vaxt ərzində Makedoniyanın daxili qüvvələri tükənmişdi, ölkənin daxilində çara qarşı müxalifət artırdı, Roma ilə müharibə populyar deyildi. V Filippin Roma ilə anlaşmaq cəhdləri boşa çıxdı.
Əbu əl-Fəth Mənuçöhr xan
Əbu əl-Fəth Mənuçöhr xan (vəf. 1636) — Səfəvi rəsmisi və erməni mənşəli qulam. Atası Qaraçaqay xan kimi Mənuçöhr Məşhəddə general və Xorasan bəylərbəyi olaraq I Şah Abbas (1588–1629) və I Şah Səfi (1629–1642) hakimiyyəti altında təyin olundu. Qardaşı Əliqulu xan Qum hakimi oldu və Şah Abbas Mənuçöhr xanın oğlu II Qaraçaqay xan (d. 1668) kitabxanasının rəhbəri oldu, eyni zamanda Məşhəd bəylərbəyi oldu. Onların hamısı "bilik və bütövlük adamları" (Əhli-i fazl u kamal) və "möhtəşəm hərəkətlər və əməllər" (ṣāhib-i mu'āṣir u asrār) kimi tanınan Səfəvi mədəni və intellektual elitalarından idi. == Əsərləri == Mənuçöhr xan astronomiyaya güclü marağı olan aparıcı sənət hamisi idi. Dövrün ən yaxşı təsvir edilmiş əlyazmalarından birini, 1630–1633-cü illər arasında kopyalanan Əbdürrəhman əs-Sufinin "Süvar əl-Kəvaqib əl-Tahibitah" ("sabit ulduzların təsviri") adlı bir farsca tərcüməsini tapşırdı və bu əsər Nyu-York Dövlət Kitabxanası kolleksiyasında qorunur. 1632–1633-cü illərdə Mənuçöhr xan sonradan Mənuçöhr qlobusu olaraq bilinən bir göy cismi istehsal etmək üçün Həsən ibn Səəd əl-Qani, usta Malik Huseyn Nəqqaş İsfahani və Rizvan bəy Zarnişana tapşırıq verdi. == İstinadlar == == Mənbələr == Babaie, Sussan.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Fəth
Fəth (hərb)
Şah I Abbasın Bəhreyni fəth etməsi
Şah I Abbasın Bəhreyni fəth etməsi — Səfəvi hökmdarı I Abbasın Bəhreyni ələ keçirməsi nəzərdə tutulur. Döyüş 1602-ci ildə olmuşdur. == Döyüş == XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. Buna görə də, 1507-ci ildən etibarən Səfəvi imperiyası ilə Portuqaliyanın münasibətləri gərgin idi. Abbasın xarici siyasətdə əsas istiqamətlərdən biri də İran körfəzindən Portuqaliyanı qovmaq idi. Bu istiqamətdə atılmış ilk addımlardan biri də Bəhreynin ələ keçirilməsi oldu. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.
Fəth Surəsi
48-ci surə
Fəth surəsi
48-ci surə
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Fəth əl-Bari
Fəth əl-Bari (ərəb. فتح الباري شرح صحيح البخاري‎) —— Məhəmməd əl-Buxarinin "Səhih"inə İbn Həcər əl-Əsqəlani tərəfindən şərh. == Müəllif == İbn Həcər 1372-ci ildə Qahirədə anadan olmuşdur. O, uşaqlıq illərini doğma yurdunda keçirmiş, burada Qurani-Kərimi, İbn əl-Hacibin "Əl-Havi" və "Əl-Muxtəsər"ini və digər əsərləri əzbərləmişdir. O, qəyyumlarından birinin müşayiəti ilə Məkkəyə gedir və orada məşhur üləmalardan dərs alır. İslam haqqında biliklərini artırmaq üçün Hicaz, Şam və Misirdə hədis alimlərinin dərslərində və mühazirələrində iştirak etmişdir. On il İbn Həcər əl-İraqidən dərs alır. Bundan əlavə, o, əl-Bəlkini və İbn əl-Müləkkindən dərs almışdır. == Səhih əl-Buxari == Səhih əl-Buxari altı əsas sünni hədis toplusundan biridir (Kutub əl-sitta). Hədislər orta əsr İslam ilahiyyatçısı Məhəmməd əl-Buxari tərəfindən toplanmışdır, bu hədislər iki yüz il şifahi şəkildə nəql edilmişdir.
