Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Azərbaycan)
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti — Azərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir. == Tarixi == İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə "İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" qərar qəbul etmişdir. == Fəaliyyət == Kiber Təhlükəsizlik — Dövlət orqanlarında baş vermiş kompüter insidentlərinin koordinasiyası və kiber təhlükəsizlik məsələlərini Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi həyata keçirir. Xüsusi Rabitə — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq dövlət orqanlarını Xüsusi Rabitə ilə fasiləsiz və təhlükəsiz olaraq təmin edir. AzStateNet Şəbəkəsi — AzStateNet (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AzStateNet Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Proseslərarası rabitə
Proseslərarası rabitə (ing. interprocess communication (IPC); rus. межпроцессное взаимодействие; türk. süreçler arası iletişim) – bir kompüterdə çoxtapşırıqlı əməliyyat sistemində icra olunan proqramlar arasında, yaxud şəbəkə mühitində icra olunan proqramlar arasında verilənlərin ötürülməsi metodları. IPC’nın ümumi üsulları və vasitələrinə kanallar (PIPES), semaforlar, yaddaşın bölünməsi, növbələr, siqnallar, Clipboard, DDE, OLE aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstanda rabitə
Məlumat dünyanın CIA Kataloqundan götürülmüşdür (20 mart 2011-ci il) : Telefonlar — əsas xətlər: 4.928 milyon (2011) Telefonlar — cib telefonları: 14.995 milyon (2009) Telefonun ölkə kodu: +7 Telefon sistemi: Ölkədaxili: Quru xətləri, radiorele rabitəsi və peyk rabitəsi vasitəsi ilə şəhərlər arasında. Sabit əlaqələrin sayı tədricən artır və hər 100 nəfərə təxminən 40 nəfərdir. Mobil (mobil) əlaqələr sürətlə böyüyür və onların sayı 100 nəfərə 88 nəfərdir. Beynəlxalq: Digər postsovet respublikaları və Çin ilə beynəlxalq rabitə quru xətləri və mikrodalğalı radiorele rabitəsi vasitəsi ilə həyata keçirilir. Digər ölkələrlə peyk və Trans-Asiya-Avropa (TAE) fiber optik kabel vasitəsilə. Peyk yerüstü stansiyaları: Intelsat. Qazaxıstan peykləri — KazSAT-1, KazSAT-2, KazSAT-3, KazSAT-4. Radio yayım stansiyaları: AM - 60, FM - 24, qısa dalğa - 14 (2011) Radio: 11.47 milyon (2011) Televiziyalar: 26 (üstəgəl 14 təkrarlayıcı) (2011) İnternet provayderləri: 18 (öz beynəlxalq kanalları ilə) (2011) İnternet aparıcıları: 180 217 (2011) İnternet istifadəçiləri: 400.000 (2005) 1,247,000 (2006); 5.300.000 (2011) İnternet domeni :.kz, .қаз == Mobil əlaqə == Qazaxıstanda mobil rabitə GSM (900, 1800) və UMTS (900, 2100) formatında həyata keçirilir. 2012-ci ildə mobil rabitənin nüfuz nisbəti 120% təşkil etmişdir. 2015-ci ildə Qazaxıstanda mobil rabitə səviyyəsi 185% -ə çatdı - ölkədə 31 milyondan çox SİM kart qeydiyyata alındı.
