Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.
Zərri Abdullayeva
Zərri Mütəllim qızı Abdullayeva (22 iyul (4 avqust) 1912, Qarayeri, Yelizavetpol qəzası – 25 dekabr 1996, Qarayeri, Samux rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Z.Abdullayeva 1949-cu ildə üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Orta Əsrlər
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Şərur yaşayış yeri (Orta əsrlər)
Şərur yaşayış yeri — Müаsir Şərur şəhərinin şimаl-qərb tərəfində yеrləşir. Yаşаyış yеrinin qаlıqlаrı bu ərаzidə tikinti işləri аpаrılаrkən tаpılmışdır. Mədəni təbəqə 1,5 mеtr dərinlikdən аşkаr еdilmişdir. Burаdаn tаpılmış divаr qılıqlаrı tikinti mаtеriаllаrınа görə bir-birindən fərqlənir. Bəzi divаrlаr dаşdаn hörülərək gil məhlulu ilə bərkidilmişdir. Digər divаrlаrın tikintisində bişmiş kərpic və əhəngdən istifаdə еdilmişdir. Şərur yаşаyış yеrindən хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı sınıqlаrı аşkаr еdilmişdir. Оnlаr nəhəng küp, dоlçа, çırаq və şаr-kоnusvаri qаb sınıqlаrındаn ibаrətdir. Küp nəhəng gövdəli оlub, silindrik bоğаzlı, yаstı оturаcаqlıdır. Оnlаrın bəzisinin gilinə qum qаtılmış, bəzisi isə qаrışıqsız gildən hаzırlаnmışdır.
Bəşirlər
Bəşirlər — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bəşirlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bəşirlər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Nəbilər
Nəbilər (Şuşa) — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Nəbilər (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Nənələr
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. == Yaranma tarixi == Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Nərələr
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Sədrlər
Sədrlər —Şərqin tanınmış soylarından biri. == Soyun yaranması == İslam Peyğəmbərinin (s) nəslindən olan Sədrlər ailəsinin ilk tanınmış nümayəndəsi Seyid Sədrəddin təxminən 200 il əvvəl İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçə­rək burada məskunlaşıb. Sonradan Sədrlər ailəsinin bir qolu Livanın cənubuna - Cəbəl Amil məntəqəsinə köçüb və orada yaşamağa başlayıb. Livanda İslam müqavimətinin liderlərin­dən olan şəhid Musa əs-Sədr də bu ailəyə mənsubdur. Nə­cəfdə məskunlaşan Sədrlər burada elmi fəaliyyətlə məşğul olublar. İraqda Səddam Hüseyn hakimiyyəti ələ keçirəndən sonra şiə­lərə, xüsusən də ruhanilərə qarşı təqiblər başlayır. Çoxlu say­da məşhur şiə üləması həbsə atılır, bir çoxu qətlə yetirilir. Səddam qəti şəkildə şiə ruhanilərinin ölkədən çıxmasını tələb edir. Bu zaman Nəcəfin nüfuzlu alimlərindən olan Seyid Məhəm­mədbağır Sədr Səddam hakimiyyətinə qarşı açıq mübarizə­yə başlayır. O və bacısı, təhsilli ruhani qadın olan Bintul Hu­da diktatura rejimini ifşa edən çağırışlar edirlər.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. == Böyük coğrafi kəşflərə hazırlıq dövrü == Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Nəbilər (Kəlbəcər)
Nəbilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nərələr (yarımfəsilə)
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Monqolustan (orta əsrlər)
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. == Tarixi == XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Orta Əsrlər fəlsəfəsi
Orta Əsrlər fəlsəfi fikri fəlsəfi etika və təfəkkür üslubu daha çox Qərbi Avropa ölkələrinə məxsusdur. Lakin bu o demək deyildir ki, Qərbi Avropa ölkələri xaricində azadfikirlilik və fəlsəfi düşüncə tərzi olmamışdır. Daha çox feodal cəmiyyətinə xasdır. Bu fəlsəfi sistemin yaranması dövrü Roma imperiyasının məhvə düçar olması və Avropada kapitalizm siyasi iqtisdi formasiyasına keçidlə üst-üstə düşürdü. Təxminən 10 əsrə qədər bir dövrü əhatə etmişdir. Antik dövr quldarlıq quruluşu məhvə düçar olduğu zaman bütün mədəni-maarif sahələrini də öz arxasınca çəkib apardı. Digər sahələrlə birlikdə fəlsəfəyə də böyük ziyan dəymiş oldu. Yeni yaranan din və onun gətirmiş olduğu mədəniyyət etikası yeni fəlsəfi rüşeymlərin cücərməsinə səbəb oldu. Belə ki, Qərbi Avropada kilsə ideyaları sözün əsl mənasında fəlsəfi düşüncə tərzini öz təsiri altına almışdı. İngiltərədə, Çexiyada, Fransada yeni yaranan universitetlər XII əsrdən etibarən kilsə ehkamlarının fəlsəfi dillə izahına yardımçı rolunda çıxış edirdilər.