Fəth-i Maqsud (Nəmin)
Fəth-i Maqsud (fars. فتح مقصود‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (8 ailə).
Fəth 1453 (film, 2012)
Fəth 1453 — İstanbulun fəthindən bəhs edən və Ulubatlı Həsənin həyat hekayəsini canlandıran Türkiyə filmidir.
Fəth edilməmiş (pyes, 1940)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Dənizi fəth edənlər (film, 1959)
== Məzmun == Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir. Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. "Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir. == Festivallar və mükafatlar == 1) 1959-cu ildə I Moskva Kinofestivalı Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir. 2) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Roman Karmen Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen Operator: Cavanşir Məmmədov, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Səs texniki: A. Minçenko Mahnıların müəllifi: Yevgeni Dolmatovski == Mənbə == Газ. "Комсомольская правда", 28 мая 1959 г. Газ. "Литературная газета", 28 мая 1959 г. М. Рзаева.
Konstantinopolun fəthi
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
Korsikanın fəthi (1553)
Korsikanın fəthi (türk. Korsika'nın Fethi) — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə. == Arxa planı == 1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir. == Fəthi == 1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi. Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər. Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi.
Maskatın fəthi
Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri. Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı. == Tarixi == XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.
Məkkənin fəthi
Məkkənin fəthi (ərəbcə: فتح مكة‎) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir. == Fəthdən əvvəl == Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi. Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı. == Fəth == Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz." Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi.
Rodos fəthi
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Rodosun fəthi
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Rodosun fəthi (1248–1250)
Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir. == Zəmin == XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodos və yaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu. Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevast və meqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir. Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı.
Tunisin fəthi
1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı. == Tarixi == Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər.
Çörəyin Fəthi
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır. Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur. Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.
İran körfəzi və Omanda Əfşar fəthləri
İran körfəzi və Omanda Əfşar fəthləri — İran körfəzi və ətrafındakı əraziləri ələ keçirərək Əfşar imperiyasının körfəzin hegemon dövləti olan bir imperiyaya çevrilməsi nəzərdə tutulur. Bu bölgələri ələ keçirmək üçün edilmiş yürüşlərin hamısı ilk başlanğıcda çox uğurlu idi və bir çox hədəflər ələ keçirilmişdi. Lakin Nadir şah Əfşarın dəryabəyi (admiral) təyin etdiyi Məhəmməd Tağı xan üsyan qaldırdı və bu üsyanın yatırılmasına yönəldilən gücün itirilməsi nəticəsində əvvəlki uğurların bir qismi itirildi. Lakin sonda Məhəmməd Tağı xan ələ keçirildi, üsyan isə yatırıldı və əvvəl itirilmiş məntəqələr geri qaytarıldı. Əfşar imperiyasının bu torpaqlardakı hakimiyyəti Nadir şah Əfşarın öldürülməsinə qədər davam etdi. 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra bütün Əfşar imperiyasını iç qarışıqlıqlar öz ağuşuna aldı və imperiya parçalandı. Bununla da, körfəzdəki bölgələr mərkəzi hakimiyyət tərəfindən itirildi və yerli hakimlər yenidən hakimiyyətlərini bərpa edə bildilər. == Yürüşlər == Nadirin İran körfəzini ələ keçirilmək istəməsi onun regionda yenidən imperiyasını əsas dövlət etmək niyyətindən qaynaqlanırdı. Bu yürüşlərə 1730-cu illərdən etibarən başlanmışdı və bu yürüşlərin əksəriyyəti uğurla sonlandırılmışdı. Lakin Nadir şahın bura canişin təyin etdiyi dəryasalar (admiral) Tağı xan yerlərdə işi düzgün təşkil edə bilmədi və vergilərin ağırlığından bezmiş əhali maliyyə məmurlarının Fars vilayətində tələb etdiyi yüksək vergilərə gücü çatmadıqdan sonra iğtişaşlara və üsyana qalxdı.