Rabitə, kommunikasiya
Rabitə Bakı
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Rabitə protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application Layer IETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Radio rabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir. Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur. Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında , maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır. Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Türkmənistanda rabitə
Türkmənistanda telekommunikasiya — Türkmənistan iqtisadiyyatının bir sahəsidir. == Mobil rabitə == Türkmənistanda mobil rabitə GSM formatında həyata keçirilir. Bir mobil "Altın Asır" operatoru GSM formatında işləyir. Monopol bir şirkətdir, 2010-cu ildə şirkət 500 mindən çox abunəçiyə xidmət göstərirdi. 2010-cu ildə lider 2,4 milyon abunəçisi olan MTS-Türkmənistan şirkəti idi. Lakin 21 dekabr 2010-cu ildə MTS şirkəti rabitə xidmətlərinin göstərilməsini dayandırdı, yəni şirkətin bütün abunələri (2,4 milyon nəfər) əlaqədən çıxdı. Elə həmin gün ana şirkət olan MTS-nin (Rusiya) rəsmi elanında deyilirdi ki, "Rabitə Nazirliyi tərəfindən üçtərəfli müqavilənin bir sıra pozuntuları ilə bağlı şirkət Beynəlxalq Ticarət Palatasındakı Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Türkmənistan və ayrıca BCTI lisenziyalarının dayandırılması barədə yuxarıda göstərilən bildirişlə əlaqədar Türkmənistanın Arbitraj Məhkəməsinə iddia verdi. 30 avqust 2012-ci ildə MTS-Türkmənistan işini davam etdirdi və sakinlərinə mobil xidmətlər göstərməyə başladı. === Mobil abunəçilər === 3.198.000 (2009-cu il üçün) Ölkənin dünya ilə müqayisəsi: 117 == İnternet == Türkmənistan 1997-ci ildə MCI Communications (daha sonra MCI WorldCom) ilə müqaviləyə əsasən İnternetə giriş əldə etmişdir.
İon rabitə
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Almatı Enerji və Rabitə Universiteti
Qumarbek Daukeyev adına Almatı Enerji və Rabitə Universiteti (qaz. Ғұмарбек Даукеев атындағы Алматы Энергетика және Байланыс Университетi (АЭжБУ), ing. Almaty University of Power Engineering and Telecommunications named after G.Daukeev (AUPET) ) — Almatı (Qazaxıstan) ali təhsil müəssisəsi. Baytursınov və Qabdullin küçələrinin kəsişməsində yerləşir. 10 yanvar 1997-ci ildə 1975-1997-ci illərdə mövcud olan Almatı Enerji Mühəndisliyi İnstitutunun (AEI) bazasında yaradılmışdır. Qeyri-kommersiya universitetidir. Tədris qazax, rus və ingilis dillərində aparılır. == Universitet quruluşu == 2020-ci ilədək universitetdə 7000-dən çox tələbə təhsil alır. === Əyani təhsilli dörd institut === Kosmik Mühəndisliyi və Telekommunikasiya İnstitutu, İstilik Enerjisi və İstilik Mühəndisliyi İnstitutu, Elektrik Enerjisi və Elektrik Mühəndisliyi İnstitutu, İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İnstitutu, İnstitutlar 13 şöbəni bitirən şöbələr olan 19 şöbəni birləşdirir. Daha iki fakültə var: əlavə təhsil fakültəsi və məsafədən təhsil və mütəxəssislərin yenidən hazırlanması fakültəsi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Rabitə və İnformasiyalar Nazirliyi (Qazaxıstan)
Rabitə və İnformasiyalar Nazirliyi (2010—2012) —rabitə və informasiyalaşdırma, kütləvi informasiya vasitələri, arxivlər və sənədləşdirmə, dövlət xidmətlərinin avtomatlaşdırılması və PSC fəaliyyətinin əlaqələndirilməsi sahələrində Qazaxıstan Respublikası Nazirlər Kabinetinin tərkibində olan Qazaxıstan Respublikasının dövlət orqanı. Qazaxıstan Respublikasının İnformasiya və Kommunikasiya Agentliyinin (AIS) təsis edilməsi ilə Qazaxıstan Hökumətindəki böyük dəyişiklik və dəyişikliklərdən sonra 12 mart 2010-cu ildə yaradıldı, keçmişin İnformasiya və Arxiv Komitəsi və Komitəsi olaraq yenidən quruldu. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi. Yeni nazirliyin yurisdiksiyası “Arna Media” Milli Məlumat Holdinqi ”Səhmdar Cəmiyyətinə də verildi (“ NIH “Arna Media” ASC), lakin sonradan ləğv edildi. Departament ləğv edilənə qədər Əsgər Jumagaliev rabitə və informasiya naziri idi. 14 sentyabr 2003-cü ildə Sauytbek Adrakhmanov rəhbərlik etdiyi Məlumat Nazirliyinə çevrildi. Nazirlik 29 sentyabr 2004-cü il tarixinədək mövcud olmuş, Mədəniyyət, Məlumat və İdman Nazirliyi ilə birləşdirilmişdir. Nazirlik 12 mart 2010-cu il tarixində Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya Agentliyi yaradılması ilə Hökumətdə baş verən böyük dəyişiklik və dəyişikliklərdən sonra Rabitə və İnformasiya Nazirliyi olaraq yaradıldı və Komitə və İnformasiya Komitəsi olaraq yenidən quruldu. və Arxivlər. keçmiş Mədəniyyət və İnformasiya Nazirliyi.