Orta əsrlər incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Orta əsrlər mətbəxi
Orta əsrlər mətbəxi — V əsrdən XVI əsrə qədər Avropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümümi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, muasir Avropa mətbəxi formalaşmışdır. Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yulaf və makaron kimi taxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyi tərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa, şərab, gülab və sirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçün baldan və şəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox toyuq və donuz ətlərinə təlabat vardı.
Son orta əsrlər
Son orta əsrlər — Avropa tarixində 1250-ci ildən 1500-cü ilə qədər davam edən dövr. Son orta əsrlər Klassik orta əsrlər dövrünün davamıdır erkən yeni dövrə qədər davam edir. == Tarixi == === Habsburqlar === Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa və İspaniya sayıla bilər. Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanında rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi.
Əsrlər boyu Qviddiç
Əsrlər boyu Kviddiç (ing. Quidditch Through the Ages) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında ən məşhur idman növü olan Kviddiç oyunundan bəhs edir. Həmin kitab Hoqvarts Sehrbazlıq və Ovsun Məktəbinin kitabxanasında saxlanılan orijinal ensiklopediyanın surətidir və romanların bir neçəsində xatırlanır. == Qısa məlumat == Kitabda qviddiçin tarixi, habelə süpürgə əsasında erkən oyunlar təsvir olunur. Bundan əlavə, uçan süpürgənin təkamülü, qviddiçin sehrli idman növü kimi yaranması və inkişafı, tarix boyu qaydaların modifikasiyaları və qızıl sniçin yaranması müzakirə olunur. Kitab oyunun əsas qaydaları, mümkün olan pozuntuları və cəzaları, ingiltərəli və irlandiyalı komandaları, sürətli süpürgələrin əsas modelləri və eləcə də oyunun taktiki üsullarından bəhs edir. === Məzmunu === On söz Birinci fəsil: Uçan süpürgənin inkişafı İkinci fəsil: Qədim süpürgə oyunları Üçüncü fəsil: Qvirdiç bataqlığından gələn oyun Dördüncü fəsil: Qızıl sniçin yaranması Beşinci fəsil: Anti-Maql ehtiyat tədbirləri Altıncı fəsil: XIV əsrdən bəri qviddiçə edilən dəyişikliklər Meydança Toplar Oyunçular Qaydalar Hakimlər Yeddinci fəsil: Britaniya və İrlandiyanın qviddiç üzrə komandaları Səkkizinci fəsil: Qviddiçin dünyada yayımlası Doqquzuncu fəsil: Sürətli süpürgənin inkişafı Onuncu fəsil: Bu günkü qviddiç == Xəyali kitab == Harri Potterin sehrli dünyasının çərçivəsində Əsrlər boyu Qviddiç tanınmış Qviddiç eksperti Kenniluorti Visp tərəfindən yazılmışdır. Həmin kitab hər iki uydurma və real dünyada oyunun tarixi və incəlikləri üzrə ən düstur mənbədir. Bir çox qviddiç üzrə Britaniyalı komandaların kataloqu kimi xidmət edir.