İstanbulun fəthi
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
Ədirnənin fəthi
Ədirnənin fəthi — Bizans imperiyasının əlindəki Ədirnə (o zamankı adıyla Hadrianopolis) Osmanlı imperiyasının nəzarətinə keçməsi ilə nəticələnən proses. Müharibənin baş verdiyi il və fəth həyata keçirən adlar, mənbələrə görə 1361-1371-ci illər arasında fərqli göstərilir. Alınmasından bir müddət sonra Osmanlı imperiyasına paytaxt olan şəhər, 1453-cü ildə İstanbulun (o dövrdəki adı Kostantinopolis) ələ keçirilməsindən sonra paytaxt olmasına qədər bu statusunu davam etdirib. == Məqsəd == Osmanlı dövlətinin Balkanlardakı fəthlərini həyata keçirən qoşunlara, Osmanlı sultanı Orxan Qazinin ən böyük oğlu Süleyman Paşa komandanlıq edirdi. Etdiyi fəthlərdən sonra bölgədə Paşa bəylərbəyliyi qurulmuşdu. Bəylərbəylik qərbdə Keşan ilə İpsala arasında Yayla dağından və Malkara ilə Hayrabolunu ayıran dağlıq ərazidən keçir, Mərmərə dənizi sahillərində Tekfurdağı qəsəbəsi cənubunda Durbinlər təpəsi və Xoraya qədər olan bir ərazini əhatə edirdi. 1357-ci ilin yazında, 11 yaşlı oğlu Xəlilin Foçalı (İzmirin şimalında yer alan bir sahil ilçəsidir) quldurlara əsir düşməsinin ardından Orxan Qazi, oğlunu xilas etmək üçün Bizans imperatoru V Yoannis Paleologosla danışıqlara başladı. İki tərəf arasında aparılan danışıqlar əsasında Osmanlılar Bizans torpaqlarına hücum etməyəcək, Foça göndəriləcək gəmilərin xərclərini üzərinə götürəcək, Bizans imperatorunun keçmiş borclarını bağışlayacaq və Bizans imperatoruna qarşı duran Mateos Kantakuzinosa yardımdan imtina edərək imperatoru dəstəkləyəcəkdir. Müqavilədən əvvəl Mateos Kantakuzinos ilə əməkdaşlıq edən Osmanlılar, bu sayədə Rumelidə yerləşmə imkanı tapmışdı. Digər tərəfdən, Süleyman paşa, Xəlilin əsir düşməsindən bir müddət sonra ölmüş, ən böyük qardaşı Murad, lələ Şahin ilə birlikdə Rumelinin ucqar bölgəsinə göndərilmişdi.
Əhməd Fəthi Paşa
Əhməd Fəthi Paşa (d. 1801 - ö. 24 fevral 1858) — Osmanlı sultanı II Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Rodoslu Hafiz Əhməd ağanın oğlu olub, atasının vəfatından 1 ay sonra, 1801-ci ildə Rodos adasında dünyaya gəldi. 1809-cu ildə Əndəruna alınaraq burada yetişdirildi. 1826-cı ildə hərbi təlimlərə başladı və 1829-cu ildə qolağası, ardından mayor rütbələrinə yüksəldi. 1830-cu ilin avqustunda miralay təyin edildi və zabitliyə yüksəldi. 1835-ci ilin iyununda yenicə taxta çıxan Avstriya imperatoru I Ferdinandı təbrik məqsədilə müvəqqəti səfir ünvanıyla Vyanaya göndərildi. Həmin ilin noyabrında döndü və 1836-cı ilin avqustunda daimi Vyana səfiri təyin edildi. 1837-ci ilin iyulunda vəzir rütbəsi aldı və vəzifələri arasına Aydin valiliyi əlavə olundu.