İnformasiya və Rabitə Nazirliyi (Vyetnam)
İnformasiya və Rabitə Nazirliyi (vyet. Bộ Thông tin và Truyền thông) — Vyetnamda qəzetlərin, nəşriyyatın, poçt xidməti, telekommunikasiya, internet, yayım, radio və radiotezlik, informasiya texnologiyaları, elektronika, televiziya və milli media infrastrukturunun idarə edilməsi və tənzimlənməsinə cavabdeh olan nazirlik.
Təminatlı borc öhdəlikləri
Təminatlı borc öhdəlikləri (ing. Collateralized debt obligations, CDO) — adətən hüquqi şəxslərin borc öhdəlikləri ilə təmin edilmiş qiymətli kağızları. Bunlara açıq bazarda satılan korporativ istiqrazlar, institusional kreditorlar tərəfindən verilmiş kreditlər və sekuritizasiya əməliyyatlarının bir hissəsi kimi buraxılmış qiymətli kağızların tranşları daxildir. CDO-lara borcalanın kredit riskini daşıyan istənilən alətlər daxil ola bilər: kreditlər, istiqrazlar, kredit defolt svopları və s. CDO-ya daxil olan aktivlərin ya artıq reytinqi var, ya da reytinqə tabedir. Tipik olaraq, təminatlı borc öhdəlikləri tranşlarla buraxılır, onlar adətən yüksək səviyyəli (emissiyanın 70-80%-i, birinci ödənilməli olan, ən yüksək qiymətləndirilib), orta tranşlar (aşağı reytinq almış) və subordinasiyalı (adətən reytinqli deyil) kimi təsnif edilir. Girovlaşdırılmış borc öhdəlikləri portfelində defolt ehtimalını azaltmaq üçün o, bir-biri ilə zəif korrelyasiya olunmuş aktivləri əhatə edir. Diversifikasiya edilmiş portfel daha yüksək qiymətləndirilir və CDO borclanmasının dəyəri daha aşağıdır. == CDO-lar və 2008-ci il maliyyə böhranı == Girovlu borc öhdəlikləri ən çox adlandırılanlardan birinə çevrildi. Böhran zamanı “toksik aktivlər”.
Eduroam xidməti
Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir. == Əhatə dairəsi == Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir. == AzScienceNet şəbəkəsində Eduroam xidməti == Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir. Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir: Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir; AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri yaradılmışdır; Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır; Milli və Lokal eduroam serverlər, Wi-Fi access pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır. == Azərbaycan elm və təhsil müsəssisələri üçün Eduroam xidmətinə qoşulma şərtləri == Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək; Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər; Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər; Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır.
Nəqliyyat xidməti
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. == Azərbaycanda xidməti itlərdən istifadə olunan xidmət orqanları == Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Kadrlar xidməti
İnsan resurslarının idarəedilməsi — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. İnsan resursları xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. == İnsan Resursları Təcrübələrinin Əsasları == === İşə qəbul === Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləri Xətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
Feldyeger xidməti
Feldyeger xidməti (Feldjäger, alman: [ˈfɛltˌjɛːɡɐ] ( dinlə)) – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti. Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Xidmət kimi proqram təminatı
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. == Həyatı == Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Təminatçı
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Rabitə Bakı VK
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Zərri Abdullayeva
Zərri Mütəllim qızı Abdullayeva (22 iyul (4 avqust) 1912, Qarayeri, Yelizavetpol qəzası – 25 dekabr 1996, Qarayeri, Samux rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Z.Abdullayeva 1949-cu ildə üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Azərbaycan)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Xidmətçi
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.