Azərbaycan orta əsrlər
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Nənələr (ansambl)
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. == Yaranma tarixi == Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Viki nənələr
Viki nənələr (başq. Вики-өләсәйҙәр) — Başqırdca Vikipediyada təqaüd yaşına çatmış qadın könüllülərdən ibarət bir qrup. == Tarixi == Bir qrup yaratmaq ideyası 2016-cı ildə İjevskdə keçirilən Wiki-Ural seminarına gedərkən ortaya çıxır. Layihənin məqsədi "Eurovision" da çıxış edən Udmurt "Buranov nənələrinin" nümunəsini izləmək, yaşlı qadınların internetdə özünü tanıma potensiallarını nümayiş etdirmək idi. Əsas sütun VKontakte sosial şəbəkəsinin «Başqırd qadınları» qrupunun üzvlərindən ibarətdir. 2016-cı ildə Sankt-Peterburqda beynəlxalq konfrans zamanı digər dil bölmələrinin nümayəndələrinin istəyi ilə wiki-nənələr haqqında daha geniş məlumat geniş kütləyə təqdim olunur. 2016-cı ildə Ukrayna beynəlxalq konfransında Muxamadeeva iştirakçıları layihə ilə tanış etdi. 2017-ci ildə Berlində З. ӘЙЛЕ və Visem təxəllüsülü könüllülər (Ukraynaca Vikipediyasının könüllüləri) Wikimedia dünya ictimaiyyətinin qarşısında Viki nənələri haqqında bir təqdimat etdilər. Elə həmin il Başqırdca Vikipediyasının böyük bir heyəti, o cümlədən altı nənə viki könüllüsü, Moskva viki konfransında iştirak etdi, burada iştirakçıları öz fəaliyyətləri ilə tanış etdi. 2018-ci ildə Keyptaunda keçirilən Wikimania iştirakçıları, o cümlədən başqırd Viki-nənələri - Banat Valeeva-Yaubasarova adından qarşılandı.
Azərbaycanda orta əsrlər dövrü
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Orta əsrlər təsviri incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Qafqaz ekspedisiyaları (orta əsrlər)
Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Qaranlıq əsrlər (Qədim Yunanıstan)
Mikena sivilizasiyasının tənəzzülü Yunanıstan üçün böyük fəlakət idi. Bu hadisə tarixçilərin “qaranlıq əsrlər” adlandırdığı dövrü başlatmışdı. Qaranlıq əsrlər e.ə. 1150-ci ildən 800-cü ilə qədər davam etmişdi. Mədəniyyət bəsitləşmiş, yazılı qeydlər məhv olmuş, yalnız bəziləri təsadüfən qorunub saxlanmışdı. Bu dövrün sonlarına doğru ornamentli saxsı qablar və metal əşyalar Egey dənizi adalarında peyda olmağa başlamışdı. Lakin ümumilikdə Qaranlıq əsirlər sanki uzun bir gecə idi. Dövrün sonlarında yazı sisteminin inkişafı istisna olmaqla, intellektual nailiyyətlər kəndəbəkənd dolaşan səyyar müğənnilərin oxuduğu balladalar və kiçik dastanlarla məhdudlaşmışdı. E.ə. 8-ci əsrdə bir neçə şair bu materialların çox hissəsini böyük şeir külliyatına qatmışdı.
Serbiya krallığı (orta əsrlər)
Serbiya krallığı (serb. Краљевина Србија) — 1217-ci ildən 1346-cı ilə qədər Nemaniçlər sülaləsinin hakimiyyəti altında mövcud olmuş serb krallığı. Serbiya torpaqlarını birləşdirən Stefan Nemaniçin taclandırılmasından sonra Raşka dövləti dağıldı. 1219-cu ildə müqəddəs Savanın başçılıq etdiyi Serb Pravoslav Kilsəsi avtokefal arxiyepiskopluğa çevrildi. 1346-cı krallıq imperiya elan olunsa da krallıq statusu itmədi, kral titulu hakimiyyət şəriki olan şəxsə deyilirdi. == İstinadlar == == Mənbələr == Peić, Sava. Medieval Serbian Culture. London: Alpine Fine Arts Collection. 1994. Ćirković, Sima.