Əli Fəthi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. == Həyatı == === Gənclik illəri === 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
1492: Cənnətin fəthi
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. == Süjet == Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır.
Tunisin fəthi (1534)
Tunisin fəthi 16 avqust 1534-cü ildə baş vermiş və şəhər Osmanlı imperiyasının ərazisinə birləşdirilmişdir. Barbaros Xeyrəddin Paşa Osmanlı donanması ilə İstanbuldan yola düşərək, əvvəlcə İtaliya sahillərini vurmuş, daha sonra isə cənub istiqamətində hərəkət edərək 16 avqust 1534-cü ildə Tunis sahillərinə çıxmışdır. O, şəhəri Hafsi hökmdarı olan Mövla Həsənin əlindən alır. Lakin Mövla Həsən mövcud vəziyyət barədə ispanlara şikayət etdikdən sonra, ispanlar tezliklə şəhərin üstünə bir ordu göndərərək 1535-ci ilin iyununda Tunisi yenidən tutmuşdurlar. Bu yeni qüvvənin gəlməsi ilə Osmanlılar geri çəkilməyə məcbur olmuşdurlar.
Tunisin fəthi (1535)
Tunisin fəthi 1535-ci ilin iyun ayında Tunis şəhərinin Osmanlı imperiyasının nəzarətindən çıxaraq İspaniya imperiyasının nəzarəti altına keçməsi ilə nəticələnən döyüşdür. == Arxa plan == 1532-ci ildə Osmanlı sultanı olan I Süleyman Əlcəzairdə olan Barbaros Xeyrəddin Paşanı İstanbula çağırtdıraraq ona yeni bir donanma yaratmasını əmr etmişdir. 1532-ci ilin avqust ayında Xədim Həsən Ağanı öz yerinə naib təyin edərək yola çıxan Barbaros Xeyrəddin Paşa 1533-cü ilin dekabr ayının axırlarında İstanbula çatır. Burada Osmanlı donanmasının admiralı rütbəsinə yüksəldildikdən sonra 1534-cü ilin may ayında səksən gəmi ilə bərabər İtaliyaya hərbi səfər təşkil etmişdir. O, burada bir sıra kiçik hücumlar həyata keçirdikdən sonra, Tunis istiqamətində hərəkət etmişdir. Buraya təşkil etmiş olduğu hücumlar nəticəsində 1534-cü il avqust ayının 16-da Hafsilərin nəzarəti altında olan şəhəri ələ keçirmişdir. Belə bir ağır məğlubiyyətə düçar olduqdan sonra Hafsilərin başçısı olan Mövlay Həsən Müqəddəs Roma İmperatoru V Karldan kömək istəmək məcburiyyətində qalmışdır. == Fəth == 1535-ci ilin may ayında imperator V Karl Andrea Dorianın komandanlığı altında böyük bir donanma hazırlatmış və özünün də iştirakı ilə Halkü'l-Vad ərazisinə qoşun çıxardılmışdır. V Karla sadiq olan dövlətlər ilə bərabər, Genuya Respublikası, Portuqaliya krallığı, Papa dövləti və Malta Cəngavərləri də bu mühasirə zamanı imperatordan öz dəstəklərini əsirgəməmişdirlər. Osmanlı imperiyası isə öz növbəsində müttəfiqi olan Fransa krallığından dəstək almışdır.
Tunisin fəthi (1574)
1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı. == Tarixi == Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər.
Tunisin fəthi (dəqiqləşdirmə)
Tunisin fəthi (1534)

Digər lüğətlərdə