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib. Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Zərurət
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. == Zəburun bölünməsi == Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. == Zəburun müəllifləri == Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Eneslər
Eneslər (özlərini enço, moqadi, pebay) — Samodi dillərində danışan az saylı xalq. Sayları 300 nəfərdən azdır. Öz dillərini qoruyub saxlaya bilmişdir. Qohum xalqları: Nqanasanlar və Neneslər. == Adı == «Enes» adını onlara Q. N. Prokofev tərəfindən 1930-ci ildə vermişdir. «Enneçe» qədim sözündən götürülmüş və mənası insan deməkdir. Tundra enesləri özlərini «Somatu», Meşə enesləri «Pe-bay» adlandırırlar. == Sayı və yayılması == Eneslər Rusiya Federasiyasında 237 insan müəyyənləşmişdir. Onların 213 nəfəri Krasnoyarsk diyarı ərazisində yaşayırlar. Taymır Dolqan-Nenes rayonu ərazisində 197 enesdən cəmi 66 nəfəri (33,5 %) Enes dilini bilirlər 2002-ci il məlumatına görə Krasnoyarsk diyarının Potapovo qəsəbəsində 86 enes yaşayır.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Meşələr
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Nestlera
Nestlera (lat. Nestlera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Nestlera biennis (Jacq.) Spreng. Sinonim Columellea biennis Jacq. Nestlera reflexa (Thunb.) DC. Relhania biennis (Jacq.) K.Bremer Relhania reflexa Thunb.
Peşələr
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Başqırd üsyanları (VII-VIII əsrlər)
Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar. == VII əsr üsyanları == 1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı. == VIII əsr üsyanları == 1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi.
Orta əsrlər Azərbaycan tərcümə sənəti
Orta əsrlər Azərbaycan tərcümə sənəti — Azərbaycan şairləri tərəfindən XV-XVI əsrlərdə əsasən farsca və ərəbcə əsərlərin Azərbaycan dilinə tərcüməsi. == Tərcümələr == === Mustafa Zəririn “Sirətün-Nəbi”si və “Fütuhüş-Şam”ı === XIV əsr Azərbaycan şairi Mustafa Zərir VIII əsr müəllifi İbn İshaqın “Sirətün-Nəbi” əsərini ərəb dilindən tərcümə etmişdir. O, Məhəmməd peyğəmbərin həyatından bəhs edən bu əsərin quruluşunu dəyişmədən tərcümə etmişdir. 1388-ci ildə tamamlanan “Sirətün-Nəbi” əsəri türk xalqları arasında Məhəmməd peyğəmbər haqqında yazılmış ilk dini dastan hesab edilir, bir neçə əlyazması Konyanın (Türkiyə) Mövlana muzeyində saxlanılır. Mustafa Zərir həmçinin IX əsr ərəb tarixçisi Vəqidinin “Fütuhüş-Şam” əsərini 1393-cü ildə nəsrlə tərcümə etmişdir. Mövzü müsəlmanların Suriyanı işğal etməsidir. === Şirazinin “Gülşəni-raz”ı === Sufi şairi Şeyx Əlvan Şirazi Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini azərbaycan dilinə tərcümə etmişdir. XIV yüzilliyin ortalarında Şirazdan Osmanlı imperiyasına köçmüş Şeyx Əlvan “Gülşəni-raz” əsərini 1426-cı ilin yazında bitirmiş və onu Osmanlı hökmdarı Sultan II Murada həsr etmişdir. Bu tərcümə fəlsəfi məzmun daşıyır və sufi həyat tərzini təbliğ edir. === Təbrizinin “Əsrarnamə”si === Şeyx Fəridəddin Əttarın “Əsrarnamə” əsəri Əhmədi Təbrizi tərəfindən farscadan türk dilinə tərcümə edilmişdir.
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. == XIV əsr == == XV əsr == == XVI əsr == == XVII əsr == == XVIII əsr == == İstinadlar == == Ədəbiyyat == Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Əsrlər və illər (film, 1964)
== Məzmun == Publisistik filmdir. Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Burada iki xalqın arasındakı münasibətlərdən, onların həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: S.Aslanov Ssenari müəllifi: C.Məmmədov Operator: V.Zlotin == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Böyük coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. == Böyük coğrafi kəşflərə hazırlıq dövrü == Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Herlər
Herlər — haputluların ulu əcdadları. Qiyasəddin Qeybullayevə görə Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.
Nenlər
Nenlər (nen. ненэй ненэче, хасово, нещанг; köhnə — samoyedlər, юраки;luoravetlan) —Cənubi Sibirdə xalq. == Ümumi məlumat == İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərində yaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər ("nenes", "iqanasan" "selkup" da adlanırlar) azsaylı millətlərdəndir. Nenlər, və ya Nen xalqı ya da Yuraklar (Rusca yazılışı: Ненцы — Nentsı [çoxluq]) Rusiya Federasiyasında yerli bir xalqdır. 2002 ili siyahıyaalmaya görə Rusiya Federasiyasında 41,302 Nenet yaşamaqdadır. Dilləri Nencədir. Bəzən İngiliscədəki çoxluq takısı olan (s) ilə qarışdırıldıqları üçün Nenet şəklində tələffüz edilməkdədir. Nenləriçlərində Enets xalqı, Selkup və Nganasan xalqının da daxil olduğu Samoyedler qrupu içinə girərlər. İki böyük Nenqrupu vardır: Tundra Nenləri və Meşə Nenləri.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. == 1860-1904-cü illər == Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir. Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş.
Bəhruz Şəkuri
Şəkuri Bəhruz Qulamhüseyn oğlu (5 mart 1930, Astara, Gilan ostanı – 19 may 2014, Bakı) — görkəmli torpaqşünas-aqrokimyaçı alim, coğrafiya elmləri doktoru, professor. == Həyatı == 05 mart 1930-cu ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, orta təhsilini Həkim Nizami adına məktəbi bitirmişdir. B.Q. Şəkuri 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İranin Astara şəhərində,atasının məzarinin yanında dəfn edilmişdir. == Mükafatları == 19 yanvar 1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri akademiki seçilmişdir; Почетный профессор Ардебильского Исламского частного Университета ИРИ. oktyabr 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının aktiv üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 1957-1958-ci illərdə Rostov vilayətində kənd təsərrüfatı istehsalı müəssisində baş aqronom vəzifəsində çalışmışdır. 1958-ci ildə B.Q. Şəkuri Rostov Dövlət Universitetinin “Torpaqşunaslıq” Kafedrası nəzdində aspiranturaya daxil olub “regionun qara torpaqlarının geokimyası” mövzusunda işləmiş və 1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiəyə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Təhsilini qurtardıqdan sonra Azərbaycan Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” İnstitutunun sərəncamına göndərilmişdir. 1962-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasının Aqrokimya Xidmətinə rəhbərlik etmişdir. Bu illərdə B.Q. Şəkurinin rəhbərliyi və şəxsi iştirakı ilə Azərbaycanda irimiqyaslı aqrokimyəvi tədqiqatın birinci turu başa çatmışdır.
Coruri məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi. == Dərbəndin strateji və coğrafi mövqeyi == Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar. Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Fransa qəsrləri
== Elzas ==
Kessler çömçəxulu
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Nestlera biennis
Nestlera (lat. Nestlera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Nestlera biennis (Jacq.) Spreng. Sinonim Columellea biennis Jacq. Nestlera reflexa (Thunb.) DC. Relhania biennis (Jacq.) K.Bremer Relhania reflexa Thunb.
Nestlera reflexa
Nestlera (lat. Nestlera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Nestlera biennis (Jacq.) Spreng. Sinonim Columellea biennis Jacq. Nestlera reflexa (Thunb.) DC. Relhania biennis (Jacq.) K.Bremer Relhania reflexa Thunb.
Qoruyucu meşələr
== Qoruyucu meşələr == Qoruyucu meşələr öz meliorativ və mühit yaradıcı xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan Respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür. I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri (663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və s ənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir. IV–Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir. == Qoruyucu meşə zolaqları == Meşə massivləri və meşə zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Qoruyucu meşə zolaqları aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə v ə suvarılan sahələrdə); yamaclarda sutənzimedicitorpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir, lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.